EKSPLOZİV ÇUXUR

yarığa bənzər çökəklik, gərilmə zonası boyunca vulkan partlayışları nəticəsində yaranmış və səthdə zəncirvari birləşmiş şlak konusları şəkilində təzahür edən, kraterəbənzər genişlənmələr. ров эксплозивный explosive ditch
EKOLOJİ GEOMORFOLOGİYA
EKSPLOZİV KONUS
OBASTAN VİKİ
Çuxur
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çuxur (dəqiqləşdirmə)
Çuxur — ətrafına görə aşağı çökmüş olan yerdir.
Çuxur Qəbələ
Çuxur Qəbələ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Çuxur Qəbələ. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi terminindən və Qəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin adını daşıyır. Rayon mərkəzindən 34 km. cənub qərbdə, Alazan-Həftəran vadisindədir. Qəbələ şəhəri süquta uğradıqdan sonra onun çuxurda yerləşən məhəlləsinin adını bu kənd zəmanəmizə qədər saxlayıb. Kəndin ərazisində qədim şəhərin qala və tikinti qalıqları, Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Kəndin cənub-şərqində erkən orta əsrlərə, şimal və şimal-şərqində isə orta əsrlərə aid qəbiristanlıqlarda yazılı və naxışlı sənduqələr qalmışdı.
Çuxur Səd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Çuxur Səəd
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
Çuxur adam
Çuxur adam (port. Índio do Buraco; bilinmir[…], bilinmir[…] – təq. iyul 2022, Amazon yağış meşələri) və ya Tanaru hindusu – Braziliyanın Rondoniya ştatının Amazon meşələrində tək yaşamış yerli. O, Tanaru yerli bölgəsinin yeganə sakini idi. Çuxur adamın hansı dildə danışdığı, xalqının necə adlandığı və adının nə olduğu naməlumdur. 1970–90-cı illərdə braziliyalılar tərəfindən törədilmiş soyqırımdan sonra xalqının sağ qalan sonuncu nümayəndəsi olmuş, 1990-cı illərdən ölümünə qədər tək yaşamışdır. 1996-cı ildə Braziliyanın FUNAI təşkilatını onu uzaqdan müşahidə etməyə başlasa da, o, insanlardan uzaq durmağı seçmişdir. Çuxur adam ovçu və yığıcı həyat tərzi sürmüş, tez-tez yer dəyişdirmişdir. Hər evinin yanında naməlum məqsədlə çuxur qazdığı üçün "Çuxur adam" kimi tanınmağa başlamışdır. 2022-ci ilin avqustunda evində ölü tapılmışdır.
Çuxur dehistanı
Çuxur dehistanı (fars. دهستان چوقور‎; azərb. Çuxur(Çuqur) mahalı‎) — İranda, Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində inzibati-ərazi vahidi. 2016–cı il siyahıyaalınmasına görə dehistanın əhalisi 1.177 ailədə 1.851 nəfəri kişilər və 1.696 nəfəri qadınlar olmaqla cəmi 3.547 nəfərdir. İnzibati baxımdan 21 kəndi əhatə edir.
Çuxur hamam
Gümbəzli hamam və ya Çuxur hamam — Quba rayonunda tarixi abidə. XVIII-XIX əsrlərə aid bir abidədir. El arasında bura "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Abidə Şərq memarlığınını incilərindən sayılır. Fransız yazıçısı Aleksandr Düma Qafqaz səfəri zamanı bu hamamda çimib. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər Qubada törədilən soyqırımı zamanı adamları hamamın buxarında boğub, sonra isə cəsədləri çalaya töküblər. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Kanalizasiya xətti tutulduğundan buranın fəaliyyətini dayandırmaq qərarına gəliblər. 1986-1987-ci illərdə hamamda təmir bərpa işləri aparılmışdır. 2015-ci ildə hamamı yenidən bərpa etməyə başlayıblar.
Çuxur (teleserial, 2017)
"Çukur" serialı İstanbulun Çukur adlı məhəlləsindən bəhs edir. İstanbulun ən problemli məhəllələrindən biri olan Çukurun bütün nəzarəti Koçova ailəsindədir. Bu məhəllədə narkotika icazə verilmir. Amma zaman keçdikcə bir qrup meydana çıxır və məhəllədəki asayişi pozmağa çalışır. İllər sonra ailənin kiçik oğlu qaçdığı məhəlləyə qayıtmaq qərarına gəlir. Onun məhəlləyə qayıtması ilə yeni nizam başlayacaq. Bu arada o, Sena adlı qızla tanış olur və ona aşiq olur. Tezliklə evlənirlər və çuxurda birlikdə yaşamağa başlayırlar. Amma indi çuxurda başqa bir həyat yaşanacaq.
Çuxur (teleserial, 2021)
Çuxur (ing. La Brea) — David Appelbaum tərəfindən yaradılan, Keshet Studios və Universal Television tərəfindən istehsal edilən Amerika dram-fantastika serialıdır. Premyerası 28 sentyabr 2021-ci ildə NBC-də baş tutmuşdur. Los Ancelesin ortasında La Brea Tar Pits və Wilshire Bulvarının yerində böyük bir çuxur açıldıqda, yüzlərlə insan və bina (fərqli Petersen Avtomobil Muzeyi də daxil olmaqla) onun dərinliklərinə çəkilir. Sağ qalanlar, yaşamaq üçün bir araya gəlməli olduqları sirli və təhlükəli bir ibtidai diyarda qapalı qalırlar. Serial, hadisələrlə ayrılan və bir araya gəlməyə çalışan bir ailəni (ata, ana, oğul və qızı) hədəf alıb. Atanın, arvadının və oğlunun nə vaxt və harada olduğunu anlayan öncəgörmələri var. Çuxur və Teratornisin qəfil görünməsi, Mojave Səhrasında oxşar bir hadisəni araşdıran Amerika Birləşmiş Ştatları Daxili Təhlükəsizlik Departamentinin diqqətini çəkdmışdir. Natalie Zea - İv Harris / çuxura düşən bir vertolyot anasıdır İon Maken - Qavin Harris / İvin ayrılmış əri və keçmiş bir hərbi pilot, tarixdən əvvəlki bir ərazi görən. Çayk Okonvo -Tay Koleman / Eve ilə dost olan terapevt Karina Loqu - Marybeth Hill /Los Angelesdə Baton Rouge'dan polis məmuru .
Çuxur Qışlaq (Bicar)
Çuxur Qışlaq (az-əbcəd. چوقورقیشلاق‎, fars. چغورقشلاق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 489 nəfər yaşayır (116 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Çuxur Qəbələ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çuxur məhəllə bulağı
Çuxur məhəllə bulağı — Şuşanın aşağı məhəllələrindən biri olan Çuxur məhəllə məhəlləsində yerləşən məşhur bulaqlardan və tarixi yerlərdən biri. Ənənəvi olaraq Şuşada 17 məhəllə var idi. Və hər məhəllənin öz bulağı, öz məscidi, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır. Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər. Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir. Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir. Çuxur məhəllə bulağı məhəllə məscidi ilə müqəddəs ocağın qarşısında yerləşən meydançanın üç yol ayrıcında yerləşirdi.
Çuxur məhəllə məhəlləsi
Çuxur məhəllə — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Hacı Quluların mülkü, Bülbülün ev-muzeyi (Şuşa) bu məhəllədə yerləşir. Şuşa şəhərinin digər tarixi məkanları kimi, Çuxur məhəlləsi də erməni vandalizminə məruz qalıb. Ermənilər məhəllədəki XVIII əsrdə inşa edilmiş məscidi və bir sıra digər tarixi tikililəri dağıdıblar.
Çuxur məhəllə məscidi
Çuxur məhəllə məscidi — XVIII əsrdə Şuşanın Çuxur məhəllə məhəlləsində tikilmiş tarixi abidə. Çuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllə belə adlandırılmışdır. Düzbucaqlı plandakı Şuşa məscidləri (XVIII-XIX əsrlər)̠ məhəllə meydanlarının ayrılmaz və ən başlıca komponentləri idilər. Müxtəlif cizgili enli tağları olan və ya müstəvi səpkisində işlənmiş həcm-fəza eyvanı şəklində qurulan əsas girişin səmti meydanın planlaşdırılmasından və relyefindən asılı olurdu. Məscidlərin fəza təşkili əsasən iki tipə bölünürː birinci tipin fəza təşkili sütunlar üzərində tağbəndli və tağlı ibadət zalının üçnefli hissələnməyə malikdir, ikinci tip məscidlər isə yastı örtüklü bir bütöv həcm şəklində təqdim olunur. Şuşanın məhəllə məscidlərinin interyerində bütün memarlıq bəzəkvurma tsiklindən — polixrom divar boyakarlığından, Quran yazılarından, yapma bəzəklərindən istifadə olunur. Çuxur məhəllə məhəlləsi Ağa Məhəmməd Aman. "Gülağa Tənha - 8 may" (az.). tarixində arxivləşdirilib.
Çuxur və kəfkir (hekayə)
Çuxur və kəfkir (ing. The Pit and the Pendulum) - Edqar Allan Po tərəfindən qorxu janrında yazılmış hekayə. Əsər 1842-ci ildə The Gift: A Christmas and New Year's Present for 1843 nəşriyyatında nəşr edilmişdir.