FELƏN
FELİ BAĞLAMA
OBASTAN VİKİ
Anqlar-Sen-Feli
Anqlar-Sen-Feli (fr. Anglars-Saint-Félix, oks. Anglars e Sent Felitz və ya Anglars de Rinhac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12008. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 30 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 633 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 351 nəfərin (15-64 yaş arasında) 274 nəfəri iqtisadi cəhətdən, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət nisbəti 78.1%, 1999-cu ildə 72.5%).
Agave felina
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Ana Dulse Feliks
Ana Dulse Feliks (23 oktyabr 1982) — Portuqaliyalı marafonçu. Ana Dulse Feliks Portuqaliyanı 2012 və 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. O, həmdə 2012-ci ildə Avropa Çempionatında qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. == Karyerası == Ana Dulse Feliks birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 28 dəqiqə 12 saniyəyə qət edərək 118 marafonçu sırasında 21-ci yeri tutdu. Ana Dulse Feliks növbəti Olimpiya Oyunlarında 2016-cı ildə qatıldı. Braziliyanın Rio-de-Janeyro şəhəri keçirilən XXXI Yay Olimpiya Oyunlarında o, 2 saat 30 dəqiqə 39 saniyəlik nəticə ilə 16-cı yeri tutdu.
Avstriyalı Klaudye Feliçitas
Avstriyalı Klaudye Feliçitas (30 may 1653, İnsbruk – 8 aprel 1676, Vyana) — Müqəddəs Roma imperatoru I Leopoldun ikinci xanımı. Atası Avstriya hersoqu Ferdinand Karl, anası isə onun xanımı Anna Mediçidir. 2 övladı olsa da, hər ikisi də 1 yaşı olmadan vəfat etdi. == Mənbə == Wheatcroft, Andrew (1995). The Habsburgs: Embodying Empire. London: Penguin Books. ISBN 0-670-85490-5 Koldau, Linda Maria (2005). Frauen-Musik-Kultur: ein Handbuch zum deutschen Sprachgebiet der Frühen Neuzeit. London: Böhlau. ISBN 978-3-41-224505-4 Korotin, Ilse (2016).
Erik Felipe Kardoso
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen, Bavariya kürfürstlüyü) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. == Həyatı == Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. == Nəşr olunmuş əsərləri == Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.
Felicia
Felicia (lat. Felicia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Felicia erigeroides
Erigeron karvinskianus (lat. Erigeron karvinskianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Aster erigeroides (DC.) Harv. 1865 not Hook. & Arn. 1836 Erigeron mucronatus DC. Erigeron trilobus Sond. Felicia erigeroides DC. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Felicia natalensis
Erigeron karvinskianus (lat. Erigeron karvinskianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Aster erigeroides (DC.) Harv. 1865 not Hook. & Arn. 1836 Erigeron mucronatus DC. Erigeron trilobus Sond. Felicia erigeroides DC. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Felicia trinervia
Erigeron karvinskianus (lat. Erigeron karvinskianus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü. == Sinonim == Aster erigeroides (DC.) Harv. 1865 not Hook. & Arn. 1836 Erigeron mucronatus DC. Erigeron trilobus Sond. Felicia erigeroides DC. Felicia natalensis Sch.Bip. ex Walp. Felicia trinervia Turcz.
Feliks Ştayner
Feliks Ştayner (Tam adı: Feliks Martin Julius Steiner, (23 may 1896, Nesterov – 12 may 1966 və ya 17 may 1966, Münxen), Birinci Dünya Müharibəsi dövründə piyada zabiti olmuşdur. İkinci Dünya Müharibəsində isə Vaffen-SS generalı olmuşdur. 1914-cü ilin martında Quru Qoşunlarına daxil olaraq 41-ci Piyada Ordusu olan "von Boyen" piyada alayına (4-cü Şərqi Prussiya Piyada alayı) namizəd zabit olaraq verilmişdir. I Dünya Müharibəsinin gedişi dövründə – 1914-cü ilin noyabrında ağır yaralanmış, sonra 1915-ci ilin yanvarında leytenant, 1918-ci ilin oktyabrında isə baş leytenant rütbələrinə layiq görülmüşdür. Müharibə dövründə birinci və ikinci dərəcəli Dəmir Xaç medallarını əldə etmişdir. Müharibə başa çatdıqdan sonra o, 1919-cu ildə Şərqi Prussiyadakı Freykorpların sırasına daxil olmuş və 1921-ci ildə Reyxsverə işə götürülmüşdür. 1933-cü ildə mayor rütbəsinə layiq görülmüşdür, lakin Adolf Hitler hakimiyyətə gəldikdən sonra, 1933-cü ildə mayor rütbəsində ikən ordudan ayrılaraq Nasist Partiyasının üzvü olmuş və burada SA-ya qoşularaq bu orqanın təlim və tədris işlərindən məsul olmuşdur. 1935-ci ildə isə SS-ə göndərilmiş və 1 iyul 1936-cı ildə "Deutschland" alayının komandiri təyin edilmişdir. 1936-cı ilin oktyabrında Bad Tölzdəki SS Zabitlər Məktəbinin (SS-Junkerschule) taktika müəllimi olmuşdur. İkinci Dünya müharibəsi dövründə tabeliyində olan alayları ilə Polşa yürüşündə və Fransa yürüşündə iştirak etmişdir.
Feliks Əliyev
Feliks Əliyev (doğ. 1940) — Ermənistanın atletika üzrə əməkdar məşqçisi. Atası Əsgər Əliyev Qribedov kəndində doğulub, əslən İran azərbaycanlısıdır. Anası milliyətcə ermənidir. Eçmiədzində, Ermənistanın paytaxtı İrəvandan 20 km aralıda yaşayır. Olimpiya Oyunlarının gümüş mükafatçısı və qızıl, gümüş, bürünc medallarının sayına görə Avropa və dünya çempionatlarının rekordsmeni Yuri Sarkisyanın məşqçisi olub.
Felis silvestris catus
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Felis silvestris caucasia
Qafqaz çöl pişiyi, və ya Qafqaz meşə pişiyi (lat. Felis silvestris caucasica) — Çöl pişikləri növünə daxil olan yarımnöv. Əsasən Qafqaz və Türkiyə ərazilərində yayılmışdır. == Xüsusiyyətləri == Qafqaz çöl pişikləri xarici görünüş baxımından Ortaavropa çöl pişiklərinə bənzəyirlər. Kütlələri 4-11 kq arasında dəyişir. Erkəkləri iri olmaqla yanaşı daha ağır çəkiyə sahib ola bilirlər. Erkəklərdə uzunluq 63—75 sm, dişilərdə isə 52—63 sm təşkil edir. Bu yarımnöv çöl pişikləri arasında ən iriləridir. Yumru başa və böyük cəzbediçi gözə sahibdirlər. Dişiləri cəlb etmək məqsədi ilə aşağı tonlu səslər çıxarırlar.
Felis silvestris lybica
Şimali Afrika pişiyi (lat. Felis silvestris lybica) — pişik cinsinə aid heyvan yarımnövü. == Xüsusiyyətləri == 130 min il əvvəl yaranıb. Bu yarımnövün 5 nümayəndəsi Yaxın Şərqdə 10000 il əvvəl əhliləşdirilmiş və ev pişiyinin əcdadıolmuşdur. Çölpişiyinin rəngi qəhvəyidən sarı-boza qədər ola bilir. Quyruğunda qara zolaqlar var. Tükləri Avropa pişiyinin tüklərindən qısadır. Bədəninin uz. 45–75 sm, quyruğu 20–38 sm-dir. Kütləsi 3–6,5 kq-dır.
Felis silvestris ornata
Çin səhra pişiyi (lat. Felis silvestris ornata) — pişik cinsinə aid heyvan yarımnövü.
Felis silvestris silvestris
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Felis tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Felis virgata
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Felis wiedii
Marqi (lat. Leopardus wiedii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü.
Felisett
Felisett — kosmosa uğurla buraxılan yeganə pişik. O, 1963-cü il oktyabrın 18-də Fransanın kosmik proqramının bir hissəsi kimi orbitə buraxılıb. Felisett kosmosa uçmaq üçün təlim keçilmiş 14 dişi pişikdən biri idi. Pişiklərin kəllə sümüyünə elektrodlar implantasiya edilmişdi ki, onların nevroloji fəaliyyətləri uçuş boyu izlənilə bilsin. Cavabları stimullaşdırmaq üçün uçuş zamanı beyinə və bir ayağına elektrik impulsları verildi. 13 kapsul tapıldı raket alovlandıqdan bir neçə dəqiqə sonra. Missiyadan alınan məlumatların əksəriyyəti keyfiyyətli idi və Felisett uçuşdan sağ çıxdı. Lakin 2 ay sonra beyninin müayinəsi üçün qəsdən öldürüldü. Felisett uçuşdan əvvəl C 341 təyinatına sahib idi. Uçuşdan sonra media ona Feliks adını (Pişik Feliksdən sonra) verdi.Aeronavtika Təbabəti Təhsil və Araşdırma Mərkəzi bunu qadın Felisett olaraq dəyişdirdi və rəsmi adı olaraq qəbul etdi.
Felisiti (teleserial, 1998)
Felisiti (ing. Felicity) — ABŞ teleserialı.
Felisiti Passon
Felisiya Hardi
Qara pişik (ing. Black Cat) və ya əsl adı ilə Felisiya Hardi (ing. Felicia Hardy) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Marv Volfman və Deyv Kokrum tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 194-cü sayında (iyul 1979) peyda olmuşdur. Qara pişik Hörümçək-adamın bir müddətlik sevgilisi, həm düşməni, həm də müttəfiqidir. Qara pişik "Wizard" jurnalının ən böyük komiks personajları siyahısında 152-ci yerdə göstərilmişdir. IGN personajı "Top-25 Hörümçək-adam" düşməni siyahısında 24-cü yerdə vermişdir. Comics Buyer's Guide "Komikslərdə 100 ən seksual qadın" siyahısında onu 27-ci yerdə göstərmişdir. Qara pişik bir neçə videooyun, animasiya serialı və məhsulda görünmüşdür. "Hörümçək-adam 4" filmində görünməsi planlaşdırılsa da, film ləğv olunmuşdur.
Feliçe Borel
Feliçe Plaşido Borel (ital. səslənmə: [feˈliːtʃe boˈrɛl]; 5 aprel 1914, Nitsa – 21 yanvar 1993, Turin) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya millisi ilə 1934-cü il Dünya Çempionatının qalibi olub. Futbolçu Ernesto Borelin oğlu və Aldo Borelin kiçik qardaşıdır, buna görə tez-tez II Borel kimi qeyd olunur. "Yuventus" klubunun ən yaxşı bombardirlərindən biridir — 157 qol. == Karyerası == === Klub === 1932-ci ildə peşəkar futbolda debüt edib. İlk klubu İtaliya A Seriyasında 206 oyuda iştirak edərək doqquz mövsüm keçirdiyi "Yuventus" klubu olur. Bu müddət ərzində üç dəfə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır. 1941-ci ildə Yuvenin əsas rəqibi "Torino" klubuna keçir, lakin növbəti mövsüm doğma klubuna qayıdır.

Digər lüğətlərdə