ekzoplanet
ekzosentrik
OBASTAN VİKİ
Ekzorsizm
Ekzorsizm (yun. ἐξορκισμός — ovsunlamaq) — cinlərin və ya şər ruhlarının insanlardan yaxud müəyyən yerlərdən qovması. == Ümumi məlumat == Ekzorsizm hələ Qədim Babilistanda işlədilmiş, adətən səlahiyyətli bir şəxslə (keşiş və ya şaman) icra edilir. Əhdi Cədiddə İsanın dua və əmr gücü ilə keçirilmiş cinlər qovmaları təsvir edilmişdir. Haqqında bir çox bədii film çəkilmişdir, o cümlədən "İblisi Qovan" və "Emili Rouzun Altı Cini". Cinlәrin vә ya şәr ruhların insandan, yaxud müәyyәn yerdәn qovulması ritualı. Ekzorsizmi rahiblәr, ekstrasenslәr vә ya şamanlar hәyata keçirir. Ekzorsizmә bir çox dindә rast gәlinir. Dörd vedadan biri olan Atharvavedada Ekzorsizm, әl-kimya vә sehr ilә bağlı mәsәlәlәrdәn bәhs edilir. Ekzorsizmin әsas vasitәsi olan mantra vә yacnadan veda vә tantra әnәnәlәrindә istifadә olunurdu.
Emili Rouzun altı ekzorsizmi (film, 2005)
"Emili Rouzun altı iblisi" real əhvalata əsasən bir qızın ekzorsizmləri haqqında 2005 il trilleri. Film xatirələr silsiləsi kimi gedərkən, cinlərlə tutulmuş Emili Rouzun faciəvi taleyi və guya onun ölümündə müqəssir keşiş Murun mühakimə prosesini izləyir. Tutulmuş Emili həmçinin latın, arami və yunan dilində danışır.