Flissinqski burnu
Flissinqski burnu — Avropanın ən ucqar şərq nöqtəsidir. Şimal adasının şimal-şərqində yerləşir.
Burunun hündürlüyü 28 metr təşkil edir. Burun Avariynı körfəzini və Andromed buxtasını bir-birindən ayırır.
Burundan bir qərən cənubda dənizə Andromed çayı tökülür. Şimal hissəsində adanın ən iri çayı olan Ovrajitaya çayı tökülür.
== Açılış tarixi ==
Burun ilk dəfə Villem Barensin ekspedisiyası tərəfindən 1596-cı ildə aşkarlanır və xəritəyə salınır. Burun Hollandiya şəhəri olan Flissinq şəhərinin şərəfinə adlandırılır. 1596 ilin sentyabrında ekspedisiya gəmisi sahildə buzlara sıxılaraq və bu səbəbdən onlar sahildə qışlamalı olurlar. Onlar qışı suiti və ağ ayı ovlamaqla keçirirlər.