EOL SÜTUNLARI

arid vilayətlərdə üfqi və yaxud zəif maili yatan laylarda boş süxurların sovrulması nəticəsində yaranır. столбы эоловые eolian columns
EOL RELYEF FORMALARI
EOL ŞƏHƏRLƏRİ
OBASTAN VİKİ
EOL
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
İşıq sütunları ( Günəş sütunları )
İşıq sütunları – buz kristallarından şüaların əks olunması nəticəsində yaranan nadir atmosfer hadisəsidir. Güclü işıq mənbələri xüsusilədə soyuq havalarda səmaya doğru sütun şəklində yansımalar yaradır. İşıq sütunları olaraq adlandırılan bu strukturların mənbəyi Günəş kimi bir səma cismi də ola bilər. Səma cisimləri işıq sütunları yaratmaq üçün üfüq xətti səviyyəsinə yaxın mövqedə olmalıdır. Bu səbəblə "Günəş sütunları" gün doğumunda və gün batımında müşahidə edilə bilər. İşıq sütunlarının əmələ gəlməsi üçün havada yastı lövhəciklər şəklində buz kristalları mövcud olmalıdır. Yer səthinə yaxın güclü bir işıq mənbəyindən çıxan şüalar, atmosferə yayılarkən buz kristallarının alt hissələrilə toqquşur və aşağı doğru geri əks olunur. Milyonlarca buz kristalından əks olunan şüalar səmada şaquli olaraq yayılan işıq sütunları şəklində bir görüntü yaradır. Günəş kimi uzaq bir mənbədən gələn şüaların işıq sütunu yaratması üçün, yastı buz kristalları havada meyilli şəkildə istqamətlənməlidir. Ancaq süni işıq mənbəsindən çıxan şüalar Yer səthindən kosmosa hər istiqamətdə yayıldığından işıq sütunu yaradacaq şəkildə Yer səthinə geri əks olunması üçün buz kristalları yere paralel olmalıdır.
Yaradılış sütunları
Yaradılış sütunları — Yer kürəsindən 6500-7000 işıq ili uzaqlığında olan NGC 6611-dəki ulduzlararası qaz və tozun fil xortumlarının Habbl teleskopu tərəfindən çəkilmiş fotosu. Qaz və toz yeni ulduzların yaranması prosesində iştirak etdiyinə və yaxınlıqda yeni formalaşan ulduzlardan gələn işıq ilə aşındığına görə buraya belə bir ad verilib. 1 aprel 1995-ci ildə çəkilən foto Space.com tərəfindən Habblın çəkdiyi ən yaxşı 10 fotodan biri adlandırılıb. Fotodan məsul astronomlar Arizona Ştat Universitetindən Ceff Hester və Paul Skavndır. 2011-ci ildə region Avropa Kosmik Agentliyinin Herşel Kosmik Teleskopu tərəfindən yenidən ziyarət edilib. Sütunlar sərin molekulyar hidrogen və tozdan təşkil edilmişdir, hansı ki, nisbətən yaxın və isti ulduzların ultrabənövşəyi şüalarının səbəb olduğu fotobuxarlanma nəticəsində aşınmışdır. Ən soldakı sütunun uzunluğu təxminən 4 işıq ilidir. Buludların yuxarısındakı barmağa bənzər çıxıntılar bizim Günəş sistemindən böyükdür və görünmələrinin səbəbi buxarlaşan qaz kürəciklərinin kölgəsidir, hansı ki qazı gərgin ultrabənövşəyi axından qoruyur. Buxarlaşan qaz kürəcikləri yeni ulduzların inkubatorudur. Onlardan çıxan ulduzlar daha sonra buxarlaşır.
EOL (ensiklopediya)
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Eol (mifologiya)
Eol — Qədim yunan mifologiyasına görə külək tanrısı.
Eol prosesləri
Eol prosesləri - küləyin fəaliyyətilə əlaqədar olan relyefəmələgəlmə prosesləri. Buraya həm eol denudasiyası (deflyasiya, karroziya) və həm də akkumulyasiya daxildir. Bütün zonaların quru və mötədil rütubətli əyalətlərində baş verir. Eol prosesləri nəticəsində eol relyef formaları və eol çöküntüləri əmələ gəlir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Eol relyef
Eol akkumlyativ formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. == Terminalogiya == Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. == Əmələgəlmə == Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Eol relyef formaları

Relyefin eol formaları
Küləyin dağıdıcı və ya akkumulyativ fəaliyyəti nəticəsində əmələ gələn müxtəlif relyef formalarıdır. Bu formalar: eol sütunundan, barxandan, dyundan, qum təpəsindən, qum tirəsindən və s. dən ibarətdir. Relyefin eol formaları başlıca olaraq arid iqlim şəraitində , yəni səhrada əmələ gəlir.
Eol (Ellinin oğlu)
Eol ( q.yun. Αἴολος ) — qədim yunan mifologiyasında personaj. Apollodorun yazdığına görə, Hesiodun poemasında Eol Ellin və nimfa Orseidanın övladı, Dor və Ksufun qardaşıdır.