faktor
faktorinq
OBASTAN VİKİ
Faktorial
Faktorial — riyaziyyatda sağına nida işarəsi qoyulmuş ədədə verilən ad daha ümumi Qamma funksiyasının tam ədədlərlə məhdudlaşmış xüsusi bir vəziyyətidir. 1-dən müəyyən bir natural ədədə qədər olan ardıcıl bütün natural ədədlərin hasilinə o ədədin faktorialı deyilir. Əgər n bir natural ədəddirsə, n! ardıcıl natural ədədlərin hasilini ifadə edir. Məsələn, 5! (5 faktorial) ardıcıl natural ədədlərin (1, 2, 3, 4, 5) hasilini təmsil edir və 5!=1×2×3×4×5=120 olur. Faktorialdan əsasən kombinatorika, ədədlər nəzəriyyəsi və funksional analizdə istifadə olunur.