Fantastika
Fantastika (yunanca: phantastike — incəsənət təsəvvür etmək) — xəyalda yaranan fikirlər, təsəvvürlər, gerçəkliyin mübaliğəli və ya fövqəltəbii şəkildə təsviridir. Fantastika adətən gələcəyi, qeyri-adi texnoloji inkişafı, başqa planetlərdəki varlıqları təsvir edən, bir də bütün bunların fonunda həm realistik, həm də romantik mənzərə yarada bilən ədəbiyyat janrıdır. Ədəbiyyatla yanaşı fantastika həm də kino, rəssamlıq və digər incəsənət sahələrinində əsas yaradıcılıq metodlarından biri hesab olunur. Fantastlar öz əsərlərində daim yeni texnologiya, robortlar "icad" etməyə, insanlığın gələcəyini öncədən görməyə cəhd edirlər. Fantastikanın fentezi, magik realizm, elmi fantastika, qorxu və s istiqamətləri vardır. Onların arasında fentezi məşhur ingilis yazıçısı Con Tolkinin sayəsində ayrıca bir janr kimi inkişaf etmiş, elmidir
== Fantastik janrın tarixi ==
Fntastikanın köklərini çox qədimlərdən başlayaraq Homer, Diogen, Apuley, Petroni kimi antik şairlərin, Kretyen de Trua, Tomas Melori, Ariosto kimi orta əsr yazıçılarının, Migel de Servantes, Fransua Rable, Tomas Mor, Tomazzo Kampanella, Frensis Bekon, Con Milton, Dante kimi renesans dövrü ədiblərinin, Conatan Svift, Sirano de Berjerak, Tobias Smollet, Hans Xristian Andersen (uşaq fantastikası), İohann Volfqanq Göte, Moris Meterlink, Aleksandr Blok kimi XVII–XIX əsr klassiklərinin əsərlərində bu janır üstünlük təşkil edir. Ancaq fantastika janrı bugünkü şəklini məhz XIX–XX əsrlərdə elmi fantastikanın inkişafı ilə aldı.
Bu, ilk növbədə, fransız yazıçısı Jül Vernin əsərləri ilə başlandı. Daha sonra Herbert Uells, Artur Konan Doyl, Aleksandr Belyayev, Aleksey Tolstoy və daha gec nəslin nümayəndələri – Rey Bredberi, Ayzek Əzimov, Robert Xaynlayn kimi yazıçıların əsərləri ilə daha da inkişaf etdi.
=== Antik ədəbiyyatda fantastika ===
Fantastik səyahətlərin ilk nümunələrindən biri kimi Kallisfenin "Böyük İsgəndərin tarixi" romanını misal çəkmək olar.