Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı.6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi. Bu böyük yeniləmə yeni Canvas Kit renderi və veb əsaslı vidcetlər, Windows, macOS və Linux üçün erkən giriş masaüstü proqram dəstəyi və təkmilləşdirilmiş Add-to-App API ilə veb-əsaslı proqramlar üçün rəsmi dəstək gətirdi.
Yozef Blatter
Yozef Blatter (10 mart 1936[…], Fisp[d][…]) — 1998–2015-ci illər arasında FİFA prezidenti. Blatteri Avelajın tələbəsi adlandırmaq olar. O, 20 il məhz Avelajın rəhbərliyi altında FİFA-da müxtəlif vəzifələrdə çalışıb. FİFA ən böyük zərəri Blatterin dövründə çəkib. 2002-ci ildə Dünya Çempionatı ərəfəsində İsveçrə kompaniyaları dünya futbol qurumunu 100 milyon dollar ziyana saldılar. Bu hal Blatterin hakimiyyətinin sonu ola bilərdi, amma prezident vəziyyətdən çıxış yolunu tapdı. Əsasən şərq ölkələrindən dəstək alan FİFA rəhbəri kürsüsünü qoruyub saxladı. Blatter həmçinin bu yaxındarda futbolun 2500 metr hündürlükdə oynanılmasının əleyhinə qərar qəbul olunmasının istəyirdi. Hətta bu məsələ FİFA-nın iclaslarının birində müzakirə də olunmuşdu, amma Cənubi Amerikada bəzi dövlətlər həmin qərarın qəbul olunmasına ciddi şəkildə etiraz etdilər. Latın Amerikasının bir neçə siyası xadiminin məsəyə müdaxilə etməsi Blatteri geriyə addım atmağa vadar etdi.
Zepp Blatter
Yozef Blatter (10 mart 1936[…], Fisp[d][…]) — 1998–2015-ci illər arasında FİFA prezidenti. Blatteri Avelajın tələbəsi adlandırmaq olar. O, 20 il məhz Avelajın rəhbərliyi altında FİFA-da müxtəlif vəzifələrdə çalışıb. FİFA ən böyük zərəri Blatterin dövründə çəkib. 2002-ci ildə Dünya Çempionatı ərəfəsində İsveçrə kompaniyaları dünya futbol qurumunu 100 milyon dollar ziyana saldılar. Bu hal Blatterin hakimiyyətinin sonu ola bilərdi, amma prezident vəziyyətdən çıxış yolunu tapdı. Əsasən şərq ölkələrindən dəstək alan FİFA rəhbəri kürsüsünü qoruyub saxladı. Blatter həmçinin bu yaxındarda futbolun 2500 metr hündürlükdə oynanılmasının əleyhinə qərar qəbul olunmasının istəyirdi. Hətta bu məsələ FİFA-nın iclaslarının birində müzakirə də olunmuşdu, amma Cənubi Amerikada bəzi dövlətlər həmin qərarın qəbul olunmasına ciddi şəkildə etiraz etdilər. Latın Amerikasının bir neçə siyası xadiminin məsəyə müdaxilə etməsi Blatteri geriyə addım atmağa vadar etdi.
Osqud-Şlatter xəstəliyi
Osqud-Şlatter xəstəliyi (ing. Osgood-Schlatter) – budun dördbaşlı əzələsinin vətərinin birləşdiyi qamış sümüyünün qabarcığının iltihabı və periostitidir. Daha çox yeniyetmə oğlanlarda fiziki yükdən sonra yaranır.
Klaster
'Klaster (ing. cluster — topluluq) — bir neçə eynicinsli elementlərin birləşməsi, hansı ki, müşahidə zamanı, sadəcə xüsusiyyətlərə malik olan vahid kimi qəbul oluna bilər. İnformasiya texnologiyalarında: Klaster — bir mövzu ilə bağlı axtarışın altçoxluğu nəticələri kimi; Klaster — bilgisayara quraşdırılmış çevik və sərt disklərin vahid kimi saxlanılması; Klaster — yüksək sürətli rabitə kanalları ilə birləşdirilmiş bilgisayarlar qrupu; eləcə də — məntiqlə birləşdirilmiş, oxşar sorğuları emal edə bilən və vahid resurs kimi istifadə olunan serverlər qrupu; Klaster — obyekt, Oracle Database`də çətin sorğuların sürətli yerinə yetirilməsi üçün müxtəlif cədvəllərdən fiziki cəhətdən birləşdirilmiş məlumatların saxlanılması.
Plotter
Plotter — (yun. γράφω) mürəkkəb sxemlərin, qrafiklərin, keyfiyyətli rəngli təsvirlərin kağız üzərinə böyük dəqiqlik və yüksək sürətlə çıxarılması üçün nəzərdə tutulmuş qurğudur. Ondan adətən konstruktor və layihə bürolarında, reklam işləri ilə məşğul olan təşkilatlarda istifadə olunur.
Flaşer
Flaşer (fr. Flachères) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Le-Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38167. Kommunanın 1999-cu il üçün əhalisi 301 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 530 ilə 641 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
B. Latteri
Benedetto Latteri - italyan diplomat, 2020-ci ildən bəri İtaliyanın İndoneziyadakı səfiri. == Həyatı == 15 oktyabr 1959-cu ildə İtaliyanın Messina şəhərində anadan olmuşdur.
Benedetto Latteri
Benedetto Latteri - italyan diplomat, 2020-ci ildən bəri İtaliyanın İndoneziyadakı səfiri. == Həyatı == 15 oktyabr 1959-cu ildə İtaliyanın Messina şəhərində anadan olmuşdur.
Devid Fletçer
David John Fletcher MBE (1942, Birləşmiş Krallıq) — zirehli müharibə tarixində, xüsusən də Birləşmiş Krallıqda ixtisaslaşmış ingilis hərbi tarixçisidir. O, 1982-ci ildən 2012-ci ilin dekabrına qədər Bovinqtondakı Tank Muzeyinin əməkdaşı olub və muzeyin ən uzun müddət xidmət edən əməkdaşı olub. Həmin ilin əvvəlində o, Kaliforniyada keçirilən tanklar üzrə beynəlxalq simpozium olan "Operation Think Tank" simpoziumunda panel iştirakçısı olub. O, həmçinin Tank Muzeyi üçün YouTube kimi müasir medianı təqdim edir. David Fletcher, The Tank Museum YouTube kanalında tamaşaçılara Muzeyin kolleksiyasındakı müəyyən bir tank haqqında qısa məlumat verdiyi "Tank Chats" (Tank söhbətləri) adlı müntəzəm video seriyasının müəllifi və aparıcısıdır.Bovinqtondakı son ilində o, zirehli müharibə tarixindəki xidmətlərinə görə Kraliçanın Yeni İl Mükafatları Siyahısında Britaniya İmperiyası Ordeni ilə təltif edilmişdir. == Nəşr edilmiş əsərləri == Onun nəşrlər siyahısı 30 kitab da daxil olmaqla olduqca genişdir. Bunların bir çoxu həmin mövzuda standart əsərlər hesab olunur. Fletcher, David. Cromwell Tank: Vehicle History and Specifications. The Tank Museum.
Elektrostatik plotter
Elektrostatik plotter – görüntünü kağız üzərində qələmlə cizgilər çəkmək yolu ilə deyil, nöqtəli rastr əsasında formalaşdıran plotter növü. Standart plotterlər məlum koordinatlar üzrə cizgilər çəkən vektor qurğular olsalar da, elektrostatik plotterlər görüntünü elektrostatik örtüklü kağıza köçürür (vurur). Bundan sonra, boyaq hissəcikləri vurulmuş nöqtələr özlərinə cəzb olunmaqla kağız boyaq maddəsində emal olunur və görüntünün yaranması başa çatır. Bu anlamda elektrostatik plotterlər funksional olaraq ənənəvi plotterlərdən daha çox lazerli printerlərə oxşayır. Elektrostatik plotterlər iri, mürəkkəb şəkilləri qələmli plotterlərdən təxminən 50 dəfə tez yarada bilir, buna görə də, onlar bahalıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 253 s.
Klaster metodlar
Klaster metodlar – sənədlər çoxluğunun əvvəlcədən verilmiş kriteriyalar üzrə klasterləşdirilməsi və orijinallığın yoxlanılması prosesinin klasterdə birləşmiş sənədlərlə (vektorlarla) aparılmasına əsaslanan metodlar. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Pinus latteri
Pinus latteri (lat. Pinus latteri) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Yulian Fletçer
Yulian Fletçer (8 oktyabr 1990) — Bermud adalarını təmsil edən üzgüçü. Yulian Fletçer Bermud adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yulian Fletçer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:02.73 saniyəlik nəticəsi ilə 40-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
İtirilmiş klaster
İtirilmiş klaster (en. lost cluster) – əməliyyat sistemi tərəfindən istifadədə olan kimi qeyd olunmuş, ancaq heç bir faylın yerləşmədiyi klaster (diskdə yaddaş fraqmenti). İtirilmiş klaster, adətən, xidməti əməliyyatların düzgün olmayan şəkildə bitirilməsi nəticəsində (məsələn, sistemdən “kobud” surətdə çıxılması, tətbiqi proqramın asılıb qalması və ya yarıda kəsilməsi) yaranan verilənlər “qırıqlarından” ibarət olur. İtirilmiş klasterlər istifadə olunası disk yaddaşının həcmini azaldır. Belə klasterləri aşkarlamaq və onların istifadəsiz olduğunu qeyd etmək üçün Norton Utilities paketinə daxil olan Disk Doctor, Windows əməliyyat sisteminin xidməti utilitlərindən olan SCANDISK kimi proqramlardan istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
La-Flaşer
La-Flaşer (fr. La Flachère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38166. Kommunanın 2012-ci il üçün əhalisi 453 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Roar Flaten
Roar Flaten (15 yanvar 1950, Norveç) — Norveç Həmkarlar İttifaqları Konfederasiyasının sabiq rəhbəri.
Scarturus elater
Scarturus elater (lat. Scarturus elater) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin gekkonlar fəsiləsinin scarturus cinsinə aid heyvan növü. == Xarici görünüşü == Xarici görünüşcə Kiçik Asiya ərəbdovşanına bənzəyir, lakin ondan azca kiçikdir. Bədən uzunluğu 95-118 mm, dal pəncənin uzunluğu 48-56 mm, qulağın uzunluğu 43 mm-ə qədərdir. Çəkisi 73 q-dır. Bədənin bel hissəsi qonur-boz, qarın hissəsi isə ağ rəngdədir. == Yayılması == Arealı Kiçik və Orta Asiyanın, İranın, Əfqanıstanın, Çinin və Cənubi Zaqafqaziyanın gilli və çınqıllı səhra, xam torpaqlarını və dağətəyi yamaclarını əhatə edir. Azərbaycanda əsas etibarilə Kür-Araz ovalığında, Abşeron yarımadasında, bəzən isə dağətəyi rayonlarda təsadüf olunur. Azərbaycanda iki yarımnövü qeyd edilmişdir: A.e.caucasicus – Naxçıvan MR-dan başqa respublikamızın hər yerində, A.e.aralychensis isə Naxçıvan MR-da yayılmışdır. == Həyat tərzi == Yuvaları sadə olub, dərinliyi 60 sm-ə çatır.
Henri Fletçer Hans
Henri Fletçer Hans (ing. Henry Fletcher Hance, 4 avqust 1827, London, İngiltərə, Birləşmiş Krallıq – 22 iyun 1886) — Britaniya botaniki və diplomatı. == Bioqrafiya == Henri Fletçer Hans 4 avqust 1827-ci ildə Londonda anadan olmuşdur.. O, London və Belçıkada təhsil almışdır. 1878-ci ildən 1881-ci ilədək və 1883-cü ildə o, Kantonda konsul təyin olunmuşdur. 1886-cı ildə isə Syamın şəhərində konsul təyin olunmuşdur. Henri Fletçer Hans 22 iyun 1886-cı ildə Syamın vəfat etmişdir.. == Elmi fəaliyyəti == Diplomat Henri Fletçer boş vaxtlarını floranın öyrənilməsinə həsr edirdi. O, qıjıkimilərin və toxumlu bitkilərin öyrənilməsi üzrə ixtisaslaşmışdı.. Henri Fletçer çoxlu botanika taksonlarının adlandırılmasının müəllifidir..
Klaster baş ağrısı
Klaster baş ağrısı — birincili baş ağrı forması olub ,xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir: həddindən artıq dözülməz olması gündüz və gecə ərzində dəfələrlə təkrarlanması üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi xəstəliyin özünəməxsus formada getməsi ağrı tutmalarının dalbadal və ya “dəstə” şəklində baş verməsi.Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi. Hər bir tutma gözlənilmədən başlayır və tamamlanır, 15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir dəfədən gün ərzində səkkiz dəfəyə qədər təkrarlana bilər. Xəstə tutmalar zamanı həyəcanlı olur. Xəstələrin 80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla müşahidə olunur, xəstələrin 10-20%-də isə daha nadir hallarda baş verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.
Çoxgöstəricili Klaster Sorğuları
Çoxgöstəricili Klaster Sorğuları (MICS) uşaqların və qadınların vəziyyəti ilə bağlı beynəlxalq səviyyədə müqayisə oluna bilən, statistik cəhətdən etibarlı və dəqiq məlumatlar təqdim etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu tərəfindən hazırlanmış proqram çərçivəsində ölkələr tərəfindən aparılan ev təsərrüfatı sorğularıdır. Sorğuların 1-ci raundu (MICS1) Ümumdünya Uşaq Sammitinin nəticəsi olaraq və onilliyin ortalarında əldə olunmuş irəliləyişin ölçülməsi üçün, əsasən 1995 və 1996-cı illərdə 60-dan çox ölkədə icra olunub. 2000-ci ildə keçirilən 2-ci raund (MICS2) zamanı sorğunun təfərrüatlılıq səviyyəsinin artırılması qlobal səviyyədə razılaşdırılmış daha çox göstəricilərin monitorinqinə imkan yaratdı. 3-cü raundun (MICS3) icrası 2006-cı ildə başladı və Minilliyin İnkişaf Məqsədləri (MİM-lər), "Uşaqlara üçün yararlı dünya" və digər əhəmiyyətli müvafiq beynəlxalq öhdəliklər istiqamətində irəliləyişi ölçmək üçün məlumatlar hazırlamaq məqsədi daşıyırdı. 2009-cu ildə başlayan 4-cü raundda məlumatların əsasən 2010-cu ildə toplanması planlaşdırılsa da, MICS4 sorğularının əksəriyyəti faktiki olaraq 2011-ci ildə, hətta 2012 və 2013-cü illərdə icra edildi. Bu, UNİCEF tərəfindən MİCS sorğularının keçirilmə tezliyinin artırılmasının təzahürü idi və artıq UNİCEF sorğu proqramını üç illik dövr üzrə həyata keçirir. 2012-ci ildə başlayan 5-ci raundun məqsədi ölkələri MİM üzrə yekun məlumatları toplamaq üçün alətlərlə təmin etmək idi. 2016-cı ildə yeni qlobal məqsəd və hədəflər toplusu - Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) üçün ilkin vəziyyət göstəricilərini toplamaq məqsədilə 6-cı raund başladı. 2022-ci ilin ortasınadək, 119 ölkə və ərazidə ümumilikdə 350-dən çox sorğu tamamlanıb. MICS və Demoqrafiya və Sağlamlıq Sorğusunun (DSS) məlumatlarının bir-biri ilə müqayisə olunma imkanı yüksəkdir və bu sorğuları hazırlayan və prosesə dəstək göstərən texniki heyətlər bir-biri ilə yaxından əməkdaşlıq edir.
Kosmik latte
Kozmik latte - bir digər adı ilə kainatın rəngi Cons Hopkins Universitetinin astrofizika heyəti tərəfindən irəli sürülən proyekt. == Rənglərin adlandırılması == Hər keçən gün ovsunlayıcı kainatımızın fərqli bir rəsmi və ya fotoşəkili ortaya çıxır. Yaxşı kainatın fotoşəkilinə baxdığınız zaman nə görürsünüz? Ulduzlar, qalaktikalar, supernovalar və böyük qaranlıq. Bəs sizə bu qaranlığın qaranlıq olmadığını kainatın əsl rənginin “latte” olduğunu desək necə? Bəli kainatın bu anda əsl rəngi İtalyan dilində süd mənasını verən lattedir. Astronomlar uzun araşdırmalardan sonra kainatın “orta” bir rəngi olaraq latte rəngini ortaya qoydular. 2001-ci ildə Karl Glazebrook və Ivan Baldry kainatın rəngini yaşımtıl ağ olduğunu təyin etmişdi. Ancaq qısa bir müddət sonra öz araşdırmalarına kainatdakı bütün işığın rənginin yüngülcə ağ olduğunu əlavə edərək analizlərini düzətdilər. Bu araşdırmaya 200.000’dən çox qalaktika daxil edilərək kainatın böyük bir sahəsindən gələn işığın spektral aralığı qiymətləndirilərək edilib.
Satter qraflığı (Kaliforniya)
Satter (ing. Sutter) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 94,737 nəfər olmuşdur. Mərkəzi Yuba-Siti şəhəridir.
Jan Mari Rolan de La Platyer
Jan Mari Rolan de La Platyer (fr. Jean-Marie Roland de La Platière; 18 fevral 1734[…], Thizy[d] – 10 noyabr 1793, Radepont[d]) — Fransa alimi və siyasətçisi. Fransa inqilabı dövründə, jirondist hökumətlərində daxili işlər naziri (mart–iyun 1792, avqust 1792–yanvar 1793). Lionda istehsalat müfəttişi olmuş, orada yakobin klubu təşkil etmişdir. Daha sonra jirondist olmuş və 1792-ci ildə daxili işlər naziri kimi xidmət etmişdir. O, yakobinlərin qələbəsindən sonra Normandiyaya qaçmışdır. Burada onunla fəal əməkdaşlıq edən həyat yoldaşı Janna Manon Filiponun yakobinlərin əli ilə edam edildiyini öyrəndikdən sonra 15 noyabr 1793-cü ildə intihar etmişdir. == Əsərləri == «Mémoire sur l'éducation des troupeaux» (1779) «Dictionnaire des manufactures» (1785) «L’Art du fabricant d'étoffes de laine» (1780) «Fabricant de velours» (1780–1783), «L’Art du tourbier». == İstinadlar == == Əlavə ədəbiyyat == Ролан-де-ла-Платьер, Жан-Мари // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Alaştər
Alaştər – İranın Luristan ostanının şəhərlərindən və Silsilə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 77,306 nəfər və 12,033 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir, lək dilində danışırlar və şiə müsəlmandırlar.
A Matter of Time (Sennek mahnısı)
A Matter of Time (azərb. Zaman məsələsi‎) — Belçikanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sennek "A Matter of Time" mahnısı ilə Belçikanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcək. Mahnı ifaçı Laura Qrusıniken və eyni zamanda onun musiqi yoldaşları olan Aleks Kallye və Maksim Tribex tərəfindən bəstələnmişdir.