DƏLİQANLI

Dəli sözünün bir mənası “igid, cavan” deməkdir. Dəliqanlı da bu məna ilə bağlıdır: cavan, cəsur adamlara belə deyilir. Dəliqanlı sözündəki qanlı his­sə­si­nin qədim mənalarından biri “od”deməkdir. “Gözümüzdən qanlı yaş axır” cüm­ləsindəki qanlı sözü ilə dəliqanlı kəlməsindəki qanlı elementi eyni sözdür və yanmaq sözü ilə vahid kökə malikdir. Dəliqanlı adam yanıqlı, odlu, alovlu adam­dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DƏLİXAY
DƏLLƏK
OBASTAN VİKİ
Dəliqanlı tayfası
Dəliqanlı tayfası — İran Azərbaycanının Xalxal bölgəsində yaşamış olan tayfalardan biri. == Haqqında == Dəliqanlılar Germi, Yengicə, Kivi və Koreş Rüstəm bölgəsindəki 20 kənddə yaşamaqdadırlar. 1932-ci ildə Mahmud Keyhan tərəfindən yazılmış əsərdə onların sayı 400 ailə olaraq təsvir edilir. 1960-cı ildəki hesablamalara görə isə onların sayı 480 nəfər idi. Bu dövrə aid başqa bir qaynaqda isə onların sayı 400 ailə olaraq göstərilir. 1973-cü ilə aid sənəddə isə 200 ailə olaraq göstərilmişdir. == Həmçinin bax == Qaradağ tayfaları == İstinadlar == == Mənbə == P. Oberling. The Turkic Peoples of Iranian Azerbaijan,. New York. 1961.
Yengicə-i Dəliqanlı (Miyanə)
Yengicə-i Dəliqanlı (fars. ينگجه دليگانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 374 nəfər yaşayır (73 ailə).

Digər lüğətlərdə