1. sif. Bir yerin bütün camaatına, elinə məxsus olan, bütün xalqa aid olan; ictimai, ümumi. Ellik bağ. Ellik yol. Ellik bayram. Ellik təsərrüfat. – [İldırım:] Ən baş bir qanun vardır ki, o da hər kəsin başqaya zərərsiz, azad istəyidir.
Ellik işlər üçün isə el özü sıra ilə elbaşılıq edir.
Ordu tirəndazları girdilər ellik bağa; Çalışdılar qalmasın ağacda bircə qarğa.
2. zərf Hamılıqla, elliklə, bütünlüklə, bütün el birlikdə. Ellik şikayət etmək. Ellik iş görmək.
– Ellik yerbəyerdən qalxıb dedilər: – Güloğlan, sazını vur qoltuğuna, var! “ ”.
Dərslərim yetdikdə, dədə, axirə; Oxudular elliyi birdən-birə.
// sif. Bütün el tərəfindən görülən, ya görülməli olan. Ellik iş.