Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı.
== Həyatı ==
Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir.
== Nəşr olunmuş əsərləri ==
Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo)
Opus 2: 12 Concerti à quattro da Chiesa
Opus 3: 12 Sonate da Chiesa à tre
Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün
Opus 5: 6 Concerti à più Istrumenti
Opus 6: 12 Concerti à più Istrumenti
Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir.
== İstinadlar ==
== Xarici keçidlər ==
Биография на hoasm.org (ing.)
Биография в Музыкальной энциклопедии
Биография в энциклопедии Treccani.