Erzsebet Nad
Erzsebet Nad (13 aprel 1927 – 29 yanvar 2008) — macar tərcüməçi və yazıçı, Macarıstanın baş naziri olmuş və Macar inqilabından sonra güllələnən İmre Nadın yeganə övladı.
== Həyatı ==
Erzsebet Nad, 1927-ci ilin 13 aprelində Macarıstanın cənubunda yerləşən Kopaşvar şəhərində anadan olmuşdur. O, İmre Nad və Mariya Egetonun yeganə övladı olmuşdur.
Erzsebet Nad, Ferens Yanoşi ilə evlənmişdir. Onların nikah mərasimi protestant kilsəsində və protestant rahibin rəhbərliyi ilə keçirilsə də atası buna etiraz etməmiş və özü də Siyasi Bürodan icazə almadan bu nikahda iştirak etmişdir. Lakin, o dövrün qaydalarına görə Kommunist partiyasının yüksək vəzifəli şəxsi üçün bu gözlənilməz hadisə idi.
Erzsebet Nad, 1982-ci ildə Yanoş Veszi ilə ailə həyatı qurmuşdur.
Bir qızı və oğlu olmuşdur.
== Macar inqilabı ==
Nadın atası, baş nazir İmre Nad, Macar inqilabının rəhbər şəxsi idi. İnqilabın yatırılmasından sonra o, Sovet qoşunları tərəfindən aldadılaraq həbs edilmişdir.