Flatiron Building
Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu və 23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir.
Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi.