FİRUZ

f. 1) xoşbəxt, ağgün, taleli; 2) qələbə çalmış; qalib, müzəffər.

FİRONİ
FİRUZƏ
OBASTAN VİKİ
Firuz Baxor
Firuz Baxor (tac. Фирӯз Баҳор; əsl adı – Firuz Hacıyeviç Əhmədov; 19 noyabr 1942, Düşənbə) — Tacikistan və SSRİ bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının (1971-ci ildən) və SSRİ Kinematoqrafçılar İttifaqının (1976-cı ildən) üzvüdür. Tacikistan Bəstəkarlar İttifaqının katibi (1976-cı ildən). Tacikistan SSR əməkdar mədəniyyət işçisi (1990). Tacikistan "Lenin komsomolu" mükafatı laureatı (1977). Firuz Baxor 19 noyabr 1942-ci ildə Düşənbə şəhərində, opera müğənnisi ailəsində anadan olmuşdur. O, 1963–1966-cı illərdə Moskva Musiqi Pedaqoji İnstitutunda fortepiano ixtisası üzrə təhsil almışdır. 1976-cı ildən Tacikistan Bəstəkarlar İttifaqının katibidir. 1986-1996-cı illərdə SSRİ-də (Moskva, Kiyev, Novosibirsk, Düşənbə) və xaricdə (İngiltərə) bir sıra konsertlər vermiş, İtaliyada sovet bəstəkarlarının konsertlərində iştirak etmişdir.
Firuz Kazımzadə
Firuz Kazımzadə (27 oktyabr, 1924, Moskva - 17 may, 2017, ABŞ ) — Amerika tarixçisi, Yel Universitetinin tarix üzrə əməkdar professoru, əslən azərbaycanlıdır . Firuz Kazımzadə 1924-cü il oktyabrın 27-də Moskvada anadan olub. Atası İran səfirliyinin əməkdaşı olub. İlk təhsilini Moskvada alan Firuz Kazımzadə sonradan ABŞ-yə gedərək 1944-cü ildə Stenford Universitetinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə ilə bitirib. Bir il sonra elə həmin universitetdə magistraturanı bitirib. 1950-ci ildə Harvard Universitetində Rusiya tarixi dair doktorluq dissertasiyasını müdafiə edib. 1954-1956-cı illərdə Harvard Universitetində işləyən Firuz Kazımzadə sonradan Yel Universitetində fəaliyyətini davam etdirib O, "Zaqafqaziya uğrunda mübarizə (1917-1921)" adlı kitabını qısa müddətdə tamamlamışdır. 1951-ci ildə həmin kitab "Fəlsəfi kitabxana" nəşriyyat şirkəti tərəfindən nəşr olunmuşdur. Kitaba Harvard Universitetinin əməkdar professoru Maykl Karpoviç ön söz yazmışdır.
Firuz Mustafa
Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) — nasir, dramaturq, esseist, filosof. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (2019). Firuz Mustafa (Mustafayev Firuz Qədimalı oğlu) 18 fevral 1952-ci il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonunun İsalı kəndində ziyalı ailəsində anadan olmuşdur. (Amma sənədlərdə onun doğum tarixi səhvən gah həmin ilin iyun, gah da avqust ayı göstərilmişdir). Firuz Mustafa 1969-cu ildə orta məktəbi, 1971-ci ildə Bakdakı 1 saylı texniki peşə liseyini bitirmişdir. O, əmək fəaliyyətinə tikintidə və Bakı elektrik maşınqayırma zavodunda fəhlə kimi başlamışdır. 1975-ci ildə Azərbaycan Pedaqoji Universitetin filologiya fakültəsini bitirmiş, 1975–1977-ci illərdə təyinat üzrə Saatlı rayonunda müəllim işləmişdir. Firuz Mustafa 1977–1978-ci illərdə hərbi xidmətdə olmuş, tank komandiri olmuş, ordudan zabit kimi tərxis edilmişdir. O, 1978–80-ci illərdə Az. TV-də müxbir, Kinolaşma idarəsində sərəncamçı direktor, "Azərbaycan gəncləri" qəzetində xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.
Firuz Mustafayev
Firuz Mustafa
Firuz Məlikov
Firuz Əli oğlu Məlikov (7 yanvar 1902, Salyan, Cavad qəzası – 12 noyabr 1965, Bakı) — professor (1935), Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü (1948). Firuz Məlikov 7 yanvar 1902-ci ildə Salyan rayonunun Kürqaraqaşlı kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1921-ci ildə Bakı Dövlət Universitetinin Tibb fakültəsinə qəbul olunmuş, lakin burada təhsilini yarımçıq qoyub, sənədlərini Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə vermiş və 1927-ci ildə həmin ali məktəbi bitirmişdir. Firuz Məlikov Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə Xüsusi heyvandarlıq kafedrasının müdiri, sonra isə Zootexnika-bitkiçilik fakültələrinin dekanı vəzifələrində çalışmışdır. O, 1958-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Elmləri Akademiyasının prezidenti vəzifəsini icra etmişdir. Firuz Məlikovun əməyi nəticəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan 6 elmi tədqiqat institutu, 20-ə yaxın təcrübə stansiyaları və dayaq məntəqələri fəaliyyət göstərməyə başlamışdır. Akademik Kənd Təsərrüfatı İnstitutunda prorektor, kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetində isə Genetika kafedrasında professor kimi çalışmışdır. Firuz Məlikov 1962–1965 illərdə Bakı Dövlət Universitetində Genetika və davrinizim kafedrasının professoru olmuşdur. O, 3 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Firuz Qureyşli
Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu‎; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur. 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Firuz Qureşli
Firuz Qureşli (azərb. Qureyşli Firuz Əli oğlu‎; 2 dekabr 1993, Külüs, Naxçıvan Muxtar Respublikası – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Qureşli Firuz Əli oğlu 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil almışdır. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuşdur. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olmuşdur. 2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlamışdır. 2019-cu ildə baş leytenant rütbəsi verilmişdir. Azərbaycan Ordusunun baş leytenantı olan Fizuz Qureşli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib.
Firuz Sadıqzadə
Firuz Sadıxzadə
Firuz Səxavət
Firuz Əmirxan oğlu Məmmədov (Firuz Səxavət) (23 avqust 1972, Gülablı, Ağdam rayonu) — xanəndə, muğam ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2005). Məşhur xanəndə Səxavət Məmmədovun qardaşıdır. Firuz (Fehruz) Əmirxan oğlu Məmmədov 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. 1979–1990-cı illərdə Ağdam Abdal-Gülablı kənd məktəbində orta təhsil almışdır. 1985–1990-cı illərdə ilk musiqi təhsiliniXan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində almışdır. İlk müəllimi, Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan, zənginləşdirən və bu gün də yeni gələn xanəndələr nəslinin təlim – tərbiyəsində əməyini əsirgəməyən Əlisəfa Hüseynov olmuşdur. 1984–1985-ci illərdə "Qarabağ bülbülləri" ansamblında fəaliyyət göstərmişdir. 1990–1992-ci illərdə Hərbi xidmət keçmişdir. 1994–1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif Babayevin sinfində ali təhsil almışdır. 2000-ci ildən Xətai rayonu 25 saylı musiqi məktəbində pedaqoji fəaliyyətə başlamışdır.
Firuz Xudaverdiyev
Firuz İslam oğlu Xudaverdiyev — Azərbaycanın tanınmış teatr, kino və televiziya aktyoru, Azərbaycanın əməkdar artisti (2002). Firuz Xudaverdiyev 1939-cu il iyulun 9-da Bakının Qobu kəndində anadan olub.1969-cu ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib və təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor truppasına daxil olub.1969-1976-cı illərə kimi Mingəçevir Dövlət Dram Teatrında çalışıb.1976-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor çalışıb.2002-ci ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artist fəxri adına layiq görülüb.Aktyor səhnə yaradıcılığından əlavə bir sıra tele tamaşalar və bədii filmlərdə rol alıb bunlardan "Dəvətnamə" (Müəllim), "Həmyerlilər" (Sarı Sarızadə), "Ordan burdan" (Müəllim), "Pəncərədə işıq" (Firuz) və digərlərinin adlarını çəkmək olar. Firuz İslam oğlu Xudaverdiyev 28 mart 2017-ci ildə dünyasını dəyişmişdir.Uzun müddət mədə xərçəngindən əziyyət çəkib. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb. Mingəçevir Dövlət Dram Teatrı(1969-1976) Fuad ("Almaz", Cəfər Cabbarlı) Şəmsi bəy ("Eşq və intiqam", Süleyman Sani Axundov) Vəzir ("Fərhad və Şirin", Səməd Vurğun) Ədalət ("Məhv olmuş gündəliklər", İlyas Əfəndiyev) Assistent ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) Akademik Milli Dram Teatrı(1976-2017) Bir kişi ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə) Qoca ("Fitnə", Abdulla Şaiq) Əsgər ("Maqbet", Uilyam Şekspir) Xəstə ("Biganələr oteli", Rüstəm İbrahimbəyov) N.Kokin ("Daşqın", A. Safronov) Çolaq ("Yad adam", L. Frank) 1-ci polis ("Səhra yuxuları", Anar) Ter Vahan və Mamayı ("Xurşidbanu Nətavan", İlyas Əfəndiyev) Mola ("Mirzə Şəfi Vazeh", Nəbi Xəzri) Hans ("Gecənin sirri", A. Safronov) 1-ci Qanun ("İblis", Hüseyn Cavid) Kərbəlayı Bəndalə ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) Aşpaz Abbas ("Sehrli alma", Y. Lada) 1-ci ərizəçi ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov) Qulam ("Aydın", Cəfər Cabbarlı) Həkim ("Kəllə", Nazim Hikmət) Molla ("Brüsseldən məktublar", Həsən Həsənov) Reynaldo ("Hamlet", Uilyam Şekspir) Kərbəlayi Vəli ("Ölülər", Cəlil Məmmədquluzadə) Hacı Hüseyn ("Dirilən adam", Mir Cəlal) Müəllim ("Nazirin xanımı", Branislav Nuşiç) Yaşlı kişi ("21:15 qatarı", Toyqun Orbay) Hacı Kazım ("Ölülər", Cəlil Məmmədquluzadə) Xristian İvanoviç Gibner ("Müfəttiş", Nikolay Qoqol) Kişilər (film, 1979) Mənim günahım (film, 1985) Ordan-burdan (film, 1987) Pəncərədə işıq (film, 1987) Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-rol: kənd sakini "Fransız" (film, 1995) Bağdada putyovka var... (film, 2000) Qeybdən gələn səs (film, 2002) Dəvətnamə (film, 2003) Sonuncu şahid (film, 2004) Cavid ömrü (film, 2007) Biz qayıdacağıq (film, 2007) Günaydın, mələyim! (film, 2008) Vəkil hanı? (film, 2011) Mürafiə vəkillərinin hekayəti (film, 2011) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: baba) Bir ovuc torpaq (teleserial, 2013) Ümid işığı (film, 2014) Azərbaycan tarixinin parlaq epizodları.
Firuz Şirinzadə
Firuz Böyükağa oğlu Şirinzadə — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini (2020–2023). Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Vətən uğrunda" medalı ilə təltif edilib. Firuz Şirinzadə 2010-cu ildə Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarərə rəisinin müavini — Kəşfiyyat İdarəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-mayor ali hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2011-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "İgidliyə görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Firuz Şirinzadə 2020-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-leytenant ali hərbi rütbəsi verilib.
Firuz Əhmədov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Firuz Əliyev
Firuz Əliyev 1950-ci il iyunun 4-də Abşeron torpağında, mavi Xəzərin sahilində, Buzovna qəsəbəsində anadan olub. 1957-ci ildə 206 nömrəli məktəbədaxil olub, 1965-ci ildə 8-ci sinifi bitirib və həmin ildə indiki Asəf Zeynallı adına musiqi kollecinə daxil olub, 1969-cu ildə oranı bitirib, 1970-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsinə daxil olub, 1975-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə 1967-ci ildən Əzizbəyov rayonundakı mədəniyyət evində müəllim kimi başlayıb. bir qədər sonra isə 19 nömrəli və Buzovnadakı 4 nömrəli musiqi məktəblərində müəllim işləyib. 1983-cü ildən mərhum müğənni, xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental ansamblda konsertmeyster kimi fəaliyyət göstərməyə başlayıb. 1992-ci ildən Azərbaycan Dövlət Milli Musiqi Akademiyasında, hal-hazırda Milli Konservatoriyada baş müəllim, dosent vəzifəsində çalışır. Eyni zamanda "Abşeron" instrumental ansamblının bədii rəhbəridir. 2002-ci ildə Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Müxtəlif illərdə çoxsaylı xarici ölkələrdə: ABŞ-da, Kanadada, Fransada, Braziliyada, Yunanıstanda, Türkiyədə, İranda, Hollandiyada, Almaniyada, Avstraliyada, Macarıstanda, Rumuniyada, Belçikada, və s. yerlərdə qastrolda olmuşdur.
Firuz-1 düşərgəsi
Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə. Firuz-1 düşərgəsi Qobustanda Kiçikdaş dağının şərq ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş, uzunluğu 20 m, parçasının şərq və şimal tərəfləri altında əmələ gəlmiş, 2–3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir. Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Düşərgədə Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar. Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz qaldığından örtülməmişdir. “Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. “Firuz-1” düşərgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər çökəldilmiş sahədə yandırılmışdır.
Firuz-1 sığınacağı
Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə. Firuz-1 düşərgəsi Qobustanda Kiçikdaş dağının şərq ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş, uzunluğu 20 m, parçasının şərq və şimal tərəfləri altında əmələ gəlmiş, 2–3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir. Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Düşərgədə Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar. Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz qaldığından örtülməmişdir. “Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. “Firuz-1” düşərgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər çökəldilmiş sahədə yandırılmışdır.
Firuz-2 düşərgəsi
Firuz-2 düşərgəsi — Qobustanda Kiçikdaş ərazisində arxeoloji abidə. "Firuz-2 düşərgəsi" Qobustanda Kiçikdaş ərazisində “Firuz-1” düşərgəsindən 385 m cənub-qərbdə, Kiçikdaş qayaüstü təsvirlər kolleksiyasının 19 №-li daşı ilə cənub-qərbdən ona söykənmiş 98 №-li daşdan 3 m şimal-şərqdəki 97 №-li daşların arasındakı bir növ qapalı, yaşayış üçün əlverişli sahədə, 19 №-li daşın qədim təsvirlərlə örtülmüş qərb tərəfində aşkar edilmişdir. Düşərgədə 1972 və 1973-cü illərdə 70 kv.m sahədə arxeoloji qazıntı işləri aparılmışdır. Qazıntı nəticəsində yer səviyyəsindən 80-105 sm dərinlik arasında 19 №-li daşın əsas qərb və şimal-qərb dibində 15-20 kv.m sahədə 5-25 sm qalınlığında Mezolit dövrünə aid mədəni təbəqə qeydə alınmışdır. Bu mədəni təbəqə özündən üstdə qeydə alınmış mədəni təbəqədən 5, 10 və bəzən 15 sm qalınlığında lal təbəqə ilə ayrılırdı. Mədəni təbəqənin rəngi şabalıdı, torpağı bərk və qum qarışıqlıdır. Alt təbəqədən 4 yerdə ocaq qalığı aşkar edilmişdir. Qobustanda bütün Daş dövrü düşərgələrində olduğu kimi, “Firuz-2” düşərgəsində də aşkar edilmiş materiallar çaxmaqdaşı və çaydaşından hazırlanmışdır. Çaxmaqdaşından 33 ədəd, prizma və konus formalı nukleus, 12 ədəd mikro iti uc, 19 ədəd trapes şəkilli alət, 13 ədəd biz və burğu, 7 ədəd kəsərcik, 7 ədəd iskənə tipli alət, çoxlu bir yanı kütləşdirilmiş və gəzli mikro lövhələr, qaya daşından rəsm döymək üçün alətlər, sürtgəclər, bıçaq və qaşov kimi itiləşdirərək iti ağzında kütləşmə və dişək alınmış ilk qəlpələr və s. tapılmışdır.
Firuz bəy Ordubadski
Firuz bəy Mehdi oğlu Ordubadski (1888–1937) — həkim. Firuz bəy Mehdi oğlu 1888-ci ildə Ordubad şəhərində anadan olmuşdu. 1914-cü ildə tibb fakültəsini bitirmişdi. Universiteti tamamladıqdan sonra Bakı-Culfa dəmir yol xəttində sanitar həkim və Bakı səhiyyə idarəsində çalışmışdı. Azərbaycan MİK-nin üzvü olmuşdu. 1916-cı ildə Sarıqamış və Ərdahan zərərçəkənlərinə yardım edib (Müsəlman xeyriyyə cəmiyyəti onu və İdris Axundovu göndərib). 1916-cı ildən Ufada yaşayıblar, 1917-ci ildə Ordubada gəliblər. Bakıya 1919-cu ildə gəliblər. 1920-ci ildən Ərzaq Nazirliyində, sonra Dövlət plan komitəsində (1929-30-da: sədr) işləyib. D.Bünyadzadədən sonra İqtisadi Şuranın sədri olub.
Firuz mirzə Nüsrətəddövlə
Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Nüsrətəddövlə Qovanlı-Qacar (1889–1937) — İranın xarici işlər naziri. II Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar 1889-cu ildə Tehran şəhərində anadan olmuşdur. Orta təhsilini bitirəndən sonra ali savad almaq üçün 1897-ci ildə Beyrut şəhərinə yollanmışdı. Təhsilini tamamlayandan sonra, 1905-ci ilin yanvarında Tehrana qayıtmışdı. Fransız dilini mükəmməl bilirdi. Həmin ildə atası tərəfindən Kerman əyalətinin vali naibliyinə təyin edilmişdi. Nüsrətüddövlə ləqəbini daşıyırdı. Nüsrətüddövlə Qacar səltənətinin yıxılmasında yaxından iştirak etmişdi. O, respublika tərəfdarı idi. Nüsrətüddövlə 1920-ci ilin payız və qışını İngiltərədə olmuşdu.
Firuz şah Tuğluq
Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388, Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar. Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372). Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi.
Hacı Firuz
Hacı Firuz vəya Hacı Piruz ( {{Dil-fa|حاجی فیروز), İranın yeni ili Novruzun ənənəvi xəbərçisidir. Üzünü qurumla boyanmış haldadır, parlaq qırmızı paltarı və başındakı papaq ilə diqqəti çəkir. Novruza girərkən, Hacı Firuz bir dəf çalar və "Hacı Firuzam, sali yek ruzəm" (Hacı Firuzam, ildə bir günəm) deyər. Hər yaşdan insan onun və musiqiçilərin ətrafında toplanar, çaldıqları nağara, tar və kamançanı dinləyərək rəqs edərlər. Eyni zamanda Əmi Noruz (Nevruz əmi)də deyərlər.
I Firuz
I Firuz (fars. پیروز یکم‎ tərcümədə "Qalib" deməkdir) — Sasanilər nəslinin 17-ci hökmdarı. (459–484), II Yezdəgirdin böyük oğlu. Ağsuvar xan Sasani şahı I Yezdəgirdi özündən asılı vəziyyətə saldı və 459-cu ildə himayə etdiyi sasani vəliəhdi Firuzu Sasani taxtına çıxartmağa nail oldu. Firuz Ağ hunlardan asılılığı qəbul edərək, hər il onlara vergi verirdi. O, eyni zamanda Seyhun çayı ətrafındakı torpaqları Ağ hunlara güzəştə getmışdi. Lakin az sonra Firuz öhdəsinə götürdüyü şərtləri pozaraq, ağ hunlara qarşı yürüşə başladı. Sasani hökmdarlarının ikiüzlü siyasətinə bələd olan Ağsuvar xan bu yürüşün qarşısını almaq üçün əvvəlcədən tədbirlər görmüşdü. O, bütün hərbi qüvvələrini bir yerə toplayaraq döyüşə xeyli qoşun çıxardı, onları dağlıq əraziyə saldı. Onlar Turan taktikası ilə sasaniləri dar keçiddə tutdular.
Məryəm Firuz
Məryəm Fərmanfərmaiyan və ya Məryəm Firuz — şahzadə Əbdülhüseyn mirzə Fərmanfərma və Bətul xanımın qızı idi.O, İranda Tudə (kommunist) Partiyasının qadın bölməsini yaradıb.1949-cu ildə İran Tudə Partiyasının üzvü və sonra baş katibi Nurəddin Kiyanuri ilə evləndi.
Hacı Firuz (Sulduz)
Hacı Firuz (fars. حاجي فيروز‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 119 nəfər yaşayır (28 ailə).
Məhəmmədhüseyn mirzə Firuz
Məhəmmədhüsеyn mirzə Əbdülhüseyn mirzə oğlu Firuz (1893-1983) — şahzadə, İran ordusunun generalı. Əbdülhüsеyn mirzə Fərmanfərmanın dördüncü оğlu Məhəmmədhüsеyn mirzə 1893-cü ildə Təbriz şəhərində anadan оlmuşdu. Sankt-Pеtеrburqda Hərbi Akadеmiyada təhsil almışdı. Nizaməddin ləqəbini daşıyırdı. Məhəmmədhüsеyn mirzə 1911-ci ildə jandarmеriyada xidmətə başlamışdı. 1915-ci ildə Rus оrdusunda, Qusar alayında xidmət еtmişdi. Birinci Cahan Savaşı nədəniyə rus оrdusu İrandan çıxandan sоnra, Qacar оrdusuna qatılmışdı.1919-cu ildə Əhməd şahın qvardiyasında qulluq еtmişdi. 1919-cu ildən 1921-ci ilədək Xоrasanda, Məşhəd şəhərinin jandarmеriyasına başçılıq еtmişdi. 1921-ci ildə pоlkоvnik rütbəsi almışdı. 1921-ci ildə оrduda yüksək vəzifə tutmuşdu.
Firuzabad
Firuzabad (Göygöl)
Firuzabad (Fars)
Firuzabad- İranın Fars ostanının şəhərlərindən və Firuzabad şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 58,210 nəfər və 12,888 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Firuzabad (Göygöl)
Firuzabad — Azərbaycan Respublikasının Göygöl rayonunun Quşqara inzibati ərazi vahidində qəsəbə. Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsi qoyunçuluğun inkişafı ilə əlaqədar 1949-cu ildə yaranmışdır. Qəsəbəyə akademik Firuz Məlikovun (1902-65) adı verilmişdir. Memorial toponimdir.
Firuzabad (Kövsər)
Firuzabad - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 319 nəfər yaşayır (83 ailə).
Firuzabad (Luristan)
Firuzabad — İranın Luristan ostanının Silsilə şəhristanının Firuzabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,857 nəfər və 614 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.

Значение слова в других словарях