Eskimosların folkloru
Eskimosların folkloru — eskimos xalqlarının zəngin şifahi yaradıcılığı olmuşdur. Nağıl və əfsanələrində, əsasən, kosmoqonik miflərə, qədim inanclara üstünlük verilmişdir. Ənənəvi inancları qorunub saxlanılır.
== Nağıllar ==
Eskimos mifologiyası ilə sıx əlaqəli olan nağıllarda kosmoqonik miflər, coğrafi obyektlərin, göy cisimlərinin, ətraf aləmlə bağlı obyektlərin və ənənələrin mənşəyi haqqında miflər əks olunur. Günəşin yaranması haqqında mifə görə qardaş öz bacısına vurulur. Bundan xəbər tutan bacısı qaçır. Bacı qovan qardaş ay, qız isə günəş olur. Ay diskindəki ləkələr, bacının gecə qonağını gün ərzində tanımaq üçün alnına vurduğu hiss izləridir (mərkəzi Yupik, İnupiat, iqlulik, netsilik, Labrador eskimosları) . Ulduz topaları qütb ayılarını, yaxud onların köpəklərini qovan ovçular sayılır . Böyük Ayı bürcü, maral karibudur (iqlulik, Şimali Alyaskada yupik, inupiat, Baff torpağı eskimosları, Labrador, Qərbi Qrenlandiya) .