FOB

satıcının əmtəənin gəmiyə yüklənməsinə qədər bütün xərclərini ödəməli olduğunu ifadə edən ticarət termini.
Fluktuasiya
Fond
OBASTAN VİKİ
Fobiya
Fobiya (yunanca φόβος — fobos (qorxu)) — təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Tez-tez müşahidə edilirsə təşviş pozuntuları adlanan müxtəlif növ nevrozlar təzahürü kimi təyin edilir. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s. Göstəriciləri - ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi. Üç yerə bölünür: 1.Aqorafobiya — küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdən qorxurlar. Çox vacib olduqda belə yerlərə ailə və dostları ilə gedirlər. 2.Spesifik fobiya — heyvanlardan (özü də təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən qorxurlar. 3.Sosial fobiya — daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən qorxurlar.
Fobiyalar
Fobiyaların siyahısı (q.yun. φόβος — "qorxu"). Peşəkar psixiatrik terminlər bu siyahının yalnız bir hissəsini təşkil edir. Bu "fobiyaların" hamısı psixi pozğunluq deyil.Amerika Psixiatriya Assosiasiyasına (APA) görə, fobiyalar narahatlıq pozğunluqlarının növləridir. Fobiya heyvan, obyekt, şəxs, fəaliyyət, mühit və ya vəziyyətdən həddən artıq, irrasional və idarəolunmaz bir qorxudur. Əslində fobiya stimulu çox az təhlükə yaradır və ya heç bir təhlükə yaratmır. Fobisi olan insanların əksəriyyəti reaksiyalarının nisbətsiz olduğunu bilirlər, ancaq fəth etmək və ya idarə etməkdə aciz hiss edirlər. == A == == B == == D == == E == == F == == G == == H == == İ == == K == == L == == M == == N == == O == == P == == Q == == R == == S == == T == == U == == V == == X == == Z == == Ədəbiyyat == Chris Aldrich. The Aldrich Dictionary of Phobias and Other Word Families. Trafford Publishing.
Fobiyaların siyahısı
Fobiyaların siyahısı (q.yun. φόβος — "qorxu"). Peşəkar psixiatrik terminlər bu siyahının yalnız bir hissəsini təşkil edir. Bu "fobiyaların" hamısı psixi pozğunluq deyil.Amerika Psixiatriya Assosiasiyasına (APA) görə, fobiyalar narahatlıq pozğunluqlarının növləridir. Fobiya heyvan, obyekt, şəxs, fəaliyyət, mühit və ya vəziyyətdən həddən artıq, irrasional və idarəolunmaz bir qorxudur. Əslində fobiya stimulu çox az təhlükə yaradır və ya heç bir təhlükə yaratmır. Fobisi olan insanların əksəriyyəti reaksiyalarının nisbətsiz olduğunu bilirlər, ancaq fəth etmək və ya idarə etməkdə aciz hiss edirlər. == A == == B == == D == == E == == F == == G == == H == == İ == == K == == L == == M == == N == == O == == P == == Q == == R == == S == == T == == U == == V == == X == == Z == == Ədəbiyyat == Chris Aldrich. The Aldrich Dictionary of Phobias and Other Word Families. Trafford Publishing.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Fobos (mifologiya)
Fobos: Antiq Yunanca Φόβος, "qorxu" mənasına gəlir. Qorxunun və qorxma duyğusunun Tanrısıdır. Müharibə tanrısı Aresin ve Afroditanın oğludur ve 12 Olimpiyalıdan biri deyil. İlahə Enyoya ve qardaşı Deymosa qarşı Ares ilə birlikdə mübarizə aparması ilə tanınır.. Roma mifologiyasındakı qarşılığı Timordur.
Fobus Levene
Fobus Aaron Teodor Levene (ing. ; 25 fevral 1869 və ya 1869 – 6 sentyabr 1940 və ya 1940, Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı, nuklein turşularının strukturunu və funksiyasını öyrənmişdir. O, DNT və RNT-ni xarakterizə etmiş və DNT-nin adenin, quanin, timin, sitozin amin əsaslarından, dezoksiriboza monosaxaridindən və fosfat qrupundan ibarət olduğunu tapmışdır. Sonradan Rusiya İmperiyasının tərkibinə daxil olan Litvanın Çaqaro şəhərində Litvak (Litva Yəhudi) ailəsində dünyaya gəlmişdir. Fişel Rostropoviç Levene Sankt -Peterburqda böyümüşdür. Orada İmperator Hərbi Tibb Akademiyasında (1891-ci ildə doktorluq dərəcəsi alıb) tibb təhsili alır və biokimyaya böyük marağı yaranır. 1893-cü ildə antisemitik talanlar səbəbiylə ailəsi ilə birlikdə ABŞ-yə köçür və Nyu-Yorkda tibblə məşğul olur. Levene Kolumbiya Universitetinə yazılır və boş vaxtlarında şəkərlərin kimyəvi quruluşu ilə bağlı məqalələr dərc edərək biokimyəvi tədqiqatlar aparır. 1896-cı ildə New York Dövlət Xəstəxanalarının Patoloji İnstitutunda dosent vəzifəsinə təyin edilir, ancaq vərəmdən sağalmaq üçün öz işlərinə fasilə verməli olur. Bu vaxt ərzində zülallar üzrə mütəxəssis olan Albrext Kossel və Emil Fişer də daxil olmaqla bir neçə kimyaçı ilə işləyir.
Homerin fobiyası
"Homerin fobiyası" (ing. Homer’s Phobia) — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyası. İlk dəfə 16 fevral 1997-ci ildə ABŞ-nin Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir. Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib. Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub.
Rəqəmsal fobik
Rəqəmsal fobik — gündəlik həyatını necə mənfi şəkildə dəyişdirə biləcəyindən qorxduğu üçün rəqəmsal əsrə tam qərq olmaq istəməməyi təsvir etmək üçün istifadə olunan qeyri-rəsmi ifadə. XXI əsrdə rəqəmsal dünyanın sürətli inkişafı rəqəmsal uçuruma öz töhfəsini vermişdir. Rəqəmsal cihazlara yönəlmiş təhsil, onlara marağı və ya çıxışının olmaması səbəbindən, texnoloji dünyadan kənarda qalan və onun hər yerdə genişlənməsindən qorxan əhalinin bir təbəqəsi üçün çox real problemə çevrilmişdir. Rəqəmsal fobik texnoloji dövrün sosial təsirini araşdıran, böyüməkdə olan rəqəmsal lüğətin bir hissəsidir. İfadə texnoloji təkamül və dəyişikliklə bağlı qorxuları nəzərdən keçirir, gündəlik həyatda texnologiyaya artan aludəçilik nəticəsində istisna olunma ehtimalını qəbul edir. == Sosial və mədəni təsir == Rəqəmsal fobiya texnologiyanın mərkəzi və əsas mənbəyə çevrildiyi müasir dünyada real və aktual problemdir. İnternet mədəniyyəti gündəlik həyatın bir hissəsinə çevriləcək dərəcədə inkişaf etmişdir. İndiki dövrdə bir ölkənin internetdən istifadəsi və rəqəmsal ayaq izi onun milli kimliyin tərkib hissəsi hesab olunur. Bu, beynəlxalq müqayisə üçün mühüm müasir indeksdir, çox vaxt inkişaf və müasirliklə əlaqələndirilir. Rəqəmsal dünyada iştirak etməməyin nəticələri çox geniş miqyaslıdır və istifadəçi olmayanın iqtisadi, mədəni, sosial, peşə və təhsil həyatına təsir göstərə bilər.

Digər lüğətlərdə