Feder

die; -, -n 1. (Vogelfeder) lələk; 2. (Schreibfeder) qələmucu; 3. (Sprungfeder) yay; zur ~ greifen yazmağa başlamaq; F noch in den ~n liegen hələ yataqda olmaq
Fechter
Federball
OBASTAN VİKİ
Cənub Federal Dairəsi
Cənub Federal Dairəsi — Rusiya Federasiyası federal dairələrindən biri.
Cənub Federal Universitetinin əsas korpus binası
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.
Cənub Federal Universitetinin əsas korpusu
Cənub Federal Universitetinin əsas korpus binası - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 105 ünvanında yerləşən bina. Bina 1914-1917-cu illərdə inşa edilmişdir. Onun memarı Qeorqi Nikolayeviç Vasilev olmuşdur. Bina Cənub Federal Universitetinin əsas korpus binası yerləşir. Cənub Federal Universitetinin əsas korpus binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina gəlirli bina olaraq don taciri və meşə təsərrüfatçısı Q. Y. Kistovun olmuşdur. Bina Bolşoy Sadovnaya küçəsində yerləşir. Binanın tikintisinı 1914-cu ildə başlanılmışdır. Birinci Dünya müharibəsi zamanı bina artilleriya briqadası tərəfindən icarərəyə götürülmüşdür. Oktyabr inqilabı və Rusiyada olan vətəndaş müharibəsi zamanı bina «Donsovqorxoz» adlı qurumun balansında olur.
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası
Cənubi Afrika Həmkarlar İttifaqları Federasiyası (ing. Federation of Unions of South Africa) — Cənubi Afrikanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Yohannesburqda yerləşir. Federasiya 1 aprel 1997-ci ildə yaranmışdır. Həmin dövrdə ölkədə iki həmkarlar ittifaqı fəaliyyət göstərirdi. Hər iki təşkilat ölkədə işçilərin hüquqlarını müdafiə edə biləcək vahid və güclü bir təşkilata ehtiyac duyulduğunu hiss edir. Beləliklə, onlar vahid federasiyada birləşir. Qurumun yaranmasında əsas məqsəd Afrika işçi hərəkatında demokratik mühit yaratmaq olub. Hazırda təşkilatın tabeçiliyində 18 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Federasiya 556 min üzvü özündə cəmləşdirir.
Cənubi Sudan Futbol Federasiyası
Cənubi Sudan Futbol Federasiyası — Cənubi Sudanın futbol təşkilatı. Cənubi Sudan Futbol Federasiyası FİFA tərəfindən rəsmən 2012-ci ildə tanıyıb. Afrika Futbol Konfederasiyasına qəbul olunan yeni ölkə bu təşkilatın 54-cü üzvü olub.
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası
Danimarka İşçilərin Birləşmiş Həmkarlar İttifaqı Federasiyası (dan. Fagligt Fælles Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan ən böyüyü. Federasiya 381 min ittifaq üzvünü özündə birləşdirir. Üzvlərin yarıdan çoxu qadınlardır. İttifaq üzvləri 6 müxtəlif sahədə fəaliyyət göstərirlər: sənaye, nəqliyyat, ictimai, tikinti və inşaat, bağçılıq, kənd təsərrüfatı, meşə təsərrüfatı özəl xidmət sektoru. Təşkilatın 75 yerli komitəsi var. International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.
Dünya Alpaqut Federasiyası
Dünya Alpaqut Federasiyası və ya qısaca: DAF (ing. World Alpagut Federation (WAF)) — Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək və digər ölkələrdə olan alpaqut klub və federasiyalarını idarə etmək üçün 2014-cü ildə yaradılmış beynəlxalq idman təşkilatı. Federasiyanın dünyada 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub və federasiyaları var. 2014-cü ilin əvvəlindən Alpaqut Turan Döyüş sənətinin qurucusu Vasif Namazovun təşəbbüsünə əsasən, Alpaqut idman növünün inkişafı məqsədilə Dünya Alpaqut Federasiyası adında Beynəlxalq İdman Təşkilatının yaradılması qərarı verildi. Federasiyanın təsis olunmasında Gürcüstan Respublikasından Müşfiq Əliyev, Faiq Məmmədov, Azərbaycandan isə Fərid Əlizadə və Vasif Namazovun özü iştirak etdi. 5 nəfərdən ibarət yaradılan idarə heyəti, federasiyaya ilk Prezident Fərid Əlizadəni seçdi və 12 fevral 2014-cü il tarixindən etibarən federasiya rəsmən qeydiyyatdan keçərək fəaliyyətə başladı. 2015-ci il tarixindən etibarən, Alpaqutun inkişafı naminə Dünya Alpaqut Federasiyasının yenidən formalaşmasına qərar verildi. 12 yanvar 2015-ci il tarixində Fərid Əlizadə və federasiyanın strukturu istefa verdi. 18 mart 2015-ci il tarixində, Azərbaycanda Atatürk Mərkəzində, Dünya Alpaqut Federasiyasının ümümi yığıncağı növbədənkənar qurultay çağırdı. Qurultayda Araz Abdullaev, Asiman Abdurrahmanov, Kamil Yusubov, Faiq Məmmədov, Arzu Eyvazov, Anar Xəlilov, Elnur Hüseynov, Əkbər Goşalı və Vasif Namazov Dünya Alpaqut Federasiyasının İdarə heyətinin üzləri seçildi.
Dünya Arıçılıq Assosiasiyaları Federasiyası
"Apimondiya" (ing. Apimondia), Dünya Arıçılıq Assosiasiyaları Federasiyası (ing. International Federation of Beekeepers' Associations) — məqsədi arıçılıq sənayesi ilə məşğul olan alimləri, sahibkarları və ictimai xadimləri bir araya gətirmək olan dünya miqyaslı təşkilat. Qərargahı İtaliyanın Roma şəhərində yerləşir. Prezidenti Filipp MakKeyb olmuşdur. O, 20 oktyabr 2018-ci ildə vəfat etdikdən sonra təşkilata vitse-prezident Peter Kozmus rəhbərlik edir. Təşkilat öz "Apiacta" jurnalını nəşr edir. 1897-ci ildən DASF çərçivəsində dünyanın müxtəlif şəhərlərində keçirilən arıçılıq konqresləri keçirilir. Yarandığı gündən "Apimondiya" apiterapiyaya xüsusi diqqət yetirir, onun daimi elmi komissiyası var. "Официальный сайт МФПА" (ingilis).
Dünya Fudokan Federasiyası
Efiopiya Federativ Demokratik Respublikası
Efiopiya (amh. ኢትዮጵያ — ʾĪtyōṗṗyā) və ya rəsmi adı ilə Efiopiya Federativ Demokratik Respublikası — Şərqi Afrikada dövlət. Efiopiya dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimaldan Eritreya, şimal-şərqdən Cibuti və tanınmayan Somalilend, şərqdən Somali, cənubdan Keniya, qərbdən Cənubi Sudan, şimal-qərbdən isə Sudanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Əddis-Əbəbə, ümumi sahəsi 1,100,100 kvadrat kilometr, əhalisinin sayı 109 milyon nəfərdən çoxdur. Efiopiya qədim islam mənbələrində Həbəşistan, qərbdə isə Abissiniya adları ilə tanınmışdır. Bu ölkə Afrikanın ən qədim dövlətlərindən biri və XX əsrin əvvəllərinə kimi Liberiya ilə yanaşı Afrikadakı iki müstəqil dövlətdən biri olmuşdur. Şərqi Afrikada dövlət. Qərbi Sudan və Cənubi Sudanla, c.-da Keniya, c.-ş. və ş.-də Somali, şm.-ş.-də Cibuti, şm.-da Eritreya ilə həmsərhəddir.
Efiopiya Futbol Federasiyası
Efiopiya Futbol Federasiyası — Efiopiyada futbola nəzarət edən rəsmi qurum. 2008-ci ilin iyulundan diskvalifikasiya olunan Efiopiya federasiyasında keçən seçkilərin nəticəsi ləğv olunmuşdu. Baş verənlərə görə bu ölkənin milli komandası 2010-cu il dünya çempionatının seçmə mərhələ oyunlarından çıxarılıb. Efiopiya Futbol Federasiyası bir illik fasilədən sonra 2009-cu ildə yenidən FİFA-nın üzvlüyünə qaytarılıb. Bu, yerli federasiyada rəhbər dəyişikliyindən sonra baş verib. Ali futbol qurumu bununla bağlı rəsmi bəyanat yayıb: "FİFA Həbəşistan federasiyasında seçkilərin gedişindən razıdır. Bu, ötən həftəsonu FİFA-nın nümayəndələrinin müşahidəsi ilə keçirilib. İndi Həbəşistan yenidən dünya ali futbol qurumunun üzvü kimi bütün üstünlüklərdən istifadə edə bilər".
Erməni İnqilabi Federasiyası
Erməni İnqilabi Federasiyası, Daşnaksutyun (erm. Հայ Յեղափոխական Դաշնակցություն; Hay Heğapoxakan Daşnaksutyun) — millətçi-terrorçu erməni partiyası (digər adı "Erməni inqilabi ittifaqı");ən iri və mütəşəkkil erməni siyasi təşkilatlarından biri. 1890-cı ildə Tiflisdə yaradılıb. Erməni diasporunun olduğu bütün ölkələrdə büroları fəaliyyət göstərir. Hazırkı ali şura sədri İşxan Sağatelyandır. 1890-cı ildə Gürcüstanın mərkəzi Tiflisdə yaradılmış bu partiyanın əsası üç erməni millətçisi Rostom Zoryan, Simon Zavaryan və Xristofor Mikayelyan tərəfindən qoyulub. Təşkilat ilk vaxtlar "Erməni İnqilabçılarının İttifaqı" adlanırdı. Daşnakların məqsədi, silah və güc tətbiqi ilə Osmanlı İmperiyasının şərqində erməni dövləti qurmaq idi. 1891-ci ildə nəşr olunan və Daşnaksutyunun mətbu orqanı olan "Droşak" (bayraq) qəzetində daşnaklar öz proqramları barədə bunları yazırdılar: "Bizim partiyamız öz məqsədlərinə yalnız diplomatiya yolu ilə nail olmaq istəyənlərlə heç cür razılaşa bilməz. Bizim diplomatlarımız öz marağından və güclülərin marağından çıxış edir.
Federal Aviasiya Administrasiyası
Federal Aviasiya İdarəsi və ya Federal Aviasiya Administrasiyası (ing. Federal Aviation Administration (FAA) )— Birləşmiş Ştatlar Nəqliyyat Departamentinə bağlı olan "federal" dövlət təşkilatı. Təşkilatın vəzifəsi ABŞ-nin hava məkanında bütün növ təyyarələrin, uçuş, istehsal, müdaxilə, effektivlik və etibarlı təhlükəsizlik qaydalarının izlənilməsinə və tətbiqinə nəzarət etmək və ABŞ-də hava təhlükəsizliyini təmin etməkdir. 23 avqust 1958-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilmiş və bu sahədə əsas qurum olaraq təyin edilmişdir. Bu tarixə qədər xidmət edən CAA (Civil Aeronautics Administration - Mülki Aeronavtika İdarəsi) və AMB (Airways Modernization Board - Hava Yollarının Modernləşdirilməsi Şurası) qurumları bu qurumun altına toplaşdırılmışdırlar.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar FES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuraları fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Federal Müdafiə Nazirliyi
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Federal Müdafiə Nazirliyi (Almaniya)
Federal Müdafiə Nazirliyi — Almaniya Federativ Respublikasının ali federal orqanıdır . Federal Nazirlik Federal Hökumət daxilində hərbi müdafiə və bütün Bundesver işləri üzrə mütəxəssisərin firmalaşdırıldığı şöbədir.Bu, silahlı qüvvələr üçün ən yüksək hərbi komandanlıq orqanı və Bundesver administrasiyası üçün ən yüksək xidmət orqanıdır.
Federal Məlumat Emal Standartları
Federal Məlumat Emal Standartları (ing. Federal Information Processing Standards) - qeyri-hərbi dövlət orqanları və dövlət podratçıları tərəfindən kompüter sistemlərində istifadə üçün Amerika Birləşmiş Ştatları federal hökuməti tərəfindən hazırlanan standartlardır. Bir çox FMES Amerika Milli Standartlar İnstitutu (AMSİ), Elektrik və Elektronik Mühəndislər İnstitutu (EEMİ) və Beynəlxalq standartlaşdırma təşkilatı (BST) tərəfindən istifadə olunan standartların modifikasiyasıdır. Lakin bəzi standartlar ABŞ tərəfindən hazırlanmışdır. Bura əsasən yaşayış məntəqələri kodları, şifrləmə standartları daxildir.
Federal Rezerv Sistemi
Federal Təhqiqat Bürosu
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Federal Təhqiqatlar Bürosu
Federal Təhqiqat Bürosu (ing. Federal Bureau of Investigation, FBI (oxunuşu: Ef-Bi-Ay), FTB) — ABŞ-nin daxili kəşfiyyat və hüquq-mühafizə orqanı. ABŞ Ədliyyə Nazirliyinin yurisdiksiyası altında fəaliyyət göstərir. ABŞ federal qanunvericiliyinin pozulmaları ilə bağlı təhqiqat işləri aparır, dövlət təhlükəsizliyini təmin edir, həmçinin bu sahədə ABŞ dövlət aparatının bütün orqanlarının fəaliyyətini əlaqələndirir. əsası 1908-ci ildə qoyulmuşdur. İlk adı "Təhqiqat Bürosu" (ing. Bureau of Investigation) (BOİ) olmuşdur. Yeni adını 1935-ci ildə almışdır. ABŞ-nin federal təhqiqat bürosudur. Büronun illik büdcəsi 2012-ci ildə 8.12 milyard ABŞ dolları olmuşdur.
Federal dairə (Braziliya)
Federal dairə (port. Distrito Federal) — Braziliyanın federal inzibati vahidi. Bu böldə özündə Braziliyanın paytaxtı olan Brazilia şəhəri əhatə edir. Federal dairə 1960-ci ildə paytaxt Rio-de-Janeyrodan Qoyas və Minas-Jerays ştatlarınln ərazisindən təşkil olunmuş bölgəyə köçürülmüşdür. Bu zaman federal ərazi olan Rio-de-Jneyroda Qunabara ştatı təşkil olunmuşdur. 1975-ci ildə bölgə Rio-de-Janeyro ştatına birləşdirilir. 2010-cu il siyahıya alınmağa görə əhalisi 2 570 160 nəfər təşkil edir.. Şəhər əhalisinin böyük qismi dövlət qulluqçuları və şəhər inşaatçılarının törəmələridir. Əhalisi əsasən afrika-hindu məhşəlli qarışıq portuqallardan ibarətdir. İrqi tərkib İnzibati cəhətdən 1 mezoregion və 1 mikroregion.
Federal fondların dərəcəsi
Federal fondların dərəcəsi (ing. federal funds rate) — ABŞ banklarının öz izafi ehtiyatlarını qısa müddətə (adətən bir gecədə) digər banklara borc verdiyi faiz dərəcəsi. Borc alan bank və borc verən bank kredit üzrə faiz dərəcəsini öz aralarında razılaşdırırlar; bütün bu cür əməliyyatlar üçün tariflərin orta çəkili məbləği effektiv federal fondların dərəcəsi (ing. federal funds effective rate) adlanır. Hədəf federal fondların dərəcəsi (ing. federal funds target rate), adətən ildə səkkiz dəfə, təxminən yeddi həftədə bir dəfə keçirilən Fed-in Federal Açıq Bazar Komitəsinin iclası tərəfindən müəyyən edilir. Komitə həmçinin əlavə iclaslar keçirə və normal cədvəlindən kənarda hədəf dərəcəsini dəyişə bilər. Federal Ehtiyat ABŞ iqtisadiyyatında pul təklifini idarə etmək üçün açıq bazar əməliyyatlarından istifadə edir ki, effektiv məzənnə hədəfə uyğun olsun. Uzunmüddətli məcmu təklif və gözlənilən inflyasiya ilə müqayisədə real ÜDM artımının sabit olduğu hədəf dərəcəsi neytral federal fondlar dərəcəsi adlanır. Qanunla maliyyə institutlarından ya FED-də ehtiyatlar, ya da kassada nağd pul kimi müəyyən bir ehtiyat səviyyəsini saxlamaları tələb olunur.
Federal kansler
Kansler (alm. Kanzler, ing. Chancellor) — Almaniyada və Avstriyada hökumət başçısı (Bundeskansler). Шепелёв Л.Е. Чиновный мир России: XVIII—начало XX вв. СПб: «Искусство-СПб», 1999. 479 с.
Finlandiya Futbol Federasiyası
Finlandiya Futbol Federasiyası — Finlandiyada ali futbol qurumu. Finlandiya Futbol Federasiyası 1907-ci ildə yaranıb. 1908-ci ildən FİFA, 1954-cü ildən UEFA-nın üzvüdü.
Hindistan Federativ Respublikası
Hindistan (hind. Bhārat, ing. India) və ya rəsmi adı ilə Hindistan Respublikası (hind Bhārat Gaṇarājya ing. Republic of India) — Cənubi Asiyada yerləşən dövlət. Hindistan qurudan 6 ölkə – Pakistan, Çin, Nepal, Butan, Banqladeş, Myanma, sudan isə Maldiv adaları, Şri-Lanka və İndoneziya ilə həmsərhəddir. Paytaxtı Yeni Dehli, ən böyük şəhəri Mumbay, ümumi sahəsi isə 3,287,263 kvadrat kilometrdir. Ərazisinə görə dünyada yeddinci, əhalisinin sayına görə isə ikinci yeri tutur. Hindistan yarımadası Asiya qitəsinin cənubunda yerləşir. Hindistan adı qədim fars dilində İndus adından əmələ gəlmişdir. Bu ad keçmişdən Hind çayı və ətrafı üçün istifadə olunan ad olmuşdur.