Eston dili
Eston dili (orijinal dildə eesti keel ) — estonların dili. Ural dillərinin fin-uqor budağının baltika-fin alt qrupuna aiddir. Estoniya və Avropa birliyinin rəsmi dilidir. Yazı sistemi Latın əlifbasına əsaslanır.
Eston dili təxminən 1 milyon insanın ana dilidir. Onların əksəriyyəti (təxminən 900.000 nəfər) Estoniya sakinləridir.
Estoniya dili səslərin üç dərəcə uzunluğu ilə (həm sait, həm samit) diqqət çəkir: qısa, uzun və ən uzun. Uzunluqdan asıllı olaraq sözlər fərqli mənalar verir.
Dilin kodu — et və ya est (ISO 639-a uyğun olaraq).
== Adı ==
Estlər xalqının adına ilk dəfə Tasitin (98-ci il) əsərlərində rast gəlinir, lakin, göründüyü kimi, bu etnonim Baltik tayfalarından birinə aiddir, çünki Tasitin təsvir etdiyi xalq Baltik dənizinin Visladan şərqdə olan sahilində məskunlaşmışdır, orada isə Baltika-Fin xalqları heç vaxt yaşamamışdılar.