Elam dili — qədim Elam ərazisində b.e.ə. 2600-cü ildən - b.e.ə. 330-cu ilə qədər İranın cənub-qərbində (indiki Xuzistan əyalətində) mövcud olmuş, mənşəyi dəqiq bəlli olmayan ölü dil; mixi yazı sistemi ilə yazılmış və qədim Yaxın Şərq tarixində mühüm rol oynayan dillərdən biri.
== Öyrənilməsi tarixi ==
Elam dilinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etmiş elam dili lüğəti - "Elamisches Wörterbuch" 1987-ci ildə Valter Hints və Haydemari Koç tərəfindən nəşr edilib.
E.ə. XXIII əsrin sonunda Akkad mixi yazı sistemindən istifadə edərək elam dilində kitabələr yazılmağa başlanır. İndiyədək bunun yalnız bir nümunəsi məlumdur. Akkad hökmdarı Naram-Suenlə Elam hökmdan Kutüc/Puzur-İnşuşinak arasında bağlanan müqavilənin mətni 15 sm x 16 sm ölçülü dördkünc gil lövhəciyin hər iki üzündə yazılıb və hazırda Sb. 9933 inventar sayı ilə Lüvr muzeyində sərgilənir. Müqavilənin akkad dilindəki mətni isə hələ tapılmayıb.
Elam hökmdarları
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elam çarlığı
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi.
== Ərazisi ==
Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə edirdi. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir.
Elam hökmdarlarının siyahısı
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elamlar
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi.
== Ərazisi ==
Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə edirdi. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir.
Digər lüğətlərdə
ELAM
is. [ər.] klas. Bildirmə, anlatma,
xəbərdar etmə. Elam etmək. Elam qılmaq.
– Bəhərhal, hər nə ki muradınızdır, mənə elam
edin! “Mehri-mah”