FETİŞİZM

bütpərəstlik; maddi əşyalara – fetişlərə, bütlərə, mistik möcüzələrə sitayiş etmə; ayrıayrı şeylərin və cisimlərin ilahiləşdirilməsi; onlara fövqəltəbii qüvvə isnad verilməsi.
FETİŞİST
FƏCR
OBASTAN VİKİ
Fetişizm
Fetişizm (fr. fétichisme) — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Eduard Taylora görə, fetişizm animizmin bir formasıdır, fetiş isə ruhların yerləşdiyi məkandır. Birinci qənaəti dəqiqləşdirmək lazım gəlir. Çünki fetişizm əslində animizmin əşyalarla təsdiqlənməsi tələb olunan formasıdır. Müqəddəsləşdirilən bütün maddi əşyalar fetiş kimi qəbul olunurdu. Demək olar ki, dinlərin hamısında xüsusi predmetlər var ki, ona itaət və ibadət edirlər. Xristianlıqda xaç, "Bibliya" və ikona, İslamda Kəbədəki qara daş və "Quran" dindarlar tərəfindən qeyri-adilik dərəcəsinə qaldırılıb fetişləşdirilmişdir. Fetişizm Azərbaycan mifik görüşlərində özünə xüsusi yer tutur. Türk təfəküründə fetişləşən varlıqlardan ilkini odun əldə edilməsi ilə yaranmışdır.
Fetişizm (dəqiqləşdirmə)
Fetişizm — maddi əşyalara itaətə əsaslanan dünyagörüşüdür. Fetişizm həmçinin bu mənalarada gələ bilər: Meta fetişizmi — marksist nəzəriyyənin ən orijinal konseptuallaşdırmalarından biridir. Seksual fetişizm — cansız bir obyektə və ya qeyri-genital bədən hissəsinə cinsi saplantıdır.
Seksual fetişizm
Seksual fetişizm və ya erotik fetişizm cansız bir obyektə və ya qeyri-genital bədən hissəsinə cinsi saplantıdır. Maraq obyekti fetiş adlanır; o obyekt üçün fetiş olan şəxs fetişistdir. Seksual fetiş cinsi həyəcana qeyri-patoloji yardım kimi və ya insan üçün əhəmiyyətli psixososial narahatlıq yaradırsa və ya həyatının mühüm sahələrinə zərərli təsir göstərirsə, psixi pozğunluq kimi qəbul edilə bilər. Bədənin müəyyən bir hissəsinə olan istək daha çox partializm kimi təsnif edilə bilər. Tibbi təriflər seksual fetişizm terminini obyektlərə və ya bədən hissələrinə məhdudlaşdırsa da, fetiş ümumi diskursda xüsusi fəaliyyətlərə cinsi marağa da istinad edə bilər.
Ayaq fetişizmi
Ayaq fetişizmi — ayaq və ayaq barmaqlarının boyu, topuqlar və dabanı, uzun dırnaq, təmizliyi və ya kirliliyi, ayaqqabılı və corablı geyinmiş halda və ya qoxusundan cinsi zövq alınması. Qarşı cinsə və ya öz cinsləri arasında tətbiq edilə bilər. Ayaqsevərlər həzz duyduqları ayaqları öpməkdən, yalamaqdan, oxşamaqdan, qoxlamaqdan zövq alırlar. Ayaq fetişizminin kişilər arasında ən məşhur fetişizm növü olduğu bildirilmişdir. Fetişizm, bir obyektə olan həddindən artıq bağlılıq olaraq müəyyən edilə, corab, ayaq və s. şeylər ola bilər. Fetişizm deyilincə ilk ağla gələn ayaq, corab və ayaqqabıdır, ancaq fetişizm göbək, qulaq, əl, uniforma və s. qarşı hiss oluna bilər. Google axtarış statistikalarına görə kişilərin 16%-i ayaq fetişistidir. Həmçinin 2017-ci ildə Belçikada aparılan bir araşdırmaya görə kişilərin 17%-ində və qadınların 4%-ində ayaq fetişi aşkarlanmışdır.
Əmtəə fetişizmi
Əmtəə fetişizmi – əmtəə istehsalı şəraitində istehsal münasibətlərinin insanlar arasında maddiləşməsi(fransızca fétiche-fetiş, pərəstişgah; portuqalca feitico-sehirbazlıq, tilsim deməkdir). Bu anlayışın özü tamamilə Karl Marksa məxsusdur. Əmtəə fetişizminin mahiyyəti insanlar arasındakı münasibətlərin əşyalaşmasında, əşya-əmtəənin onlar üzərində hakimiyyətidir. Burada insanlar üzərində hakim isehsal münasibətlərnin kortəbiiliyi zahirən onların üzərində müəyyən şeylərin hakimliyi təzahür edir. Əmtəə istehsalçısı özünün hər günki təcrübəsində əmin olur ki, onun maddi rifah halı əmtəənin bazarda "özünü aparmasından", onların satılıb-satılmamasından, baha və ya ucuz satılmasından asılıdır. Beləliklə, əmtəəyə çevrilmiş əşyalar sanki "canlı ruha" malik olurlar, yəni əmtəə forması almış əmək məhzulları insanın taleyini idarə edirlər. Buradan da əmtəəyə fövqəltəbii qüvvə kimi mistik münasibət əmələ gəlir. Əmtəə fetişizmi tarixi hadisə olub , obyektiv xarakter daşıyır və [kapitalizm|Kapitalizm] dövründə ən yüksək inkişafa çatır. İnsanlar arasında iqtisadi münasibətlərin maddiləşməsi şeylərin təbii xassələri ilə deyil, ictimai istehsalın təşkili xüsusiyyətləri ilə müəyyən olunur([K. Marks|Karl Marks], Kapital, c.1, səh. 83).

Digər lüğətlərdə