FACİƏ

is. [ ər. ]
1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. Başına faciə gəlmək. Alkoqolizm faciə ilə nəticələnir.
– Mirzağanın faciəsi ictimai bir faciə idi. S.Hüseyn.
[Şəndə:] İnamı itirmək fəlakətdir və bir çox faciə də ondan doğur. B.Bayramov.

2. ədəb. Həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsər; tragediya. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi. Hüseyn Cavid faciənin kamil nümunələrini yaratmışdır. “Nadir şah” faciəsində N. Nərimanov feodalizm quruluşunda saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. M.Arif.

Синонимы

  • FACİƏ 1. FACİƏ (ədəb.) Bu pyes Nərimanov yoldaş tərəfindən yazılmış “Nadir şah” adlı faciə idi (Ə.Haqverdiyev); TRAGEDİYA Bu dövrdə Şekspir özünün ən məşhur
  • FACİƏ fəlakət — müsibət — bədbəxtlik

Антонимы

  • FACİƏ FACİƏ – KOMEDİYA Bu dəhşətli faciəni görüb ürəyi sıxıldı (S.Vəliyev); Komediya müəllifi istər yumor, istərsə də satira gülüşü ilə cəmiyyətin eyiblərin
FÁBULA
FACİƏLİ

Значение слова в других словарях