EDV

= Elektronische Datenverarbeitung elektronik kompyuter işləri
Edition
Efeu
OBASTAN VİKİ
Devid Edvard Hyuz
Devid Edvard Hyuz (16 may 1831 – 22 yanvar 1900, London) — məşhur amerikalı ixtiraçı Devid Edvard Hyuz 16 may 1831-ci ildə anadan olmuşdur. 1853-cü ildən Hyuz teleqraf çap qurğusunun yaradılması ilə məşğul olmuşdur. Bu qurğunun təkmilləşdirilməsində ona Corc Felps (George May Phelps) kömək etmişdir. Hyuzun qurğusu 1856-cı ildə Massaçusetsdə Vorçester və Sprinqfild şəhərləri arasında əlaqə yaratmaq üçün tətbiq edilmişdir. Hyuz mikrofonun, induktiv tərəzinin və sonometrin də yaradıcısıdır. 1902-ci ildə London Kral Cəmiyyəti onun şərəfinə Hyuz medalını (The Hughes Medal) təsis etmişdir. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Din Edvards
Din Edvards (ing. Dean Edwards; 30 iyul 1970, Bronks, Nyu-York ştatı) — ABŞ aktyoru.
EDVAC
EDVAC (ing. Electronic Discrete Variable Automatic Computer) — ilk elektronik kompüterlərdən biridir. EDVAC-ı ENIAC-dan ayıran xüsusiyyət, onlu sistem deyil ikili say sistemindən istifadə etməsidir. EDVAC-ın layihəsi ENIAC-in istifadəyə hazırlanmasından əvvəl hazırlanmışdı. EDVAC'ın layihəsi, ENIAC-in layihəsi əsnasında ortaya çıxan problemlərin çoxunu həll etməyə istiqamətli idi. ENIAC kimi EDVAC da Pennsylvania Universiteti tərəfindən Aberdeen İsbat Mərkəzinin (Aberdeen PROVING GROUND) Amerikan Hərbi Balistik Araşdırma Laboratoriyası (US Army'S BALLISTICS Research Laboratory) üçün istehsal edilmişdir. ENIAC-in layihəsi J.Presper Eckert, John William Mauchly, John von Neumann və digər bir neçə elm adamı tərəfindən hazırlanmışdır və yeni layihə isə John von Neumann tərəfindən 1945-ci ildə EDVAC-ın üzərinə tətbiq edilmişdir. Yeni kompüterin istehsalı üçün olan müqavilə, 1946-cı ilin Aprel ayında 100.000 dollarlıq başlanğıc büdcəsiylə imzalanmışdır və müqavilədə cihazın adı Electronic Discrete Variable Automatic Computer (EDVAC) olaraq qeyd edilmişdir. İstehsalda əsas problem etibarlılığı və xərci arasındakı tarazlıq idi. EDVAC-ın büdcəsi, ENIAC-a bənzər olaraq təxminən 500.000 dollar idi.
Edvard Maybric
Edvard Morze
Edvard Silvester Morze (18 iyun 1838, Portlend[d], Men ştatı – 20 dekabr 1925) – ABŞ-lı zooloq, astronom və Yaponiya mədəniyyəti üzrə mütəxəssis. Quru ilbizlərini, molyuskları və çiyinayaqlıları tədqiq etmişdir. Yaponiya arxeologiyasının qurucusu hesab olunur. 1877–80-ci illərdə Yaponiyada olmuş, yapon dulusçuluq sənətini və yapon evlərini öyrənmişdir. Yaponiyanın "Doğan günəş" ordeni ilə mükafatlandırılan ilk amerikalıdır. Bir çox elmi cəmiyyətin, eləcə də, ABŞ Milli Elmlər Akademiyasının üzvü olmuşdur. 1838-ci ildə ABŞ-nin Men ştatının Portlend şəhərində anadan olmuşdur. Conatan Morze və Ceyn Bekketin oğlu idi. Atası qunduz xəzi biznesi ilə məşğul idi, anası elmlə maraqlanan qadın idi. Uşaqlıqda Morze balıqqulağı toplamağı sevirdi və 17 yaşında Portlend Təbiət Tarixi Cəmiyyətinə qoşulmuşdu.
Edvard Moss
Edvard Moss (ing. Edward Moss; d. 11 iyul 1977, Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru.
Edvard Munk
Edvard Munk (12 dekabr 1863– 23 yanvar 1944) norveçli simvolist, rəssam və ekspessionizmin görkəmli sələfi olub. Onun ən məşhur əsəri olan "Qışqırıq" şəkli Munk tərəfindən həyat, məhəbbət, qorxu, ölüm, melanxoliya və həyəcan mövzuları araşdırıldığı "Həyatın frizi" seriyasına daxildir. Edvard Munk Norveçin Löten vilayətində olan Ådalsbruk kəndində anadan olmuşdur. Atası Kristian Munk keşişin oğlu olub, özü isə həkim və tibbi xidmətçi olub. Kristian onun yaşından iki qat gənc olan Katerine Byölstad ilə 1861-ci ildə evlənilib. Edvardın böyük bacısı Yoanna Sofi (1862-ci ildə a.o.) və üç kiçik bacı-qardaş var idi: Peter Andreas (1865), Laura Katerine (1867) və İnger Mari (1868). Həm Sofidə həm də Edvarda anadan irsən alınmış incəsənət istedadı aşkar olunub. Edvard Munk rəssam Yakob Munk (1776–1839) və tarixçi Peter Andreas Munch (1810–1863) ilə əlaqədə olmuşdur. 1864-cü ildə Kristian Munk Akerhüs qalasında tibbi xidmətçi kimi təyin olunduğu zaman ailə Kristianiaya (bugünkü Oslo) keçir. Edvardın anası 1868-ci, çox sevilən bacı Yoanna Sofi isə 1877-ci ildə vərəm xəstəliyindən vəfat edir..
Edvard Nalbandyan
Edvard Nalbandyan (erm. Էդվարդ Աղվանի Նալբանդյան) — Ermənistanın xarici işlər naziri (2008–2018). Edvard Nalbandyan 1956-cı ildə Ermənistanda anadan olub. 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu, 1988-ci ildə SSRİ Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1978–1983-cü illərdə SSRİ-nin Liviya səfirliyində, 1983–1986-cı illərdə SSRİ Xarici İşlər Nazirliyində çalışıb. 1986–1992-ci illərdə Misir səfirliyində (əvvəl SSRİ, sonra Rusiyanın) müşavir vəzifəsində çalışıb. 1992-ci ildən Ermənistanı Misirdə, Mərakeşdə, Omanda təmsil edib. 1999-cu ildən Fransada səfir olub. 2008–2018-ci illərdə ölkənin Xarici işlər naziri olub.
Edvard Norton
Edvard Harrison Norton (18 avqust 1969, Boston) — ABŞ aktyoru. Edvard Harrisln Norton 18 avquat 1969-cu ildə ABŞ-nin Massaçusets ştatının Boston şəhərində anadan olub. O, Merilend ştatının Kolumbiya şəhərində böyüyüb. Edvard 5 yaşından teatrla maraqlanır və tezliklə Kolumbiyanın Orensteynov adlı teatr məktəbində təhsil almağa başlayır. 8 yaşında onun ilk səhnə debütü yerli bir tamaşada baş tutur. 1985-ci ildə Vayld Leyk adlı ali məktəbi bitirən Norton 1991-ci ildə Yel Kollecinin tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olur. O, Yeldə də həmişə olduğu kimi teatrla məşğul olur. Aktyor bir çox fakültələrə baş çəksə də, dram fakültəsi heç vaxt onun profili olmayıb. Aktyor Ron Livinqston onun qrup yoldaşı və onun kimi müstəqil aktyor olub. Edvard eyni zamanda yapon dilini öyrənir və NOVA Group adlı məşhur ingilis dili məktəbində təhsil alır.
Edvard Norton Lorenz
Edvard Norton Lorenz (ing. Edward Norton Lorenz; d. 23 may 1917, Qərbi Hartford, Konnektikut, ABŞ – ö. 16 aprel 2008, Kembric, Massaçusets, ABŞ) — amerika riyaziyyatçısı, Xaos nəzəriyyəsinin banisi. Edvard Lorenz Qərbi Hartford, Konnektikut ştatında anadan olmuşdur. O, riyaziyyatı Dartmut kollecində, daha sonra isə Kembric şəhəri Harvard Universitetində almışdır. İkinci dünya müharibəsi zamanı, Edvard Amerika Birləşmiş Ştatlarının Ordu Hava Korpusu üçün hava proqnozunda işləmişdir. Müharibədən qayıtdıqdan sonra o, meteorologiya öyrənmək qərarına gəlib. Lorenz ömrünün axrına kimi işlədiyi Massaçusets Texlonoji universtitetində iki dərəcə almışdır. 1991-ci ildə Basic elmləri sahəsində Kioto mükafatı almışdır.
Edvard Obeva
Edvard Obeva (d. 15 may 1962) — Uqandalı boksçu. Edvard Obeva Uqandanı 1988-ci ildə XXIV Yay Olimpiya Oyunlarında təmsil etdi. Edvard Obeva birinci dəfə Olimpiya Oyunlarına 1988-ci ildə qatıldı. O, Seulda baş tutan XXIV Yay Olimpiya Oyunlarında kişilər 54 kq çəkidə, 1/32 final mərhələsində Türkiyənin nümayəndəsi Vedat Tutuk ilə üz-üzə gəldi. Həmin görüşdə Edvard Obeva rəqibinə 2:3 hesabı ilə uduzdu.
Edvard Preskott
Edvard Preskott (ing. Edward Christian Prescott; 26 dekabr 1940[…], Qlens-Fals[d], Nyu-York ştatı – 6 noyabr 2022) — amerikalı iqtisadçı. 2004-cü idə Finn Kidland ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Edvard Preskott Nyu Yorkda anadan olmuşdur. 1962-ci ildə Svartmore Kollecinin riyaziyyat fakültəsindən məzun olmuşdur. 1963-cü ildə Qərbi Ehtiyatlar Korpusu Universitetinin magistr dərəcəsini, 1967-ci ildə isə Karnegi Mellon Universitetinin doktorluq dərəcəsini əldə etmişdir. 1966–1971-ci illərdə Pensilvaniya Universitetində müəllim olaraq çalışan Preskott, sonra Karnegi Mellona dönərək 1980-ci ilə qədər burada çalışmışdır. Daha sonra isə Minnesota Universitetinə keçib, 2003-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 2003-dən bəri Arizona Ştatı Universitetində çalışmaqdadır. 1967 — Aleksandr Henderson mükafatı, Karnegi Mellon.
Edvard Q. Robinson
Edvard Qoldenberq Robinson (12 dekabr 1893[…], Buxarest – 26 yanvar 1973[…], Hollivud, Kaliforniya) — Amerika aktyoru.
Edvard Qibbon
Edvard Qibbon (ing. Edward Gibbon; 8 may 1737[…] – 16 yanvar 1794[…], London) — ingilis tarixçi və millət vəkili. Qibbon Böyük Britaniyada fəaliyyət göstərmiş Viqlər partiyasının millət vəkili olmuşdur. Tarix sahəsində etdiyi araşdırmaları ilə məşhurdur. Əsas məşhur əsərlərindən biri olan Roma imperiyasının geriləməsi və çöküş tarixi 1776–1788-ci illərdə 6 cild formasında çap olunmuşdur. Roma tarixinin fundamental formada yanaşan kitabda təkcə tarix yox, eyni zaman dönəmin ironiyası və şüur altı vəziyyətidə peşəkar şəkildə əks olunmuşdur. Qibbon tərəfindən bilinən fikirlərdən biri də xristianlığın yüksəlik səbəblərindən bəhs edən eyni adlı kitabdır. Kitabda, tarixçi xristianlıq dinin yüksəlişini beş təməl faktorla əsaslandırır: Xristianların yəhudilərin miras aldıqları qatı və qonaqpərvərlik ənənələri. Ölümdən sonra həyatın mövcud olması ilə bağlı nəzəryələr. Kilsənin möcüzəvi güclərə sahib olması ilə bağlı miflər.
Edvard Qraham Paley
Edvard Qraham Peyli (3 sentyabr 1823 – 23 yanvar 1895, Lankaster[d]) — ingilis memar. Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər. Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.
Edvard Qraham Peyli
Edvard Qraham Peyli (3 sentyabr 1823 – 23 yanvar 1895, Lankaster[d]) — ingilis memar. Əsasən işlərini XIX əsrin 2-ci yarısında Lankaşirdə həyata keçirmişdir. 1838-ci ildə məktəbi tərk edəndən sonra Lançestrə getmiş, Edmund Şarpın tələbəsi olmuş və 1845-ci ildə Şarpa partneri olaraq qoşulmuşdur. 1851-ci ildə Şarp təqaüdçü olduqdan sonra Peyli tək qalmışdır. Daha sonra 1868-ci ildə Hurbert Austin və 1886-cı ildə öz oğlu Henri ona qoşulmuşdu. Onlar Peylinin 1895-ci ildə ölümünə qədər birlikdə işlədilər. Peylinin əsas işi yeni kilsə layihələri yaratmaq olub, lakin o həm də kilsələrin yenidən qurulması işlərində də iştirak edib. Onun şah əsəri ruhani kilsəsi olan Müqəddəs Petr Kilsəsi olub.(indiki Lançestr kilsəsi). Digər məşhur işi isə Royal Albert Xəstəxanasıdır. O, kilsələrin tikilməsində əsasən Qotik Revivial üslubundan istifadə edib.
Edvard Qriq
Edvard Qriq (15 iyun 1843[…], Bergen – 4 sentyabr 1907[…], Bergen) — Norveç bəstəkarı, musiqi xadimi, pianoçu və dirijoru. E.Qriq romantizm üslubunda Norveç xalq yaradıcılığının təsiri altında yazıb yaratmışdır. Daha çox "Dağ kralının mağarasında" əsəri ilə dünyada tanınır. Edvard Qriq Norveçin Bergen şəhərində anadan olmuşdur. O vaxtlar Bergen şəhəri, xüsusilə şəhərin teatr həyatı Avropada özünəməxsus milli yaradıcılıq ənənələri ilə seçilirdi. Belə ki, burada Henrik İbsen və Byörnstern Byörnson kimi ədiblər öz ədəbi fəaliyyətlərinə başlamışdılar.Bergende Edvardın istedadını ilk dəfə görən digər norveç bəstəkarı Ole Bull da həyatının böyük hissəsini yaşamışdır. Məhz bu bəstəkar Edvardın valideynlərinə gənc və istedadlı Edvardı Almaniyaya, Leypsiq konservatoriyasına göndərməyi məsləhət görür.1858-ci ildə Qriq Leypsiqə gedir. Edvard Qriqin yaratmış olduğu ən məşhur əsərləri Henrik İbsenin "Per Günt" dramına bəstələdiyi- "İnqridin giley-güzarları", "Ərəb rəqsi", "Per Güntün vətənə qayıdışı", "Solveyqin nəğməsi" kimi ölməz əsərləridir. "İnqridin giley-güzarları" dram pyesindən bir rəqs parçası Griqin Nina Hagerupla toy mərasimində səslənmişdir. Bu izdivacdan cütlüyün Aleksandr adlı qızları dünyaya gəlmiş, lakin körpə cəmi bir yaşında dünyasını dəyışır.
Edvard Qriqoryan
Eduard Qriqoryan (1959, Sumqayıt) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrin təşkilatçısı Eduard Qriqoryan 1959-cu ildə anadan olmuşdur. Eduard Robertoviç Qriqoryanın "Sumqayıt qırğınları" proqramının icraçılarından ən fəalının olması şahid ifadələri əsasında sübut olunmuşdur. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri onun payına düşür. Qriqoryan Sumqayıtda doğulmuşdu, atasının ölümündən sonra onu rus anası böyütmüşdü. Üç dəfə həbsxanada yatmışdı. Qriqoryan Sumqayıt hadisələri zamanı digərlərini bu cinayəti törətməyə təhrik etmiş, başqa bir versiyaya görə 7-yə qədər ermənini özü öldürmüşdü. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, "Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı". Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirirdi ki, "Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü". İstintaq materiallarının başqa bir yerində göstərilir ki, "E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olmuş, müqavimət göstərmək istəyən mənzil sahibinə başından zərbə endirərək halsız vəziyyətə salmışdır". E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını zorlamışdır.
Edvard Rıdz-Smiqlı
Edvard Rıdz-Smiqlı (11 mart 1886, Berejanı[d], Sisleytaniya – 2 dekabr 1941, Varşava, Ümumi Hökumət) — Polşa hərbi xadimi və siyasətçisi, Polşa Marşalı (1936-cı ildən), 1939-cu ildə İkinci dünya müharibəsində Polşa Ordusunun Baş Komandanı. 1939-cu ilin martında Hitler Bohemiya və Moraviyanı işğal etdi və Slovakiya ərazisində peyk dövləti yaratdı. Rıdz Smiqlı Almaniya ilə qarşıdurmanın yaxınlaşmaq təhlükəsini açıq şəkildə görən hökumət üzvlərindən biri idi. Ancaq qalan vaxt Qərbdə mübarizə üçün yeni bir əməliyyat planı yaratmaq üçün çox qısa idi. 1939-cu ilin avqust ayında Moskvada aparılan danışıqlar zamanı Rıdz, Qərb dövlətlərinin Qırmızı Ordunun Polşadan keçib Qərbə keçməsi üçün Polşadan icazə almaq cəhdlərini rədd edərək dedi: "Sovetlərin həqiqətən bu işdə (müharibədə) fəal iştirak edəcəklərinə zəmanət yoxdur. Üstəlik, Polşa ərazisinə girdikdən sonra heç vaxt onu tərk etməyəcəklər. " Rıdz Smiqlı, Polşanın müharibədən əvvəlki son hökuməti olan Felician Slavoy-Skladovski hökumət üzvləri arasında idi. 1 sentyabr 1939-cu ildə Rıdz Smiqlı Ali Baş Komandan təyin edildi. Ölkənin alman təcavüzünə qarşı müdafiəsinə rəhbərliyi məğlubiyyətlərin miqyası və ayrı-ayrı bölmələrlə əlaqə olmamasına görə son dərəcə mürəkkəb idi. Rıdz Smiqlının planına görə, Varşava və Modlin qalası ölkəni tamamilə işğaldan müdafiə etməli idi, Polşa ordusunun qalıqları Fransa və İngiltərə müttəfiqlərinin dəstəyini gözləyərək Rumıniya ilə sərhəd yaxınlığında müdafiəni saxlamalı idi.
Edvard Smit
Edvard Smit (ing. Edward John Smith, 27 yanvar 1850 – 15 aprel 1912[…]) — "Titanik" gəmisinin kapitanı. Edvard Smit İngiltərənin Stok-on-Trent şəhərində 1853-cü il 27 yanvar tarixində, Edvard Con Smit və Katerina Hankokun ailəsində dünyaya gəlmişdir. 13 yaşına qədər Etruria ingilis məktəbində təhsil almışdır. Daha sonra isə təhsilini Liverpul şəhərində yerləşən dənizçilik akademiyasında davam etdirmişdir. Edvard Smitin ilk gəmiçilik təcrübəsi A Qibson şirkətinə məxsus olan Senator Veberdə başlamışdır. Edvard Smit 1880-cı ilin mart ayında Vayt Star Layn şirkətinin Seltik gəmisində dördüncü zabiti olaraq işə başladı. O, Avstraliya və Nyu-York arasında fəaliyyət göstərən gəmidə uzun müddət işləmişdir. 1887-ci ildə Edvard Smit Vayt Star Layn şirkətinə məxsus gəmilərin birinə ilk dəfə olaraq kapitan təyin olundu. SS Resbulika adlanan gəmidə bir müddət işləmişdir.
Edvard Snouden
Edvard Cozef Snouden (ing. Edward Joseph Snowden; 21 iyun 1983[…], Elizabet-Siti[d]) — 2013-cü ildə işçi və subpodratçı olarkən Milli Təhlükəsizlik Agentliyindən (MTA) yüksək məxfi məlumatları sızdıran amerikalı kompüter kəşfiyyatı üzrə məsləhətçi və informator. Onun açıqlamaları bir çoxu MTA və Beş Göz kəşfiyyat alyansı tərəfindən telekommunikasiya şirkətləri və Avropa hökumətlərinin əməkdaşlığı ilə idarə olunan çoxsaylı qlobal müşahidə proqramlarının yaradılmasına və milli təhlükəsizlik və fərdi məxfilik haqqında mədəni müzakirələrə səbəb oldu. 2013-cü ildə Snouden Dell və MKİ-də işlədikdən sonra MTA podratçısı Booz Allen Hamilton tərəfindən işə götürüldü. 20 may 2013-cü ildə Snouden Havay Kriptologiya Mərkəzindəki işindən ayrıldıqdan sonra Honkonqa uçdu və iyunun əvvəlində minlərlə gizli MTA sənədlərini Qlenn Qrinvald, Lora Poytras, Barton Celman və İven MakAskill adlı jurnalistlərə açıqladı. Snouden The Guardian, The Washington Post və digər nəşrlərdə açıqladığı materiallara əsaslanan xəbərlər dərc edildikdən sonra beynəlxalq diqqəti cəlb etdi. 21 iyun 2013-cü ildə ABŞ Ədliyyə Departamenti Snoudenə qarşı 1917-ci il Casusluq Aktını pozmaq və dövlət əmlakını oğurlamaq kimi iki maddə üzrə ittiham etdi və daha sonra Dövlət Departamenti onun pasportunu ləğv etdi. İki gün sonra Moskvanın Şeremetyevo Beynəlxalq Hava Limanına uçdu, orada Rusiya səlahiyyətliləri ləğv edilmiş pasportu yoxladı və bir aydan çox müddətə aeroportun terminalını tərk etməsi qadağan edildi. Rusiya daha sonra Snoudenə bir il müddətinə yaşamaq üçün ilkin viza ilə sığınacaq verdi, sonra isə bu müddət dəfələrlə uzadıldı. 2020-ci ilin oktyabrında ona Rusiyada daimi yaşamaq hüququ verilib.
Edvard Torndayk
Edvard Torndayk (31 avqust 1874[…] – 9 avqust 1949[…]) — ABŞ psixoloqu. Biheviorizmlə bağlı tədqiqatlar aparmışdır. Lakin buna baxmayaraq həmin cərəyanın nəzəri lideri Con Uotson (1878–1958) hesab olunur. Ə. S. Bayramov, Ə. Ə. Əlizadə. Psixologiya.
Edvard Uilyam Leyn
Edvard Vilyam Leyn(ing. Edward William Lane; 17 sentyabr 1801[…] – 10 avqust 1876[…]) — Böyük Britaniya şərqşünası. Edvard Vilyam Leyn 17 sentyabr 1801-ci ildə Herefordda doğulmuşdu. Orta təhsilini Bath və Herefordda tamamlayıb Cambridge Universitetinə girdiysə də daha sonra buradan ayrılaraq Londona yollandı və qravür rəssamlığı təhsili gördü; bir yandan da Ərəb dilini öyrəndi. Ərəb dilində qısa zamanda mütəxəssislik düzəyində irəliləmə qeyd etməsi şərqşünaslıq araşdırmalarına maraq duymasına yol açdı. 1825-ci ildə Misirə getdi və üç dönəm halında toplam on iki ilə qədər orda qaldı. Edvard Vilyam Leyn 10 avqust 1876-cı ildə vəfat edib.
Edvard Vilyam Leyn
Edvard Vilyam Leyn(ing. Edward William Lane; 17 sentyabr 1801[…] – 10 avqust 1876[…]) — Böyük Britaniya şərqşünası. Edvard Vilyam Leyn 17 sentyabr 1801-ci ildə Herefordda doğulmuşdu. Orta təhsilini Bath və Herefordda tamamlayıb Cambridge Universitetinə girdiysə də daha sonra buradan ayrılaraq Londona yollandı və qravür rəssamlığı təhsili gördü; bir yandan da Ərəb dilini öyrəndi. Ərəb dilində qısa zamanda mütəxəssislik düzəyində irəliləmə qeyd etməsi şərqşünaslıq araşdırmalarına maraq duymasına yol açdı. 1825-ci ildə Misirə getdi və üç dönəm halında toplam on iki ilə qədər orda qaldı. Edvard Vilyam Leyn 10 avqust 1876-cı ildə vəfat edib.
Edvard atlanqaçı
Edvard atlanqaçı (lat. Elephantulus edwardii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.