EFFUZİV VULKAN

bax: Qalxanvarı vulkan.
EFFUZİV RELYEF
EFFUZİYA
OBASTAN VİKİ
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Andrus (vulkan)
Andrus — Antarktidanın Meri Berd Torpağı rayonunda yerləşən vulkan. Andrus vulkanının hündürlüyü 2978 metr təşkil edir. Üç kraterdən ibarətdir. Ümumi sahəsi 252 km² təşkil edir. Traxitdən təşkil olunmuşdur. 4,5 kilometrlik kaldera əmələ gətirmişdir. Zəif fəaliyyət 1977-ci ildə Kauffman dağında müşahidə edilmişdir. Vulkan amerikan eksoedisiyasının leytenantı, Berd qütb stansiyasının həkimi və rəyisi Karl Andrusun şərəfinə adlandırılmışdır.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). == Haqqında == Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Poligen vulkan
Poligen vulkan - monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Stromboli (vulkan)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik eyniadlı adada, sönməmiş vulkan. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş vermişdir. Vulkan dəniz səviyyəsindən 926 m hündürlüyə malikdr. Dənz dibi səviyyəsindən isə 2000 m-dən çoxdur.
Terror (vulkan)
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Vulkan (mifologiya)
Vulkan — Roma mifologiyasında dəmirçilik tanrısı. Daimi məskəni Etna vulkanıdır. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Vulkan bombası
Vulkan bombası (rus. бомбы вулканические, ing. volcanic bomb) — vulkan kraterindən plastik halda atılan, havada soyuyub bərkiyərək müəyyən forma alan lava parçası. Daxili hissəsi adətən məsaməli, xarici qabığı isə şüşəli olur. Lavanın qatılığından asılı olaraq vulkan bombaları müxtəlif formada olur: qatı lavanın bombası açıqçatlı olub, çörək qabığını xatırladır, duru bazalt lavası iyvari, kürəvi, armudvari və ucları dartılmış, quyruqlu bombalar əmələ gətirir. Uzun müddət plastik halda qalan çox duru lavalar qoğalvari bomba əmələ gətirir. Vulkan bombası nüvəsi bəzən kənar süxurdan və ya bərkimiş lavadan ibarət olur. Sonuncular "bürünmüş" vulkan bombası adlandırılır. Vulkan Vulkan boğazı Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Vulkan boğazı
Vulkan boğazı (rus. жерло вулкана, ing. volcanic vent funnel, volcanic pipe, chimney, vent.) — vulkan ocağını Yer səthi ilə birləşdirən və kraterlə qurtaran, adətən, vertikal (və ya buna yaxın) kanalın yuxarı hissəsi; vulkan boğazı silindrik formaya yaxın olur. Vulkan boğazı çatlar boyu vulkan ocağına doğru uzanan ikinci dərəcəli çıxarıcı kanallarda yan krater əmələ gətirə bilər. Bəzən yanlış olaraq vulkan boğazı vulkan kanalının sinonimi kimi qəbul edilir. Relyef Vulkan Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Vulkan brekçiyası
Vulkan brekçiyası (rus. вулканическая брекчия, ing. volcanic breccia, eruptive breccia) — vulkan püskürməsi zamanı atılan iri ölçülü vulkan qırıntılarının sementləşməsindən əmələ gələn dağ süxurları.
Vulkan buludu
Vulkan dağları
Vulkan dağları (rus. вулканические горы, ing. volcanic mountains) — ayrı- ayrı vulkan konuslarının həmçinin vulkan yaylalarının birləşməsi nəticəsində əmələ gəlmiş vulkan konusları və silsilələri (Ş. Karpatda, Qarabağ və Ermənistan yaylalarında vulkan silsilələri).
Vulkan düzənlikləri
Vulkan düzənlikləri- Belə düzənliklərin əmələ gəlməsi duru lava ilə bağlıdır.Lava soyuyaraq,geniş sahələri əhatə edir.Ən duru lava Havay adaları vulkanlarının lavasıdır.Vulkanik düzənliklərə misal olaraq Azərbaycan ərazisində Qarabağ vulkanik düzənliyini göstərmək olar.Şərqi Sibir ərazisində lavanın çökdüyü sahələrdə də vulkanik düzənliklər əmələ gəlmişdir.
Yatmış vulkan
Yatmış vulkan (ing. dormant volcano) — püskürməsi barədə məlumat olmayan lakin öz formasını saxlayan vulkan. Qafqazda Elbrus vulkanı bu qəbildən olan vulkanlara nümunədir.
Əli Vulkan
Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu. Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir. 1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir.