ETİRAZ

E’TİRAZ

ə. bir fikrin və ya qərarın əleyhinə danışma; razı olmadığını bildirmə, müxalifətdə olma.

ETİRAF
ETİSAF
OBASTAN VİKİ
Etiraz
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Orta Şərq ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Yaxın Şərq və Şimali Afrika ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Etiraz məktubu
Nota — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti. Etiraz məktubu notanın mənfi növüdür.
Etiraz (dəqiqləşdirmə)
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərmək, etiraz etməkdir. Etiraz həmçinin bu mənaları da ifadə edə bilər: Etiraz məktubu — bir dövlətin hökumətinin digər bir ölkənin hökumətinə rəsmi diplomatik müraciəti.
Nümayiş (etiraz)
Siyasi nümayiş, nümayiş və ya etiraz hər hansısa bir kütləvi qrup tərəfindən siyasi və ya başqa məqsədlərlə həyata keçirilən aksiyadır. O, adətən kütləvi yürüşdən və çıxış edənləri yəni spikerləri dinləmək üçün müəyyən bir son nöqtədə başlayan yığıncaq və ya mitinqdən ibarətdir.
Söyüdlüdə etiraz aksiyaları
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb. Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər.
İranda azərbaycanlıların etiraz aksiyaları (2015)
İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları. İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30-40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır.
İranda tələbələrin etiraz aksiyaları (2018)
İranda tələbələrin etiraz aksiyaları — 2018-ci ilin dekabr ayının əvvəllərində o zamankı İranda müəllim və digər sahələrdə çalışan şəxslərin davam edən tətillərini dəstəkləmək üçün başladılmış tələbə etiraz aksiyaları. 2018-ci ilin 4 dekabrında Tehrandakı Əmirkəbir Texnologiya Universitetinin tələbələri toplanaraq tətil edən işçiləri və müəllimləri dəstəklədiklərini bildirdilər. Aksiyanı dağıtmağa çalışanlara qarşı isə bəstə oturdular. Səsləndirdikləri əsas şüarlar isə bunlar idi: "Toplar, tanklar və silahlar artıq təsirsizdir", "İşçilər və tələbələr birləşir", "Həbs edilmiş müəllimlər, işçilər və tələbələr azad edilməlidir", "Yalançı hakimiyyətə ölüm". Eyni vatda Tehranda yerləşən başqa bir universitet olan Əllamə Təbatəbai Universitetinin tələbələri universitet şəhərçiyində İran xüsusi xidmət orqanları işçilərinin olmasına görə etiraz aksiyasına başladılar. Eyni gündə Babol Nuşirvani Texnologiya Universitetinin tələbələri də etiraz aksiyalarına başladılar. Onların əsas şüarları bunlar idi: "Universitet diridir", "Universitet tələbələrinə qarşı təzyiqlərə son", "Tələbələr öləcək, lakin zülmə boyun əyməyəcək". Səhənd Texnologiya Universiteti və Kirmanşah Razi Universiteti tələbələri də eyni gündə etiraz aksiyalarına başladılar. Səhənd Texnologiya Universiteti tələbələrinin bir qismi aclıq aksiyası başlatdı. Kirmanşah Razi Universiteti tələbələri isə Xuzistandakı işçilərlə həmrəylik göstərmək üçün əsas şüar olaraq "Çörək, azadlıq, işçi şurası" şüarini seçmişdilər.
Şuşa–Xankəndi yolunda etiraz aksiyası
Xankəndi–Laçın yolunda aksiyalar — 2022-ci il dekabrın 12-də səhər saatlarından etibarən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyaları. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi, lakin sülhməramlıların hərəkətsizliyi səbəbindən monitorinq baş tutmadı. Hadisələr etirazlara və uzunmüddətli aksiyalara səbəb oldu. Bir qrup azərbaycanlı QHT nümayəndələri, azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz məqsədi ilə Xankəndi-Şuşa-Laçın yolunu bağlayaraq etiraz aksiyası keçirməyə başladı. Həmin zaman sülhməramlıların hərbçisi əlindəki avtomat silahın qundağı "Report" İnformasiya Agentliyinə məxsus avtomobilə avtomatın qundağı ilə zərbə yedirib. Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb etdilər və problem həll olunana qədər burada qalacaqlarını bildirdilər. Bundan sonra ərazidə xidmət aparan Rusiya sülhməramlıları etiraz aksiyasının keçirildiyi əraziyə əlavə hərbi texnika cəlb etdi. Əlavə hərbi texnikanın cəlb edilməsinə cavab olaraq etirazçılar tərəfindən Azərbaycan himni səsləndirildi və ekoloji fəallar təbii sərvətlərin talan edilməsinə son qoyulması tələblərini bildirən şüarlar söyləməyə başladılar. Etirazçılar Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmayınca aksiyanı davam etdirmək fikrində olduqlarını bildirirlər. FHN aksiya iştirakçıları üçün çadırlar aparır.
Ermənistan etirazları (2008)
1 mart hadisələri, 1 və 2 mart hadisələri, Meydan hərəkatı və ya 2008-ci il hadisələri — 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi. Seçkiləri müşayiət edən pozuntulara qarşı olan kütləvi etirazlar ölkənin paytaxtı İrəvanda keçirilmişdir. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdur, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdır. Etiraz aksiyaları fevralın 20-də başladılmışdır və 10 gün ərzində İrəvanda davam etdirilmişdir. Teatr meydanında gün ərzində on minlərlə nümayişçi iştirak etmişdir, elə həmin gün onlarca çadır quraşdırılmışdır ki, nümayişçilər gecə də orada qala bilsinlər. Hakimiyyətin nümayişlərin dayandırmaq tələblərinə baxmayaraq, etiraz aksiyaları martın 1-dək davam etdirilmişdir. Martın 1-də səhər saatlarında polis dəyənəklər və elektroşokları istifadə edərək nümayişçiləri Azadlıq meydanından qovmuşdur. Nümayişçilərin əksəriyyəti Həmən vaxtı hələ yatırdı.
Ermənistan etirazları (2018)
2018-ci il Ermənistan inqilabı (erm. 2018 թվականի հեղափոխություն Հայաստանում), xalq arasında "Serji rədd et" (erm. Մերժիր Սերժին, translit. Merjir Serjin) və ya Paşinyan tərəfindən Məxməri inqilab (erm. Թավշյա հեղափոխություն) — 12 aprel 2018-ci il tarixində Ermənistan Respublikasının müxtəlif şəhərlərində başlayan və Ermənistan millət vəkili Nikol Paşinyanın rəhbərlik etdiyi hökumət eleyhinə olan etiraz aksiyaları dalğası. 23 aprel 2018-ci il tarixində Serj Sarkisyan "Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mən sizin tələblərinizi yerinə yetirirəm" deyərək istefa verdi.
Etirazlar
Etiraz — nisbi olaraq bir hadisəyə və vəziyyətə qarşı əks istiqamətdə reaksiya göstərməkdir. Ümumiyyətlə bu reaksiya göstərmə forması, müxalif görüşü sözlə ifadə etmə yanında o görüşü toplumsallaştırma və bir qrupla birlikdə ifadə etmə xarakteri də daşıya bilər. Bundakı məqsəd ictimaiyyət nəzdində səsini daha çox duyurabilmek və rəhbərliyə qarşı daha təsirli bir duruş sergileyebilmektir. Bu, birbaşa ifadə və təsir etmənin və aktivizmi bir yoludur.
Gürcüstan etirazları (2019)
Gürcüstan etirazları (gürc. გავრილოვის ღამე, azərb. Qavrilovun gecəsi‎) – Gürcüstanın paytaxtı Tbilisi şəhərində 2019-cu ilin 20 iyun tarixindən etibarən başlamış hökumət əlehinə xalq etirazları. Etirazların səbəbi Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləməsi olmuşdur.. Gürcüstanın paytaxtı Tbilisidə etirazlardan sonra 21 iyun tarixində parlamentin spikeri İrakli Kobaxidze istefa verib. Onun mənsub olduğu hakim Gürcü arzusu — Demokratik Gürcüstan partiyası onun qərarını xalq qarşısında məsuliyyətin nümayişi kimi dəyərləndirib. Cümə axşamı günü parlament qarşısındakı etiraz aksiyasında polislə toqquşması olub, yaralılar var və 240 nəfər xəstəxanalara aparılıb. Polis nümayişləri dağıtmaq üçün gözyaşardıcı qaz, su topları və rezin güllələrdən istifadə edib. Hökumət üzvlərinin istefasını tələb edən mitinq iştirakçıları parlament binasına girməyə cəhd göstəriblər. Hadisələr nəticəsində 39 polis nəfəri və 30 etirazçı yaralanıb, Baş nazir Mamuka Baxtadze açıqlayıb.
Gəzi parkı etirazları
Taksim Gəzi Parkı etirazları, 61-ci Türkiyə Cümhuriyyəti Hökumətinin, İstanbulun Bəyoğlu rayonunda yerləşən və sadəcə ümumi xidmətdə işlədilmək qaydası ilə İstanbul Böyükşəhər Bələdiyyəsinə verilmiş Taksim Gəzi Parkına İstanbul 6-cı İdarə Məhkəməsi və 2 Nömrəli Mədəniyyət və Təbiət Varlıqlarını Qoruma Qurulu qərarı olduğu halda Topçu Qışlasını Taksim Piyadalaşdırma Proyekti çərçivəsində tikinti icazəsi olmadan yenidən inşa etməsini əngələmə aksiyası olaraq başlamışdır. 27 May 2013 tarixində iş aparatlarının parka girməsindən sonra bu xəbərin sosial şəbəkə vasitəsilə qısa müddətdə yayılması nəticəsində bəzi aktivistlərin parka gedib çalışmaları durdurmağa çalışmasına polis həddindən artıq təzyiqli güclə müdaxilə etmişdir. Bu müdaxilələr və dövrün baş naziri Ərdoğanın tikinti işində israrlı açıqlamaları ilə aksiyalar hökumət əleyhinə yürüşlərə çevrilmiş və başda Ankara, İzmir kimi böyük şəhərlər olmaqla Türkiyənin digər vilayətlərinə də yayılmışdır. 1 İyun tarixində polis qüvvətləri Taksim meydanından çəkilmişdir və etirazçılar Gəzi Parkında böyük bir kamp qurmuşdular. Kampda könüllülərin çalışdığı kitabxana, mətbəx kimi təsislər qurulmuşdu. 15 İyun axşamındakı polis müdaxiləsindən sonra Gəzi Kampı dağıdılmışdır. Bu hadisədən sonra Türkiyənin müxtəlif vilayətlərindəki parklarda forumlar düzəldilməyə başlanmışdır. Gokay, Bulent and Xypolia, Ilia (eds.) (2013) Reflections on Taksim -Gezi Park Protests in Turkey.
Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar (2019)
2019-cu ildə Honkonqda ekstradisiya qanun layihəsi əleyhinə etirazlar — Çinə ekstradisiyanı nəzərdə tutan mübahisəli qanun layihəsinin parlamentə təqdim olunmasından sonra başlayıb. Nümayişlər başlayandan sonra mübahisəli sənədin təsdiqi təxirə salınıb. Etirazlar 1997-ci ildən bəri Honkonqda ən izdihamlı kütləvi aksiya sayılır.
Məcburi hicaba qarşı İran etirazları (2017-2019)
İranda məcburi hicab geyiminə qarşı etirazlar, həmçinin, hadisənin gedişatı ilə bağlı olaraq İnqilab küçəsi qızları(fars. دختران خیابان انقلاب‎) kimi də bilinir. Etirazlar bu hərəkətlənmələrə ilham mənbəyi olan, İnqilab küçəsi qızı kimi də tanınan Vida Movahədin 27 dekabr 2017-ci ildə Tehranın izdihamlı İnqilab küçəsinin mərkəzindəki elektrik sayğacının yanında dayanaraq, hicabını və ağ şalını bir çubuğa keçirib bayraq kimi dalğalandırmasıyla başladı. O, həmin gün həbs edildi və bir ay sonra 28 yanvar 2018-ci ildə icbari cəza ödəməklə müvəqqəti sərbəst buraxıldı. Bəzilərinə görə Movahədin bu hərəkəti Məsih Əlinejadın Amerikanın Səsinin fars dilində olan yayımında 2017-ci ilin əvvəlində başlayan protest hərəkəti Bəyaz Çərşənbələr tələbinə əsaslanırdı. Az sonra digər qadınlar da bu etiraz hərəkətini təkrarlamağa və öz hərəkətlərini sosial mediya hesablarında paylaşmağa başladı. Bu etiraza dəstək verən qadınlar ingilis dilli mənbələrdə "İnqilab küçəsinin qızları"(ing. Girls of Enghelab Street) olaraq təsvir edilir. Bəzi nümayişçilər Məsih Alinejadın istəyi üzərinə yox, özlərinin bunu başlatdığını iddia edirdilər. 1979-cu il inqilabından sonra qüvvəyə minən İran İslam qanunlarının İslami Cinayət qanunun (Sanskiyalar və önləyici cəzalar adlandırılır) 5-ci kitabının 638-ci maddəsinə görə hicab geyinməyən qadınlar 10 gündən 2 aya qədər həbs edilə, və/və ya 50 000–500 000 rial ödəməsi tələb oluna bilər.
Məhsa Əmini etirazları
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqez, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
Nikaraqua etirazları (2018)
Nikaraqua etirazları — 18 aprel 2018-ci il tarixində Nikaraqua Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. Aksiyaların beşinci günündə ümumi olaraq, 30 nəfər həlak olmuşdur. Hadisələrin nəticəsi olaraq, 2007-ci ildən bəri ölkənin prezidenti olan Daniel Orteqa gələcək islahatları ləğv etmişdir. Bu hərəkətlərə cavab olaraq, müxalifət illərlə davam edən siyasi repressiyalara baxmayaraq, Orteqanın vəzifədən azad olmasını tələb etmiş və prezidenti devirmək üçün etiraz aksiyalarına qoşulmuşdur. Etiraz aksiyaları dalğası Orteqa hakimiyyətində baş verən ən böyük etiraz aksiyaları, Nikaraqua inqilabından sonra ölkədə baş verən ən ölümcül mülki münaqişə olmuşdur. İğtişaşın bir nəticəsi olaraq, Nikaraqua ictimaiyyəti, eləcə də beynəlxalq qurumlar növbəti prezident seçkilərinin daha erkən keçirilməsini tələb etmişdir. Avropa İttifaqı bu hərəkəti dəstəkləyir. Etiraz aksiyalarının ilkin mərhələsi 2013-cü ilin iyun ayında ölkənin 750 həftədən az iş görmüş yaşlı əhalisi Nikaraqua Sosial Təhlükəsizlik İnstitutunun pensiyaların verilmə kriteriyalarının yüngülləşdirməsini tələb edəndə başlamışdı. Tezliklə, tələbələr və gənclər də onların aksiyalarına qoşulub. Etiraz aksiyalarının başlamasından bir neçə həftə sonra sülhsevər etirazçılar hərbiləşdirilmiş hökumət dəstələrinin üzvləri tərəfindən zorakılığa məruz qalıblar.
Paşinyan əleyhinə etirazlar
Ermənistan etirazları ― Azərbaycan və Ermənistan arasında imzalanan sülh müqaviləsinə etiraz olaraq 10 noyabrdan başlayan hökumət əleyhinə aksiyalar. Etirazlar Ermənistanın Baş Naziri Nikol Paşinyanın xalqına müraciəti zamanı Azərbaycanla sülh bağlandığını və işğal edilmiş torpağları Azərbaycana qaytarılacağını deməsindən sonra başlandı. Etirazçılar bu bəyanatdan sonra küçələrə axışdılar və torpağların Azərbaycana qaytarılmamasını tələb etdilər. 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri İrəvanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və bəyanatın bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir. Etirazçılar Ermənistan parlament binasına hücum edilblər. Parlament binasının qarşısında Ararat Mirzoyanın mühafizəçiləri ilə etirazçılar arasında insident olub. Etirazçılar həmin an avtomobilində olan Parlamentin spikerini avtomobilindən çıxararaq ölümcül şəkildə döyüblər. Nikol Paşinyan "Facebook" səhifəsində iqamətgahında oğurluq olduğunu, kompüter, ətir və saatının oğurlandığını yazmışdı. O, bu məlumatı "Təbii ki, Vətən uğrunda" sözləri ilə paylaşmışdı.
Qadın etirazları (2017)
Qadın marşları (ing. Women's Marches; Women's March on Washington) - 2017-ci ilin 21 yanvar tarixində dünyanın müxtəlif şəhərlərində qadınlar tərəfindən başladılmış etiraz hərəkatları. Qadın etirazları özündə sosial ədalətsizlik, qadın hüquqları, irqçiliyin normallaşdırılmasına qarşı mübarizə, tibb islahlatları və LGBT hüquqları kimi müxtəlif sahələri birləşdirir. Etirazlar Donald Trampın ABŞ-nin 45-ci prezidenti kimi and içməsindən sonra ilk dəfə Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində başlanıb. Donald Tramp seçki kompaniyası ərzindəki çıxışların bir necəsində qadınlar və qadın hüquqları ilə bağlı sərt fikirlər bildirməsi ilə yadda qalıb. 2017-ci il qadın etirazları ABŞ tarixində bir gün ərzində ən çox insan izdihamı ilə müşahidə olunmuş etiraz kimi tarixə keçib. İlk etiraz nümayişi paytaxt Vaşinqton şəhərində planlaşdırılıb və Vaşinqtonda qadın etirazları kimi təqdim edilib. Vaşinqtonda baş tutan etirazlar facebook, youtube və tvitter kimi saytlarda canlı yayımlanmışdır. Təkcə Vaşinqton şəhərindəki mitinqdə yarım milyona yaxın adam iştirak edib. Dünya üzərində baş tutan dəstək mitinqlərindəki iştirakçı sayı isə 4.8 milyona yaxındır.
Qazaxıstan etirazları (2022)
2022-ci ildə Qazaxıstan etirazları, bəzən Qanlı Yanvar (qaz. Qandy qañtar) və ya yanvar faciəsi (qaz. Qañtar tragediasy) — 2022-ci il yanvarın 2-də Janaozendə maye qazın bahalaşmasına qarşı kütləvi etirazlar ilə başlayan, daha sonra bütün ölkəyə yayılan etirazlardır. Etirazlar sürətlə başqa şəhərlərə, o cümlədən Almatıya sıçrayıb. Hökumət etirazçılar qarşısında geri çəkilərək qiymətləri endirsə də aksiyalar səngiməyib. Bəzi şəhərlərdə küçələrə çıxanlar Təhlükəsizlik Şurasının katibi vəzifəsini (ömürlük) tutan keçmiş prezident Nursultan Nazarbayevin siyasətdən getməsini tələb ediblər. Yanvarın 5-də etirazların böyüməsi qarşısında prezident Qasım-Comərd Tokayev hökuməti istefaya göndərib. Tokayevin sərəncamı ilə baş nazirin səlahiyyətlərinin müvəqqəti icrası vitse-premyer vəzifəsini tutmuş Alixan Smailova həvalə edilib. Habelə Almatıda və Manqistau vilayətində (inzibati mərkəzi Janaozen olmaqla) yanvarın 5-dən 19-na qədər komendant saatı tətbiq edilib. İğtişaşlara cavab olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) – Ermənistan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Qazaxıstanın özünün də daxil olduğu postsovet dövlətlərinin hərbi ittifaqı Qazaxıstanda sülhməramlı qoşunların yerləşdirilməsinə razılıq verib.
Rusiya etirazları (2021)
2021-ci ildə Rusiya etirazları 23 yanvar 2021-ci ildə həbs edilmiş müxalif lider Aleksey Navalnını dəstəkləmək üçün başladı. 2020-ci il 20 avqust tarixində Tomskdan Moskvaya uçuşu zamanı Navalnının səhhəti ağrılaşdı və o, ağır halda xəstəxanaya yatırıldı. Navalnı müalicəsi üçün Berlinə təxliyə edildi və 22 sentyabrda buradan tərxis edildi. Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Navalnının noviçok sinir agentindən istifadə edilərək zəhərləndiyi təsdiqlədi. Rəsmi Moskva bunu inkar etsə də, Avropa Birliyi və Böyük Britaniya 6 əsas rus rəsmisinə və dövlət kimya mərkəzinə sanksiya tətbiq etməklə qarşılıq verdi. Navalnı zəhərlənməsində prezident Vladimir Putinini günahlandırdı. Bellingcat və The Insider tərəfindən aparılan istintaq Navalnının zəhərlənməsinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri tərəfindən yerinə yetirildiyini açıqladı. Navalnı 2021 17 yanvar tarixində Rusiyaya qayıtdı və şərti cəza şərtlərini pozmaqda günahlandırılaraq, hava limanında saxlanıldı. O, qayıtmadan əvvəl Federal Həbsxana Xidməti Navalnının Moskvaya qayıtdığı anda həbs edilə biləcəyini demişdi. Səbəb kimi, ona verilən şərti azadlıq hüququnu pozduğunu göstərən orqan onun Rusiyaya gəldiyində həbs edilməsinin zəzuri olduğunu bildirdi.
Siyasi məhbuslara dəstək etirazı
19 yanvar mitinqi — 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyası. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. 2019-cu il yanvarın 19-da Bakının Məhsul stadionunda Milli Şuranın təşkil etdiyi etiraz aksiyada 20,000 nəfər iştirak edib. Mitinqin keçirilmə məqsədi bloqqer Mehman Hüseynov və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı digər insanlara azadlıq tələbi olub. Polis stadiona girişi mitinqin başlanmasından 15 dəqiqə sonra bağlayıb, stadionun ərazisində isə mobil internet söndürülmüşdü ki, heç kim sosial şəbəkələrdə canlı efirə qoşula bilməsin. Polis girişdə bəzi mitinq iştirakçılarının əlindən onların gətirdiyi siyasi məhbusların portretlərini alıb. Aksiya iştirakçıları "Siyasi məhbuslara azadlıq", "Mehman Hüseynova azadlıq", "Bu vətən bizimdir", "Biz qalib gələcəyik" və başqa şüarlar səsləndiriblər. Tribunada müxalif Müsavat, Respublikaçı Alternativ və Azərbaycan Xalq Cəbhəsi partiyalarının nümayəndələri, həmçinin siyasi fəallar olublar. Mitinqdə Müsavat Partiyasının üzvü Tofiq Yaqublu, ReAL Partiyasının sədri İlqar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli çıxış ediblər. Öz çıxışlarında onlar ölkə hakimiyyətini tənqid edərək, korrupsiyadan, pis iqtisadi vəziyyətdən və insan haqlarının pozulmasından danışıblar.
Sudan etirazları
Sudan etirazları — 2018-ci il dekabrın 19-dan Sudanın bir çox şəhərlərində, çörəyin qiymətinin qalxması, yaşayış xərclərinin artması və ölkədə vəziyyətin pisləşməsi əlehinə başlayan etiraz aksiyaları. Hökumət etirazların süni xarakter daşıdığını və bu işdə İsrailin əlinin olduğunu bəyan edir. 11 aprel 2019-ci ildə Sudanda baş vermiş hərbi çevriliş nəticəsində Prezident Ömər əl-Bəşir hakimiyyətdən uzaqlaşdırılmışdır. Ölkədə çörəyin qiymətinin qalxması ilə etirazlar baş qaldırmışdır. Bir neçə həftə ərzində şəhərlərdə çörək qıtlığı yaşanmış, çörək bişirilən yerlərdə növbələr yaranmışdır. Ölkədə mal çatışmamazlığı və qiymətlərin qalxması 70 faizlik infilyasiyadan sonra baş verir. Milli valyutada artıq dəyədən düşür və devalivasiya 80 % təşkil edir. Sərt iqtisadi tədbirlərin görülməsi xalq arasında etirazlara səbəb olur. İqtisadi problemlər hətta 2017-ci ilin oktyabrında ABŞ sanksiyalarının aradan qaldırılmasından sonra belə səngiməmiş, əksinə alovlanmışdır. Ölkədə korrupsiya isə yüksək olaraq qalır (Transparency International təşkilatının rəsmi məlumatına əsasən 180 ölkə arasında 170 yer) və Cənubi Sudanın müstəqillik əldə etməsi ilə neft yataqlarının 4-də 3 itirməsi onun iqtisadiyyatına mənfi təsir göstərir.
Tyananmen meydanı etirazları (1989)
Tyananmen meydanı etirazları və ya Tyananmen meydanı hadisəsi – Çində 4 iyun hadisəsi (çin. 六四事件; pinyin. liùsì shìjiàn - hərfi mənası 6-4 hadisəsi) olaraq da bilinən, Pekinin Tyananmen meydanında tələbələr tərəfindən 1989-cu ildə həyata keçirilən nümayiş. Pekin etirazlarından ilhamlanan bu xalq hərəkatı bəzən '89 Demokratiya Hərəkatı (çin. 八九民运; pinyin. Bājiǔ mínyùn) kimi də adlandırılır. Etirazlar 15 apreldə başladı və hərbi vəziyyətin elan olunduğu və Çin Xalq Azadlıq Ordusunun Pekinin mərkəzinə göndərildiyi 4 iyunda məcburi şəkildə yatırıldı. Qanlı hadisəyə verilən başqa bir ad Tyananmen meydanı qırğını (çin.天安门大屠杀; pinyin. Tiān'ānmén dà túshā) odlu silahlarla təchiz edilən və tanklardan istifadə edən qoşunların nümayişçilərə və Tyananmen meydanına ordunun daxil olmasına qarşı çıxanlara atəş açması ilə bağlıdır. Ölüm rəqəmi ilə bağlı təxminlər bir neçə yüz nəfərdən bir neçə min nəfərə qədər dəyişir.
Vicdanlı etirazçı
Vicdanlı etirazçı — vicdan azadlığı, fikir azadlığı və din azadlığına əsaslanaraq, hərbi xidmət keçməkdən imtina etmək hüququnun olduğunu iddia edən şəxs.
Yanacağın qiymət artımına görə İran etirazları (2019)
2019-cu ildə yanacağın qiymət artımına görə İran etirazları — İlk başda yanacaq qiymətlərindəki 200%-lik bir artışla başlayan, ancaq daha sonra İrandakı mövcud rejimə və Ali Rəhbər Əli Xameneinin istefasına yönələn, İranın bir çox şəhərlərində baş tutan sivil etirazlardır. Etirazlar 15 noyabr axşamında başladı və internətdə nümayişlərin videosu yayılmağa başladıqca üsyanlar saatlar içərisində 21 şəhərə sıçradı. Şiddətli etirazların şəkilləri beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı. Etirazlar ilk başda dinc toplanmalar kimi başlasa da, hökumətin sərt tədbirləri iğtişaşları bütün İran rejiminə qarşı yönəltməyə təşviq etdi. İran hökuməti etirazları susdurmaq üçün ölkə səviyyəsində interneti kəsmək, binalardan, vertolyotlardan, yaxın məsafədən pulemyotla etirazçılara atəş açmaq kimi ölümcül üsullardan istifadə etdi. İran hökuməti, həmçinin, etirazları basdırarkən ölənlərlə bağlı real rəqəmlərin gizli qalması üçün öldürülən nümayişçilərin cəsədlərini yaxınlarına vermirdi. Öldürülənlər ailələri KİV-lərə məlumat verməsin və ya yas mərasimi keçirməsin deyə hökumət tərəfindən təhdid etdilmişdi. Ölənlərlə bağlı hələ də tam dəqiq bir rəqəm olmasa da, bəziləri mühafizə qüvvələrinin 1000-dən çox İran vətəndaşını öldürdüyünü təxmin edir. Hökumətin etirazçılara qarşı sərt tədbirlər almağı etirazçıları daha şiddətli reaksiya verməyə təşviq etdi. İran mərkəzi bankı daxil olmaqla ölkə səviyyəsində 731 banka, 9 dini mərkəzə hücumlar oldu, antiamerikanizm və Ali Lider Əli Xameneiyə aid olan plakatlar, həmçinin abidələr dağıdıldı, yandırıldı.
İran etirazları (2017)
2017–2018-ci il İran etirazları — 28 dekabr 2017-ci il tarixində İran İslam Respublikasının müxtəlif şəhərlərində başlayan etiraz aksiyaları dalğası. İranın ən böyük ikinci şəhəri olan Məşhəd şəhərində keçirilən etiraz aksiyasında minlərlə, ölkənin paytaxtı Tehran şəhərində isə yüzlərlə insan iştirak etmişdir. İranın Nişapur, Kaşan, Kirman, Kirmanşah, Kaşmər, Rəşt, İsfahan, Ərak, Bəndər-Abbas, Ərdəbil, Qəzvin, Həmədan, Sari, Amul, Şahinşəhr, Şəhrikürd, Şiraz, Xürrəmabad, Zəncan, Gürgan, Zahidan, Urmiya, Dürud, Yəzd və Şahrud şəhərlərində də göstərişlər keçirilmişdir. İddialara görə etiraz aksiyaları sosial şəbəkələrdə insanların mesajlaşması vasitəsilə təşkil edilmişdir. Etirazda iştirak edənlər tez-tez "Ruhaniyə ölüm" və "diktatora ölüm" şüarlarından istifadə etmişdir. Etiraz aksiyaları ilk olaraq ölkənin iqtisadi problemləri barədə idi, ancaq bu çox vaxt keçmədən etirazçıların İranın Orta Şərqdəki münaqişələrə daxil olması və ölkənin İslamçı hökumətini pisləməsiylə nəticələnmişdir. Bir çox etirazçı "İslam Respublikasına ölüm!" demişdir. Dekabrın 29-dan 30-a keçən gecə mərkəzi İranda gerçəkləşən etiraz aksiyalarında polisin 4 nəfərə atəş açmasıyla etirazlar gərginləşmiş, nəticəsində 3 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. Yanvarın 2-də baş verən gərginlikdə isə etirazçılardan 21, təhlükəsizlik qüvvələrindən isə 2 nəfər ölmüşdür. İran İslam Respublikası 1979-cu ildə Pəhləvi hakimiyyətinə qarşı qalibiyyətli inqilabdan sonra Ayətullah Xomeyni tərəfindən yaradılmışdır.
İran etirazları (2017–2018)

İran etirazları (sentyabr, 2022)
Məhsa Əmini etirazları və ya 2022 İran etiraz aksiyaları — İranda 16 sentyabr 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar və vətəndaş iğtişaşlarıdır. İddia olunur ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən həbs edilərkən Məhsa Əmininin hicabının altından bir az saç görünürmüş. O, təcridxanaya aparılandan bir müddət keçmiş komaya düşüb və 3 gün sonra xəstəxanada ölüb. Polis zabitləri onun başına zərbələr vurulduğunu və qadının maşınlardan birinə çırpılması barədə xəbərləri təkzib edirlər. Bəzi qadınlar cəsarətlə hicablarını cırıb yandırırlar. Etiraz aksiyaları Tehranda başlayıb, daha sonra Kürdüstan əyalətinin Saqqez, Sənəndəc, Divandərrə, Bənə və Bicar şəhərlərinə, daha sonra isə İranın digər bölgələrinə yayılıb. Həmədan, Kirmanşah, Məşhəd, Səbzevar, Qum, Amol, Babol, İsfahan, Kirman, Şiraz, Təbriz, Rəşt, Sarı, Kərəc, Çalus, Növşəhr, Tonekabon, Ərak şəhərlərində bu etirazlar ilk gündən sürətlə böyüyüb. 23 sentyabr 2022-ci il tarixinə ən azı əlli etirazçı öldürülüb. Etirazlara cavab olaraq, İran hökuməti etirazları yatırmaqla yanaşı, etirazçıların təşkilatlanma qabiliyyətini azaltmaq üçün Instagram və WhatsApp kimi proqramlara girişi və interneti məhdudlaşdırıb. Bunlar İranda 2019-cu il etirazlarından sonra internetin tamamilə bağlandığı ən sərt məhdudiyyətlər ola bilər.
İran yanacaq etirazları (2019)
2019-cu ildə yanacağın qiymət artımına görə İran etirazları — İlk başda yanacaq qiymətlərindəki 200%-lik bir artışla başlayan, ancaq daha sonra İrandakı mövcud rejimə və Ali Rəhbər Əli Xameneinin istefasına yönələn, İranın bir çox şəhərlərində baş tutan sivil etirazlardır. Etirazlar 15 noyabr axşamında başladı və internətdə nümayişlərin videosu yayılmağa başladıqca üsyanlar saatlar içərisində 21 şəhərə sıçradı. Şiddətli etirazların şəkilləri beynəlxalq səviyyəli etirazlarla birlikdə internetdə paylaşıldı. Etirazlar ilk başda dinc toplanmalar kimi başlasa da, hökumətin sərt tədbirləri iğtişaşları bütün İran rejiminə qarşı yönəltməyə təşviq etdi. İran hökuməti etirazları susdurmaq üçün ölkə səviyyəsində interneti kəsmək, binalardan, vertolyotlardan, yaxın məsafədən pulemyotla etirazçılara atəş açmaq kimi ölümcül üsullardan istifadə etdi. İran hökuməti, həmçinin, etirazları basdırarkən ölənlərlə bağlı real rəqəmlərin gizli qalması üçün öldürülən nümayişçilərin cəsədlərini yaxınlarına vermirdi. Öldürülənlər ailələri KİV-lərə məlumat verməsin və ya yas mərasimi keçirməsin deyə hökumət tərəfindən təhdid etdilmişdi. Ölənlərlə bağlı hələ də tam dəqiq bir rəqəm olmasa da, bəziləri mühafizə qüvvələrinin 1000-dən çox İran vətəndaşını öldürdüyünü təxmin edir. Hökumətin etirazçılara qarşı sərt tədbirlər almağı etirazçıları daha şiddətli reaksiya verməyə təşviq etdi. İran mərkəzi bankı daxil olmaqla ölkə səviyyəsində 731 banka, 9 dini mərkəzə hücumlar oldu, antiamerikanizm və Ali Lider Əli Xameneiyə aid olan plakatlar, həmçinin abidələr dağıdıldı, yandırıldı.
Altıncı donanmaya qarşı etiraz aksiyaları (Türkiyə)
Türkiyədə altıncı donanmaya qarşı etiraz aksiyaları – İstanbul səfəri zamanı ABŞ-nin VI Donanmasındakı əsgərlərinə qarşı edilən hərəkətlərin ümumi adıdır. 1967–1969-cu illər arasında Bəyoğluda amerikalı əsgərlərin papaqlarını götürmək, üzərinə qırmızı boya atmaq, formalarını ülgüclə doğramaq və ya küncə sıxışdırıb döyməklə başlayan anti-imperialist hərəkətlər, əsgərlərin dənizə atılmasına qədər davam etmişdir. Kipr problemində ABŞ-nin mövqeyi, Vyetnam müharibəsi, ABŞ-nin Yaxın Şərqdə israilyönlü mövqeyi və Ərəb-İsrail müharibələri, ABŞ əsgərləri üçün fahişəxanaların rənglənməsi 1960-cı illərin gənclərini ABŞ əleyhinə mövqe tutmağa vadar etmişdir. ABŞ-nin Aralıq dənizindəki gücü olan VI Donanma gənclərin aksiyalarının hədəflərindən birinə çevrilmişdir. Bu nümayişlər 1967-ci ilin iyununda İstanbulda başlanmış və zaman-zaman təkrarlanmışdır. Bunlara cavab olaraq Mehmet Şevket Eygi kimi yazıçıların təhriki, Kommunizmlə Mübarizə Dərnəyi və Milli Türk Tələbələr Birliyinin rəhbərliyi altında 1969-cu il fevralın 16-da "Qanlı bazar günü" kimi tanınan hücum baş vermişdir. Tarixçi Feroz Əhməd bu hadisə zamanı sağçı təşkilatlardan danışarkən onları "mütəşəkkil faşist zorakılığının nümunəsi" kimi təsvir etmişdir.
Ərəb ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Asiya və Afrika ölkələrində etiraz dalğası (2010-2011)

İranda azərbaycanlıların təhqir olunmasına qarşı etiraz aksiyaları (2015)
İranda azərbaycanlıların etiraz aksiyaları və ya "Fitilieh" verilişi qalmaqalı (fars. جنجال برنامه فیتیله‎) — İranın dövlət telekanalında yayımlanan "Fitilieh" verilişində azərbaycanlıları təhqir edən proqramdan sonra 9 noyabr 2015-ci il tarixindən İranda başlayan etiraz aksiyaları. İrandakı azərbaycanlıların sayı ilə bağlı fikirlər müxtəlifdir. Beləki Britannika ensiklopediyasına əsasən 21-ci əsr ərzində İranda 15 milyondan artıq azərbaycanlı qeydə alınıb. Avraham Selanın 2002-ci ildə çap olunmuş "The Continuum Political Encyclopedia of the Middle East" kitabında isə İranda 20 milyon azərbaycanlının yaşadığı qeyd olunur. "Encyclopedia of the Stateless Nations" kitabında isə qeyd olunur ki İrandakı azərbaycanlıların sayını müəyyən etmək çətindir çünki İrandakı statistik məlumatlar İranın etnik strukturu haqqında heç bir məlumat vermir. Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatına görə İrandakı azərbaycanlıların sayı 30 milyondur. İrandakı azərbaycanlıların haqqları uğrunda mübarizə aparan təşkilatlar da bu sayın 30-40 milyon arasında olduğunu qeyd edirlər. Azərbaycanlılar əsasən İranın şimal qərbində yəni Cənubi Azərbaycanda cəmləşiblər. Əsas yerləşdikləri bölgələr Şərqi və Qərbi Azərbaycan ostanları, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan və Gilandır.

Значение слова в других словарях