EHTİYATSIZ

sif.
1. Ehtiyat gözləməyən, işin dal-qabağını gözləməyən, qabaqcadan tədbir görməyən, tədbirsiz, üsulsuz. Ehtiyatsız adam.
– Bəzən ehtiyatsız, kiçik bir xata; Böyük faciələr yaradır, demək! S.Vurğun.
…Gurşad yağmur ehtiyatsız yolçuları islanmış cücəyə döndərir. M.Rzaquluzadə.

// Zərf mənasında. Ehtiyatsız iş görmək. Ehtiyatsız davranmaq.
2. Heç bir ehtiyatı, tədarükü olmayan. Ehtiyatsız ev. Ehtiyatsız adam.
– Buradır yoxluğa gedən yol, bəli; Ehtiyatsız atma qədəm irəli! Şəhriyar.

Синонимы

  • EHTİYATSIZ tədbirsiz — üsulsuz
  • EHTİYATSIZ tədarüksüz

Антонимы

  • EHTİYATSIZ EHTİYATSIZ – TƏDBİRLİ Bəzən ehtiyatsız, kiçik bir xəta; Böyük faciələr yaradır, demək (S.Vurğun); Görünür sən məndən tədbirlisən (İ
EHTİYATLILIQ
EHTİYATSIZLIQ
OBASTAN VİKİ
Ehtiyatsızlıqdan qətl
Ehtiyatsızlıqdan qətl — bu qətl növü başqa qətllərdən fərqli olaraq məqsədsiz şəkildə həyata keçirilir,yəni başqa qətl hadisələrində cinayətkar hədəf seçdiyi insanı əvvəlcədən öldürəcəyini və ya qarşıya çıxmış maneəni dəf etmək üçün qarşısında olan insanları öldürməyi məqsəd seçir. Bu qətl növündə isə adətən məsuliyyətsizlik və ya ehtiyatsızlıqdan törədilir,yəni bir insan istəmədən qarşısındakı insana odlu və ya soyuq silahla xəsarət yetirərək ölümünə səbəb olur. Cinayət məcəllələrində bu qətlə uyğun "ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olma" maddəsi vardır.

Значение слова в других словарях