Firuz bəy Ordubadski

Firuz bəy Mehdi oğlu Ordubadski (1888, Ordubad, Naxçıvan qəzası1937) — həkim.

Firuz bəy Ordubadsi
(Ordubadski) Hacıyev-Zeynalabdinbəyov Firuz bəy Mehdi bəy oğlu
Doğum tarixi
Doğum yeri Ordubad
Vəfat tarixi
Atası Mehdi bəy
Təhsili Kiyev Müqəddəs Vladimir Universiteti (1914)[1]
Fəaliyyəti həkim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Firuz bəy Mehdi oğlu 1888-ci ildə Ordubad şəhərində anadan olmuşdu. 1914-cü ildə tibb fakültəsini bitirmişdi. Universiteti tamamladıqdan sonra Bakı-Culfa dəmir yol xəttində sanitar həkim və Bakı səhiyyə idarəsində çalışmışdı. Azərbaycan MİK-nin üzvü olmuşdu.

1916-cı ildə Sarıqamış və Ərdahan zərərçəkənlərinə yardım edib (Müsəlman xeyriyyə cəmiyyəti onu və İdris Axundovu göndərib). 1916-cı ildən Ufada yaşayıblar, 1917-ci ildə Ordubada gəliblər. Bakıya 1919-cu ildə gəliblər. 1920-ci ildən Ərzaq Nazirliyində, sonra Dövlət plan komitəsində (1929-30-da: sədr) işləyib. D.Bünyadzadədən sonra İqtisadi Şuranın sədri olub.

Firuz bəy Ordubadski 1937-ci ildə repressiyaya uğramışdı.

Firuz bəy Ordubadski 1913-cü ildə Gülsüm xanımla ailə qurmuşdu.

  1. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.