flora
florensiyalı
OBASTAN VİKİ
Florensiya
Florensiya (it. Firenze, ing. Florence) — dünyaya görkəmli təsviri incəsənət nümayəndələri bəxş etmiş və Renessansın vətəni sayılan İtaliyada bir şəhər. Toskana regionunun paytaxtıdır. O, Şimali Apennin dağlarının ətəklərində, Arno çayı ilə ayrılan 2 İtaliya əyaləti — Toskana və Emiliya ilə sərhəddə yerləşir. Arno çayının sahilində hərbi koloniya salan romalılar bu yerlərə Florensiya — "çiçəklənən" adı vermişlər. Nə şiddətli qibelin və qvelf qarşıdurması ( XIII əsrdə zadəganların 2 antaqonist siyasi düşərgələri), nə papa hökumətinin şəhər üzərində hakimiyyəti ələ keçirmək cəhdləri, XV əsrin sonlarında florensiyalıların azadlıq hislərinin boğulması və Cirolamo Savonarolanın tonqalda yandırılması Florensiyanın çiçəklənməsinə mane ola bilmədi. XVIII əsrə qədər Florensiyada hakimiyyətdə olan Mediçi sülaləsi hər vəchlə burada incəsənətin inkişafına və şəhərin dünyanın mədəniyyət mərkzələrindən birinə çevrilməsinə çalışırdı. Florensiya — Donatello — "intibah dövrünün atalarından biri", Mikelancelo, Leonardo da Vinçi, Sandro Botiçelli, və b. təsviri incəsənət nümayəndələrini ruhlandıran şəhər olmuşdur.
Florensiya (Kaketa)
Florensiya (isp. Florencia) — Kaketa departamentinin inzibati mərkəzi, Kolumbiyanın cənub-qərbində yerləşən, şəhər və bələdiyyədir. == Tarixi == Şəhər 25 dekabr 1902-ci ildə Doroteo de Pupiales tərəfindən qurulmuşdur. 1912-ci ildə Florensiyaya bələdiyyə statusu verildi və eyni ildə şəhər şurasına ilk seçkilər keçirildi. 1950-ci il martın 14-də Florensiya, Kaketa departamentinin inzibati mərkəzi seçildi. == Coğrafi mövqeyi == Şəhər departamentin şimali-qərb hissəsində yerləşir, Aça çayının sol sahilində, şərq Kordilyer sıra dağlarının ətəklərində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 561 metr yüksəklikdədir. == Əhalisi == 2012-ci ildə siyahıyaalınma zamanı şəhər əhalisinin sayı 163 323 nəfər idi. Şəhər əhalisinin illər üzrə say artımı: Ağ və metislər irq olaraq şəhər əhalisinin 95,9%-ni, zəncilər 3,3%-ni, hindular isə 0,8%-ni təşkil edir. 5 il ərzində əhalinin arasında savadlılıq səviyyəsi 91,3%-ni təşkil etmişdir.
Florensiya Respublikası
Florensiya Respublikası (lat. Respublica Florentina, it. Repubblica fiorentina) — şimali İtaliyada 1115-1185 ci və 1197-1532 ci illər arasında mövcud olmuş müstəqil respublika.
Florensiya Universiteti
Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir. == Tarixi == Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır. İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi.1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir.1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir.1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir. == Məkanı == Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir. == Fakültələri == Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir: Memarlıq fakültəsi; Edukoligiya fakültəsi; İqtisadiyyat fakültəsi; Əczaçılıq fakültəsi; Mühəndislik fakültəsi; Ədəbi-fəlsəfə fakültəsi; Fiziki-riyaziyyat fakültəsi; Tibbi cərrahlıq fakültəsi; Siyasi elmlər fakültəsi; Psixologiya fakültəsi; Hüquq fakültəsi; Kənd təsərrüfatı fakültəsi. == Tələbələri == Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.
Florensiya kafedralı
Florensiya kafedralı (it. Duomo ya da Santa Maria del Fiore) ― İtaliyanın Toskana bölgəsində, Florensiya şəhərində yerləşən kafedral. == Tarixi == 1296-cı ildə antik Santa Resparata kilsəsinin yerinə inşa edilməyə başlanan kafedralın ilk memarı Arnolfo di Kambio idi. 1333–1337-ci illərdə Qyotto memarlığı əsasında kafedralın qülləsi inşa edilməyə başladı. 1357-ci ildə kafedralın memarları Françesko Talenti və Covanni di Lapo Qini oldu. 1412-ci ildə Florensiya kafedralı tamamlanmamış açıldı. 1420–1436 illərdə memar Filippo Brunelleşi keçirilən müsabiqədən sonra kafedralın tamamlanmamış qübbəsinin layihəsini hazırladı. Qübbənin tikintisi başa çatdıqdan sonra Florensiya kafedralı 25 mart 1436-cı ildə Papa IV Eucinio tərəfindən müqəddəsləşdirildi və ibadətə açıldı. == Memarlıq == Gec qotika üslubunda tikilən tikilini rəngli mərmərli fasadları ilə Roma memarlığı üslubuna bənzəyir. Daxili isə İntibah memarlığı tərzindədir.
Florensiya Milli Kitabxanası
Florensiya Milli Kitabxanası — Roma Milli Mərkəzi Kitabxanası ilə yanaşı, İtaliyanın iki milli kitabxanasından biridir.Məşhur italyan alim Antonio Malyabeki 1714-cü ildə 30 min cilddən ibarət olan kitab kolleksiyasını Florensiya şəhərinə bağışlayır. Əvvəlcə Malyabeki (Malyabeçi) Kitabxanası adlanan kitabxana 1747-ci ildə rəsmi olaraq fəaliyyətə başlayır. 1861-ci ildə kitabxananın fondu “Biblioteca Palatina” adlı kitabxananın fondu ilə birləşdirilir və 1885-ci ildə Florensiya Milli Mərkəzi Kitabxanası adlandırılır. 1935-ci ildə kitab kolleksiyaları Arno çayı sahilində Sezar Baççani tərəfi ndən layihələşdirilmiş binaya köçürülür. Bu vaxta qədər isə fond Uffuçi Qalereyasının binasında yerləşirdi. 1966-cı ildə çayda baş vermiş daşqın zamanı fondun yarı hissəsi məhv olmuşdur.
Santa Kroçe, Florensiya
Santa Kroçe—(Müqəddəs Xaçın Baziliyası), İtaliyanın Florensiyadakı əsas Frank kilsəsidir və Roma Katolik Kilsəsinin kiçik bir bazilikasıdır. Duomo kilsəsindən təxminən 800 metr cənub-şərqdə, Piazza di Santa Croce'də yerləşir. Həmin ərazi əvvəllər şəhər divarlarından kənarda bataqlıqda idi. Mikelancelo, Qaliley, Makiavelli, şair Foskolo, filosof Centile və bəstəkar Rossini kimi ən məşhur İtalyanların dəfn yeridir, beləliklə də İtalyan Məşhurlarının Məbədi olaraq tanınır (Tempio dell'Itale Glorie). == Bina == Bazilika dünyanın ən böyük Frank kilsəsidir. Bazilikanın əsas diqqət çəkən hissəsi on altı ibadətgahdır, onların bir çoxu Ciotto və şagirdləri tərəfindən hazırlanmış, freskalarla bəzədilmiş məzarlar və məqbərələrdir. Əfsanədə deyilir ki, Santa Kroçe, Müqəddəs Françesko tərəfindən təsis edilmişdir. Hazırkı kilsənin inşasına köhnə bir binanın əvəz edilməsi üçün 12 may 1294-cü ildə başlandı. Ehtimal edilir ki, Arnolfo di Kambio və şəhərin bəzi varlı ailələri tərəfindən bu tikinti üçün ödəniş edilib. 1442-ci ildə Papa IV Yevgeni tərəfindən təqdis edilib.
Santa Kroçe (Florensiya)
Santa Kroçe—(Müqəddəs Xaçın Baziliyası), İtaliyanın Florensiyadakı əsas Frank kilsəsidir və Roma Katolik Kilsəsinin kiçik bir bazilikasıdır. Duomo kilsəsindən təxminən 800 metr cənub-şərqdə, Piazza di Santa Croce'də yerləşir. Həmin ərazi əvvəllər şəhər divarlarından kənarda bataqlıqda idi. Mikelancelo, Qaliley, Makiavelli, şair Foskolo, filosof Centile və bəstəkar Rossini kimi ən məşhur İtalyanların dəfn yeridir, beləliklə də İtalyan Məşhurlarının Məbədi olaraq tanınır (Tempio dell'Itale Glorie). == Bina == Bazilika dünyanın ən böyük Frank kilsəsidir. Bazilikanın əsas diqqət çəkən hissəsi on altı ibadətgahdır, onların bir çoxu Ciotto və şagirdləri tərəfindən hazırlanmış, freskalarla bəzədilmiş məzarlar və məqbərələrdir. Əfsanədə deyilir ki, Santa Kroçe, Müqəddəs Françesko tərəfindən təsis edilmişdir. Hazırkı kilsənin inşasına köhnə bir binanın əvəz edilməsi üçün 12 may 1294-cü ildə başlandı. Ehtimal edilir ki, Arnolfo di Kambio və şəhərin bəzi varlı ailələri tərəfindən bu tikinti üçün ödəniş edilib. 1442-ci ildə Papa IV Yevgeni tərəfindən təqdis edilib.
Santissima-Annunsiata (Florensiya)
Santissima-Annunsiata (it. Santissima Annunziata) — Florensiya şəhərində monastır kompleksi. Bu ərazidə ilk kilsə 1250-ci ildə Servitlər ordeni tərəfindən inşa edilmişdir. 1444—1455-ci illərdə Mikkelosso di Bartolomeo Filippo Brunelleskinin Santa Mariya delyi Anceli kilsəsi üçün hazırladığı kompozisiyanı model olaraq götürərək, köhnə qotik kilsəsinin bazilika planına baş qurbangahlı sentrizm xoru və dairə şəklində düzülmüş doqquz kiçik apsida əlavə etdi. Bu rotondaya son formanı Leon Battista Alberto vermişdir. O, həmçinin şimal-qərb tərəfə kyostrino həyətini tikib əlavə etdi, kilsə nefinin önündə isə atrium qurdu. Nəticədə orta əsr bazilikası, qədim (atrium) və Bizans (rotonda xoru) mənbələrini birüzə verən mürəkkəb və tipik İntibah kompozisiyasına çevrildi.1601-ci ildə heykəltaraş və memar Covanni Battista Kaçini köhnə bazilikaya sütunlu lociya əlavə etdi. Memar oxşar iki lociyanı təqlid edirdi: Filippo Brunelleskinin "Ospedalye delyi İnnoçenti" və Antonio da Sanqallonun "Lociya dei Servi de Mariya" əsərlərini. Lociya narteks kimi istifadə olunmağa başlandı. Beləliklə, bazilika ilə eyni adlı olan meydanın simmetrik kompozisiyası tamamlandı.
Florensiya Milli Mərkəzi Kitabxanası
Florensiya Milli Kitabxanası — Roma Milli Mərkəzi Kitabxanası ilə yanaşı, İtaliyanın iki milli kitabxanasından biridir.Məşhur italyan alim Antonio Malyabeki 1714-cü ildə 30 min cilddən ibarət olan kitab kolleksiyasını Florensiya şəhərinə bağışlayır. Əvvəlcə Malyabeki (Malyabeçi) Kitabxanası adlanan kitabxana 1747-ci ildə rəsmi olaraq fəaliyyətə başlayır. 1861-ci ildə kitabxananın fondu “Biblioteca Palatina” adlı kitabxananın fondu ilə birləşdirilir və 1885-ci ildə Florensiya Milli Mərkəzi Kitabxanası adlandırılır. 1935-ci ildə kitab kolleksiyaları Arno çayı sahilində Sezar Baççani tərəfi ndən layihələşdirilmiş binaya köçürülür. Bu vaxta qədər isə fond Uffuçi Qalereyasının binasında yerləşirdi. 1966-cı ildə çayda baş vermiş daşqın zamanı fondun yarı hissəsi məhv olmuşdur.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir.Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.Vazarinin verdiyi məlumata görə vəftizxananın ilk günbəz mozaikaları yarı-əfsanəvi şəxs olan Andrea Tafi tərəfindən, onun Venesiyada qarşılaşdığı Apollonio adlı yunanın köməkliyi ilə yaradılmış mələklər iyerarxiyası və Pontokrator Məsih mozaikalarıdır. Qalan işlərin müəllifliyini isə o, Qaddo Qaddinin adına yazır.
Müqəddəs Reparata kafedralı (Florensiya)
Müqəddəs Reparata kafedralı və ya Santa-Reparata kilsəsi (it. Chiesa di Santa Reparata) — İtaliyanın Florensiya şəhərində yerləşən keçmiş kafedral. Kafedral Florensiyanın patron müqəddəsi olan erkən xristanlıq dövrü şəhidi Müqəddəs Reparatanın adaını daşıyır. Florensiya kafedralı Santa-Reparata kilsəsi üzərində inşa edilmişdir. Florensiya kafedralının zirzəmisində 1966–1972-ci illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində kilsənin strukturu müəyyən edilmiş və çoxsaylı maraqlı artefaktlar üzə çıxarılmışdır. Kilsədə Roma Papaları IX Stefan və II Nikolayın, həmçinin Filippo Brunelleski kimi tanınmış şəxslərin məzarları yerləşir. == Tarixi == Hələ III əsrdən Florensiyanın şimalında xristianlığa həsr edilmiş ərazi var idi və orta əsrlərə kimi həmin ərazi şəhərin mühüm dini mərkəzi olaraq qalırdı. VI əsrdən başlayaraq şərq-qərb istiqamətində (Pyaçça-dell'Olio-dan müasir Florensiya kafedralının apsida ərazisinə kimi) "müqəddəs ox" adlandırılan bina kompleksi yerləşirdi. Son Antik dövrdən bəri bu cür komplekslər dini ərazi hesab edilir və Roma dövrü divarları ilə əhatə olunurdu. Kompleksə Yepiskop sarayı, San-Covanni vəftizxanası, xəstəxana, pastor evi, qəbirsanlıq və üç kilsə: Salvatore-al-Veskovo, San-Mikele Visdomini və Santa-Reparata daxil idi.
San-Salvi kilsəsi (Florensiya)
San-Salvi — İtaliyada, Florensiyada katolik kilsəsi. == Tarixi == San-Salvi kilsəsi XI əsrdə monastır kompleksinin bir hissəsi kimi benedikt ordeninin tərkibinə daxil olan vallombrozian ordeninin rahibləri tərəfindən tikilmişdir. XI əsrin sonlarında monastırın rahibi müqəddəs Bernardo deli Uberti idi. 1529-cü ildə Florensiyanın mühasirəsi zamanı San-Salvı kilsəsi qismən dağılmışdır. Sonralar kilsənin ilkin görkəmi saxlanılmaqla bərpa olunmuşdur. == Mənbə == Zucconi, Guido (1995). Florence: An Architectural Guide (November 2001 Reprint ed.). San Giovanni Lupatoto, Verona, Italy: Arsenale Editrice. C. Acidini Luchinat e R. C. Proto Pisani (a cura di), La tradizione fiorentina dei Cenacoli, Calenzano (Fi), Scala, 1997.
Müqəddəs Amvrosi kilsəsi (Florensiya)
Sant- Ambrodjo Florensiya — Sant'Ambrogio, İtaliyanın Toskana bölgəsi, Florensiyadakı Roma Katolik kilsəsidir. Adını Müqəddəs Ambrozun şərəfinə almışdır. == Tarixi == Müqəddəs Ambrozun 393-cü ildə Florensiyada qaldığı yerdə tikildiyi iddia edilən kilsə ilk dəfə 998-ci ildə xatırlansa da, yəqin ki, daha qədimdir. Kilsə 17-ci əsrdə Covanni Battista Foggini tərəfindən yenidən tikilmişdir.Rəvayətə görə, 30 dekabr 1230-cu ildə təmizlənməmiş bir stəkanda ertəsi gün kilsə keşişi Uguccione şərab deyil, qan tapdı. Bu Eucharistic möcüzəsi məbədi ziyarət yeri etdi. İtalyan İntibah rəssamı və Mikelancelo Buonarrotinin çoxdankı dostu Françesko Qranaççi (1469–1543) bu kilsədə dəfn edilmişdir. == İncəsənəti == Kilsə Andrea Orcagna, Agnolo Gaddi, Niccolò Guerini, Lorenzo di Bicci, Masaccio, Filippo Lippi, Sandro Botticelli, Alesso Baldovinetti, Fra Bartolomeo və Leonardo Tassini-yə aid çoxsaylı freskalar, qurbangahlar və digər sənət əsərlərinə malikdir.Misericordia Kapellasındakı mərmər qurbangah Mino da Fiesole tərəfindən hazırlanmışdır; eyni kapellada Cosimo Roselli tərəfindən şərab fincanı möcüzəsi ilə bağlı hadisələri əks etdirən freska (1476) var. Filippo Lippinin 1441–1447-ci illərdə kilsənin əsas qurbangahı üçün hazırlanmış "Məryəmin tacqoyma mərasimi" tablosu hazırda Uffizidədir.
Santi-Simoni və Cuda kilsəsi (Florensiya)
Santi Simoni və Cuda (it. chiesa dei Santi Simone e Giuda) — (Müqəddəs Simon və Yəhuda) Florensiyada, Piazza Santa Croce və Piazza della Signoria arasındakı dar küçələr sahəsində San Simone meydanında yerləşən bir kilsədir. Hazırkı quruluş 1243-cü ilə aiddir, lakin 1630-cu ildə Gherardo Silvaninin layihəsinə uyğun olaraq əsaslı təmir edildi. Bu gün Ukrayna Yunan Katolik Kilsəsinə aiddir. == Tarixi == Kilsə öz həyatına 1192-ci ildə Badia Fiorentina rahiblərinə məxsus üzüm bağları arasında şəhər divarlarının kənarında yerləşən kiçik bir ibadətgah kimi başlamışdır. 1209-cu ildə genişləndirilmiş və 1243-cü ildə tamamilə yenidən qurulmuşdur. Yeni bina 1247-ci ildə Ardenqo yepiskopu Trotti tərəfindən təqdis edildi və kilsə kilsəsi oldu. 1527-ci ildə Arno daşqını zamanı ciddi ziyan gördü. Zərərlər arasında ağacdan hazırlanmış və tamamilə su ilə yuyulan siboriumun itməsi də var. Kilsənin ciddi şəkildə yenidən qurulması 17-ci əsrin birinci rübündə, Florensiya arxiyepiskopu Alessandro Marzi de' Medicinin onu monastıra yüksəltməsindən və 1608-ci ildə Covanni Nikolay'ı ilk başçı təyin edənə qədər başlamadı.
дурни́шник жа́ркий запроки́нуться на десе́рт ошале́лость ребри́стость руши́льный электи́вный аляпова́тый креп- лева́чить одура́чивание погряза́ть подстерега́юще прямой captious cinchona tree cringle deregister granulite soya bean вытрезвиться лифтёр надпись неинтересный