Anadolu türklərində donuzluq sözü var və “qəddarlıq” anlamında işlədilir. Bizdə donuzluq yerinə, bəzən “murdarlıq”, “qəddarlıq” işlədilir. Türkiyədə yumru yerinə, domru (bizdədumru) işlədilir. Deməli, donuzluq “dəyirmi” (möhrə, möhür kimi olan, toppuzluq) deməkdir. Farslar qayka yerinə,möhrə işlədirlər. Türkmənlər donuzluq əvəzinə “möxre” deyirlər. Dəyirmanın topu dairəvi möhür kimi) olduğundan bu daha inandırıcıdır. Belə olduqda dopuzluq kəlməsinin dəyişmiş forması kimi qəbul etmək olar. Söz qoduqluq kəlməsinin təhrifi ilə bağlı ola bilər. Qoduqluq “zirzəmi”, “quyu” (quduq) anlamlarını əks etdirən bir kəlmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)