dürr-gövhər
dürranilər
OBASTAN VİKİ
Əhməd şah Dürrani
Əhməd şah (Abdali) Dürrani (d. 1722, Multan, Pəncab - ö. 1773, Toba Məruf, Əfqanıstan) — Dürranilər sülaləsinin ilk şahı. == Həyatı == Sadozay soyundan, Abdali elinin rəisi Məhəmmədzaman xanın oğludur. 1737-ci ildə dustaq edilərək İrana, Nadir şah Qırxlı-Avşarın yanına göndərildi. Qısa müddətdə şahın güvənini qazanaraq 1745-ci ildə Mazandaran valisi oldu. 1747-ci ildə Əhməd şah, Avşar hökmdarı Nadir şahın öldürülməsindən sonra soydaşlarından, (Puştunlardan) təşkil olunan yerli güclərə dayanaraq Əfqanıstana yürüdü. Qəndəhara gedərək Hacı Camal liderliyindəki Barakzayi, Şah Vəli xan liderliyindəki Bamizayi və Cahan xan liderliyindəki Popalzayi kimi bütün Puştun qəbilələrini toplayaraq, Loya Cirgə olaraq bilinən Böyük Məclisi təşkil etdi və Əfqanıstan şahı seçildi. Ayrıca Dürr-i Dürran (İnciler İncisi) unvanını aldı. Kabil və dolaylarını ele keçirdikdən sonra 1747-1769-cu illər arasında Hindistana doqquz səfər etdi.
Dürranilər imperiyası
Dürranilər imperiyası, Dürranilər əmirliyi və ya Dürrani(Dürranilər) Şahlığı — müasir Əfqanıstan, Pakistan, Şimal-Şərqi İran və Qərbi Hindistanın ərazilərində yerləşən tarixi dövlət. 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfindən əsası qoyulmuşdur. Əhməd şah Dürrani Nadir şah Əfşarın sərkərdəsi olmuşdur. Dürranilər imperiyası 1747-ci ildə yaranmış, 1823-cü ildə süquta uğramışdır.Dövlət ərazisində əfqanlar,pakistanlılar, farslar, Güney Azərbaycanlılar, hindlilər və vəziristanlılar(puştular) yaşayırdılar. Dövlətdə iki rəsmi dil : puştu və fars dilləri var idi. Dövlətin bayrağında yaşıl - ağ - yaşıl rənglər var idi. Dövlət dini islam idi.
Dürranilər sülaləsi
Dürranilər sülaləsi (puşt. دراني) — müasir Əfqanıstan, Pakistan, şimalı-şərqi İran və qərbi Hindistanın ərazilərdə yerləşən tarixi dövləti (1747-1822) idarə edən xanədan. == Tarixi == 1747-ci ildə Qəndəharda Əhməd şah Dürrani tərəfdən əsası qoyulmuşdu. O, Nadir şah Qırxlı-Avşarın sərkərdəsi idi. Qonşu dövlətlərlə apardığı mübarizə nəticəsində Dürranilər dövlətinin sərhəddi xeyli genişlənir. Amudəryanın sol sahilində yaşayanlarla yanaşı Sistan, Xorasan, Sind, Bəlucistan, Kəşmir və Pəncab bölgələrində yaşayanlar da daxil edilir.