Eyləs
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas
formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd
edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında
qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir.
Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə
yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.