edel

adj. 1. əsil; 2. (wertvoll) dəyərli, qiymətli; 3. (vornehm) alicənab, nəcib; ~er Wein nəfis şərab, qiymətli şərab;
Eclair
edeldenkend
OBASTAN VİKİ
İohan Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.
İohann Edel

Alp edelveysi
Bencamin Edelin
Bencamin Edelin (23 fevral 1993) — Fransalılı peşəkar kişi trek velosipedçisi. Bencamin Edelin Fransanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bencamin Edelin 2016 UEC Avropa Trek Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Fransada baş tutan yarışlarda 1:01.967 saniyəlik nəticəsi ilə 6-cı yeri tutdu.
Edelveys
Edelveys (lat. Leontopodium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çiçәk qrupu az-çox sıxlıqlı yumaqcıqlar, yaxud mürәkkәb yarımçәtirlәr (bәzәn tәk sәbәtciklәr) kimi topalanmış sәbәtcikdir; adәtәn, Edelveysә xas "ulduz" fiquru әmәlә gәtirәn keçә tüklü uc yarpaqları ilә әhatәlәnmiş olur. Avrasiya dağlarında (Qafqaz vә Ön Asiyadan başqa) 30-adәk növü mәlumdur. Şәrqi Sibir vә Uzaq Şәrqdә 6–8, Orta Asiyada 2, Karpat dağlarında 1 növü bitir. Başlıca olaraq dağ-çöl vә yüksәk dağlıq qurşaqlarda (5000 m-әdәk yüksәklikdә) olur. Alp Edelveysi (L.alpinum) xüsusilә çox yayılmışdır. Qeyri-adi gözәlliyinә görә çox dәrilәn Edelveysin, demәk olar ki, nәsli kәsilmişdi. "Qırmızı kitab"a daxil edilmiş vә mühafizә olunur. Dәlicincilimin bir növü hәmçinin Krım Edelveysi adlanır.
Edelveys əməliyatı
Edelvays əməliyyatı (alm. Edelweiß‎) — Üçüncü Reyxin Qafqazı zəbt etmək planı. Bu plan Avropanın ən məşhur dağ güllərinin birisi olan edelveysin şərəfinə adlandırılmışdır. Almanların planı Qafqaz və Azərbaycanın Bakıda yerləşən neft yataqları üzərində kontrol ələ keçirməkdən ibarət idi. Həmin əməliyyat iyulun 23-də 1942-ci ildə Hitler tərəfindən təsdiq olunub. Əsas hərbi qüvvələr Vilhelm List idarə etdiyi "qrup A" ordusu, 1-ci zirehli avtomobil və tank ordusu (Evald fon Kleyst), 4-cü zirehli avtomobil və tank ordusu (polkovnik-general Herman Hot), 17-ci ordu (Riçard Rof), 4-cü hava donanmasının bir hissəsi (General-feldmarşal Volfram Frayher fon Rixthofen) və Rumıniyanın 3-cü ordusu (general Petre Dumitresku) daxil edirdi. Qrup A ordusu qərbdən Fyodor fon Bokun idarə etdiyi qrup B ordusu və cəmi 1.000 təyyarə olan 4-cü hava donanmasının qalan hissəsi tərəfindən təmin olunurdu. Quru qoşunların içərisində 15.000 neft fəhlələri ilə yanaşı 167.000 əsgər, 4.540 pulemyot və 1.130 tank var idi. Almaniyada "Qafqazda alman neft", "Ost-Öl" və "Karpaten-Öl" kimi bir neçə neft şirkətləri yaradılır. Onlar ekskluziv olaraq Qafqaz neft yataqlarını istismar etmək üçün 99 illik icarə haqqı alırlar.
Edelveys əməliyyatı

İohann Edelin əsərlərinin siyahısı
Aşağıdakı siyahıda memar və mülki mühəndis İohann Edelin əsərləri göstərilmişdir. Edel 1863-cü ildə Çerniqov quberniyasının Borznyan qəzasındakı Bilovaç koloniyasında alman ailəsində doğulmuşdur. Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq Kollecində təhsil aldığı dövrdə onun layihəsi əsasında Bakıda onun layihəsi əsasında yüvangelik-lüteran kilsəsi tabeliyində məktəbin binası inşa edilir. Təhsilini başa vurduqdan sonra İohann da atası və əmisinin işlədiyi Bakı şəhərinə köçür. 1888-ci ildən Edel Madam Sofi Valdenin şəxsi mülkündə təşkil edilmiş Mariinski qız gimnaziyasında tədris etməyə başlayır. Memarın müəllifi olduğu binalardan altısı dövrümüzə çatmamışdır. Onlardan ikisi hələ memarın özünün sağlığında sökülmüş Müqəddəs Varfolomey və Rəbbin çevrilməsi kilsələridir. Digər üç abidə isə 2010-cu illərdə Mərkəzi parkın inşası zamanı sökülmüş Mirzə Ağa Əliyev küçəsi 126 ünvanında yerləşən iki mərtəbəli yaşayış binası, Füzuli küçəsi 33 ünvanında yerləşən Rzayevin üç mərtəbəli evi və Çingiz Mustafayev küçəsi 89 ünvanında yerləşən iki mərtəbəli ev olmuşdur. Lev Tolstoy küçəsi, 128 ünvanında yerləşən iki mərtəbəli bina isə 2000-ci illərdə sökülmüş və yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. Siyahıda sökülmüş binalar qırmızı fonda göstərilmişdir.
İvan Edelin əsərlərinin siyahısı

Grevillea edelfeltii
Grevillea edelfeltii (lat. Grevillea edelfeltii) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Grevillea baileyana McGill. Grevillea pinnatifida (F.M.Bailey) F.M.Bailey Hakea pinnatifida (F.M.Bailey) Christenh.