EKS-DİVİDEND

is. □ Eks-dividend müddət \[ing. ex-dividend date –"dividendsiz, mənfəətsiz tarix"\] iqt. – eks-dividend olaraq satılan səhmin zaman müddəti. Başqa cür bu zaman ərzində satıcı dividend üzrə hüquqlarını saxlayır, alıcı isə onu əldə etməmiş qalır. Eks-dividend müddəti bir qayda olaraq divident siyahıya alınmasına 4 iş günü qalmış başlayır.
EKOTURİZM
EKS-KUPON
OBASTAN VİKİ
Dividend
Dividendlər (ing. dividends) — səhmdar cəmiyyətin mənfəətinin hər il səhmdarlara ödənilən hissəsi. Sahib olunan səhmlərə uyğun dividend ödənilir. Yəni dividendlər hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
Dividend siyasəti
Dividend siyasəti Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir. Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir.
Dividend gəliri
Dividend gəliri (ing. dividend yield) — bir səhm üzrə illik dividendlərin səhmin qiymətinə nisbətidir. Bu dəyər ən çox faizlə ifadə edilir. == Nümunə == Bir şirkətin səhm qiyməti 1124,37 rubl və bir səhm üçün 28 rubl dividend ilə dividend gəliri bərabər olacaq: 28 1124 , 37 ⋅ 100 % = 2 , 49 % {\displaystyle {\frac {28}{1124{,}37}}\cdot 100\,\%=2{,}49\,\%} . == Tarixi == 1990-cı illərə qədər yüksək dividend gəliri əksər investorlar üçün səhmin aşağı qiymətləndirilməsinin əlaməti kimi xidmət edirdi, aşağı isə onun həddindən artıq qiymətləndirilməsini bildirirdi. 90-cı illərin iqtisadi və birja bumu zamanı bu göstərici gəlir mənbəyi kimi səhmlərin qiymətlərinin artmasına daha çox əhəmiyyət verən investorlar arasında populyarlığını xeyli itirdi. Belə ki, S&P 500 indeksindən şirkətlərin səhmlərinin orta dividend gəlirinin 1982-ci ildəki 6,7%-dən 1998-ci ildə 1,4%-ə düşməsinə baxmayaraq, birjada bum daha iki il davam etdi. 2001–2002-ci illərdə fond bazarlarının düşməsi ilə dividend gəlirləri yenidən investisiya qərarlarında mühüm amil oldu. Bu göstəricinin son vaxtlar artan populyarlığı Almaniyanın DAX fond indeksinin ən yüksək dividend gəlirinə malik 15 şirkətini əhatə edən yeni DivDAX fond indeksinin yaradılmasında özünü göstərir. 2001–2007-ci illərdə Rusiya fond bazarının səhmləri üzrə dividend gəliri təxminən 8–10% gəlirlə orta hesabla 1–2% təşkil etdi.
Demoqrafik dividend
Demoqrafik dividend — ölkənin iqtisadi inkişafı üçün əhəmiyyətli bir fürsət olaraq qəbul edilir və əhalinin yaş strukturunun dəyişməsi ilə bağlıdır. Bu konsept, gənc nəsil sayının artması və əmək qabiliyyətli yaşda olan (15-64 yaş arası) əhalinin payının yüksəlməsi nəticəsində yaranan iqtisadi imkanları ifadə edir. == Demoqrafik dividendin əsas aspektləri == Gənc Əhalinin Artımı — gənc nəsilin çoxluğu, iş gücünün artmasına səbəb olur. Bu, iqtisadiyyatın inkişafına müsbət təsir göstərir. İş Gücü — əmək qabiliyyətli yaşda olan insanların sayının artması, istehsalın artmasına və daha çox iqtisadi fəaliyyətə imkan tanıyır. Təhsil və İstihdam — demoqrafik dividendin faydalı olması üçün gənclərin yaxşı təhsil alması və iş bazarına inteqrasiya olunması vacibdir. Bu, onların bacarıqlarını artıraraq, iqtisadi inkişafa daha çox töhfə vermələrini təmin edir. Sosial İnvestisiyalar — demoqrafik dividendin həyata keçirilməsi üçün sosial siyasət, səhiyyə, təhsil və digər sahələrə sərmayə qoyulması lazımdır. Bu, gənc əhalinin potensialını maksimum dərəcədə istifadə etməyə kömək edir. İqtisadi Artım — doğuş nisbətinin azalması və yaşlı əhalinin artması ilə bağlı uzun müddətli iqtisadi problemlərlə üzləşməmək üçün demoqrafik dividendin düzgün istifadə edilməsi vacibdir.
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. Göydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib. Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir. Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır. "Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır. "Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi. Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
Eks-maşın (film)
Eks maşın (lat. Ex machina) — Aleks Qarlandın rejissorluq debütü olan və süjet xəttini yazdığı Britaniya Elmi fantastika filmidir. Film Ən yaxşı vizual effektlər kateqoriyasında "Oskar" mükafatını əldə etmişdir. Filmin mətbuat premyerası 2014-cü ilin dekabr ayında baş tutmuş olsa da, film yalnız 2015-ci ilin yanvar ayında geniş ictimaiyyətə təqdim edilmişdir. == Çəkilişlər == Filmin çəkilişləri Norveçin Valldal şəhərində yerləşən Cuvet Landskeyp Hotelində aparılmışdır. Filmin saundtrekini Qarlandın əvvəllər Hakim Dredd 3D filmində əməkdaşlıq etdiyi Ceffom Berrou və Ben Solsberi bəstələmişdir.
Eks-an-Provans (rayon)
Eks-an-Provans (fr. Aix-en-Provence) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Buş-dü-Ron. Suprefektura — Eks-an-Provans. Rayon əhalisi 2006-cı ildə 410 356 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 268 nəf / km². Rayon sahəsi — 1532 km².

Digər lüğətlərdə