ekzonim
ekzorsizm
OBASTAN VİKİ
Ekzoplanet
Ekzoplanet (q.yun. εξω, exo — kənarda) və ya günəşdənkənar planet — Günəş sistemindən kənarda ulduz ətrafında fırlanan planet. Bu ulduzlar Günəşdən uzaqda — 4,22 işıq ili məsafəsində yerləşir. Ona görə də onları kəşf etmək mümkün olmurdu. Məsələ 1980-ci illərdə həll edilməyə başlandı. Onlar elmi metodların təkmilləşməsi nəticəsində aşkar olundu. 2016-cı ilin fevralına 1321 planet sistemində 2073 ekzoplanetin mövcud olması təsdiqlənmişdir. Onlardan 507-də birdən cox planet vardır. Süd yolundakı ekzoplanetlərin ümumi sayı hazırda 100 milyard təşkil edir. Onlardan təxminən 5-dən 20 milyarda qədəri mümkündür ki, "Yerəoxşar" olsunlar.