Biotibbi elektrodlar
Elektrodlar — dövrəni bioloji sistemə birləşdirən xüsusi formalı keçiricilər nəzərdə tutulur.
== Biopotensial qeydedicilər ==
Biopotensialların qeydə alınması texniki prosesdir, diaqnostika üçün çox vacib informasiya daşıyıcısıdır, çünki biopotensial orqanların və toxumaların normal funksional vəziyyətini çox dəqiq əks etdirir. Elektrofizioloji tədqiqatlarda orqanizmdə və ya bioobyektdə baş verən prosesləri xarakterizə edən bioelektrik siqnallarının alınması üçün biotibbi elektrodlardan geniş istifadə olunur. Alınan fizioloji informasiyanın həcmi və dəqiqliyi hiss olunacaq dərəcədə onların düzgün seçilməsi və tətbiqindən asılıdır.
Diaqnotika zamanı elektrodlardan həm elektrik siqnallarını ötürmək məqsədilə, həm də xarici elektromaqnit təsirini bioobyektə çatdırmaq məqsədilə istifadə olunur. Elektrodları qızıl (Au), platin (Pt), civə (Hg), gümüş (Ag), paslanmayan polad, iridium xəlitələri və.s — dən hazırlayırlar.
== Növləri ==
Elektrik prosesləri haqqında məlumat almaq üçün əsasən iki növ elektroddan istifadə edilir:
−dəriüstü (səthi)-insan orqanizminə daxil edilməyən elektrodlar (qeyri-invaziv elektrodlar);
−dərialtı (iynəli)-insan orqanizminə daxil olan elektrodlar (invaziv üsulda istifadə olunan elektrodlar).
== Elektrodların qoşulma sxemləri ==
Elektrodların yerləşməsi nöqteyi nəzərdən əsasən 2 üsuldan istifadə edilir:
Birqütblü (unipolyar) üsul- bu üsulda birinci elektrod tədqiq olunan aktiv zonada yerləşir, ikinci elektrod isə bioelektrik aktivliyi sıfra bərabər olan zonada yerləşir. Bəzi hallarda bu elektroda indeferent elektrodu deyilir və adətən bu elektrod tədqiq olunan zonadan nisbətən uzaq məsafədə yerləşir. Misal üçün, elektroensofaloqrafiya üsulunda indeferent elektrodu qulaq və ya burun nöqtəsi ilə birləşir.