FİORD

Hündür qayalı sahilləri olan dar və dərin körfəz.
FİLTRATORLAR
FİRN
OBASTAN VİKİ
Fiord
Fyord - ensiz, dərin, yamacları dik və qayalıq dəniz körfəzi. Fyordlar 4-cü materik buzunun fəaliyyəti, sonralar isə çay dərələrini və tektonik çökəklikləri dənizin basması nəticəsində əmələ gəlmişdir. Belə körfəzlərin olduğu sahil fiord tipli sahil adlanır. Fyord tipli sahilə Norveç, Qrenlandiya, Yeni Torpaq, Alyaska, İslandiya, Çili sahillərində rast gəlinir.
Eyya-fiord
Eyya-fiord (isl. Eyjafjörður — Ada fiordu) — İslandiya sahillərində yerləşən fiord. Eyya-fiord İslandiyanın şimalında, Tryodlaskaqi yarımadasının şərqində yerləşir. Sahillərini Qrenland dənizi yuyur. Fiordun uzunluğu 60 km, eni isə 24 km təşkil edir. Qərb istiqamətdə Hendis-fiord və Olafs-fiord adlı kiçik fiordlara bölünür. Aküreyri şəhəri fiordun cənub qutaracağında yerləşir. Qərb sahillərində isə Dalvik və Oulafsfordur şəhərçikləri qərarlaşır. Fiordda Hrisey adası yerləşir.
Geiranger fiord
Geiranger fiord (norv. Geirangerfjorden) — Norveçin Sunnimyor bölgəsində fiord.
Stur-Fiord
Stur-Fiord (norv. Storfjorden, nyunorsk Storfjorden) — Norveçin Myore-oq-Romstal rayonu ərazisində yerləşən fiord. Uzunluğuna görə 5-ci fiordudur. Fiord ölkənin daxilinə 110 km məsafəsə daxil olur. Maksimal dərinliyi 679 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlük 300-1200 metr arasında dəyişir. Sahillərində Olesunn və Stranda kimi yaşayış məntəqələri vardır. Norveş dilindəm tərçümədə «Böyük Fiord» anlamını verir.
Fiordlar
Uummannak fiordu
Uummannak fiordu (dan. Uummannaq Fjord) — Qrenlandiyanın qərb sahillərində yerləşən fiord. Fiord 70,57 ° ş. e., 53 ° q. u. yerləşir. Ununluğu 160 km, eni isə 24 – 45 km arasında dəyişir. Tektonik çuxurun dəniz suyu ilə dolması sayəsində meydana gəlmişdir. Oktyabrdan iyuna qədər buzla örtülü olur. Fiordda çoxlu sayda ada vardır.

Digər lüğətlərdə