Qafqaz enlibaşı
Qafqaz enlibaşı (lat. Squalius cephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin enlibaş cinsinə aid heyvan növü. Az saylı, yerli (aborigen) növdür.
Ağzı ucda, yarım aşağıda və ya aşağıda olur. Bədəni iri və ya xırda pulcuqlarla örtülü olur. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Azərbaycan sularında yaşayan enlibaşların uzunluğu 45.0 sm, kütləsi 1 kq-a qədər olur.
Şirin su balığı olub, başlıca olaraq, bulaq mənşəli, zəif axan çaylarda və su bitkilərinin gur inkişaf etdiyi durğun sularda yaşayır. Orta ömrün uzunluğu 7-il olub, cinsi yetkinliyə erkəklər 2, dişilər 3 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə, həyat sikli kürü-sürfə-körpə-yetgin fərd şəklində olur.