FORMAT
FORS
OBASTAN VİKİ
Kimyəvi formul
Kimyəvi formul — kimyəvi birləşmələrin kəmiyyət və keyfiyyət tərkibini bildirmək üçün istifadə olunan kimyəvi işarə və indeks toplusudur. İndeks-elementin işarəsinin sağ tərəfində aşağıda yazılan və atomların sayını göstərən ədədə deyilir.
Formul
Düstur və ya beynəlxalq aləmdə Formul (lat.
Haas (Formula-1 komandası)
Haas (ing. Haas F1 Team) — Formula 1 dünya çempionatında yarışmaq üçün yaradılan amerikalı avto yarış komandası, NASCAR seriyasında iştirak edən Stüart-Haas Reysinq komandasının həmtəsisçisi Cin Haasdır. Komanda 2014-cü ilin aprelində yaradılmış və 2015-ci ildə mövsümün başlanğıcında iştirak etməsi planlaşdırılsa da, 2016-cı il mövsümünə qədər təxirə salınmasına qərar verilmişdir. «Haas» sıx əməkdaşlıqda olduğu Ferrarinin motorları və ötürücü qutularını istifadə edir.. == Tarixi == Haas Formula 1-də iştirak etmək qərarına gələn ilk amerika komandasıdır, çünki 2010-cu ildə başlamağı planlaşdırılan uğursuz ABŞ F1 Team layihəsidir. Həm də çempionata çatmış ilk Amerika komandasıdır. 2014-cü ildə komanda Banberi şəhərində qərargahı satın almışdı və «Marusinin» əmlakının satılması zamanı hərraca çıxarılmışdı. Günther Ştayner komandanın lideri təyin edildi. 2015-ci ildə Rob Teylor komandanın baş dizayneri oldu. Komanda 2016-ci ilə Romen Qrojan ilə, 30 oktyabrda isə Esteban Qutyerres ilə müqavilə imzalamışdır.
Haas Lola (Formula-1 komandası)
Haas Lola (ing. Team Haas (USA) Ltd) 1985-ci ildən 1986-cı ilə qədər Formula 1 Dünya Çempionatında yarışan Amerikanın keçmiş avtomobil yarış komandası. Komanda, 1984-cü ildə Carl Haas və Teddy Mayer tərəfindən yaradılmışdır. Haas Lola qrupunun sponsoru Amerikanın qida şirkəti Beatrice Foods olmuşdur. == Tarixi == 1984-cü ildə Carl Haas, komandasının Championship Auto Racing Teams (CART) Indicar-da iştirakı üçün Amerikanın Beatrice Foods qida şirkəti ilə uğurlu müqavilə imzaladı. Uğurlu müqaviləyə Formula1 –də iştirak və yeni Ford mühərriklərin alınması daxil idi. Ford V6 turboşarjlı mühərriki inkişaf mərhələsində idi və ekskluziv olaraq komanda üç il ərzində bu mühərriklərin alıcısı oldu. Elanın bir hissəsi olaraq, köhnə dünya çempionu Alan Jones 1985-ci ildə komandanın yeni yarış avtomobilini idarə etmək üçün üç illik aradan sonra qayıtdı. Yaxşı maliyyələşdirmə və yeni mühərriklərlə təmin olunan Carl Haas, yeni bir avtomobil inkişaf etdirmək üçün komanda və layihə qrupu təşkil etməyə başladı. Keçmiş rəhbər Teddy Mayer, layihənin ortaq sahibi oldu və İngiltərənin Colnbrook şəhərindəki keçmiş fabrikinə köçürmək üçün komandanı avtomatlaşdırdı və Formula One Race Car Engineering (FORCE) yaratdı.
Hill (Formula-1 komandası)
Hill (Formula-1 komandası)- (ing. Embassy Hill)- qısa müddət mövcud olan Formula1 komandası, iki qat Formula 1 Dünya Çempionu olan Graham Hill tərəfindən yaradılmışdır. Komanda 1973-cü ildə, Shadow DN1 avtomobili ilə çıxış etmişdir. 1975-ci ildə, şəxsi şassi ilə dizayner kimi yarışa başladı. Qalibiyyətlər əldə edilsə də bu uzun çəkmədi. 1976-cı ildə təyyarə qəzasına düşən Hill və 5 komanda üzvü həlak oldu. Komanda ingilis tütün şirkəti British American Tobaco'nun sponsorluğu ilə müxtəlif ad altında fəaliyyət göstərmişdir. == Tarixi == Graham Hill, bu komandanı yaratmamışdan əvvəl, Brebem komandasını tərk etdi. O, 1972-ci ildə yeni komanda yaradacağı barədə elan etdi. 1974-cü ildə, Lola şirkətindən şassi alınaraq Lola T370 adı verildi və Hill bütün mövsüm boyu bu avtomobili sürərək İsveç Qran pri-də xal qazandı.
Kauzen (Formula-1 komandası)
Kauzen (ing.Kauhsen) 1979-cu ildə iki mövsümdə Formula 1-də iştirak edən Alman komandası. Hər iki yarışda Gianfranco Brancatelli heç bir xal qazanmamışdır. == Formula 1-dən əvvəl == 70-ci illərin əvvəllərində Willi Kauhsen idman yarışlarında iştirak etmiş, Le Mans-da ikinci yeri qazanmışdı. 1977-ci il mövsümündə o Formula 2 yarışında iştirak etmək qərarına gəlir və buna görə də əvvəlki çempion avtomobili olan Renaultu əldə edir İlk əvvəl vəziyyət yaxşı olsa da, sona yaxın komanda hətta qiymətləndirmədən keçə bilmir. Komandanın tərkibinə Vittorio Brambilla, Michel Leclère və Alain Prost daxil idi. Lakin nəticələr heç də ürək açan deyildi. Yalnız Brambillanın Mizanoda əldə etdiyi 3-cü yer yüksək göstərici oldu. == Formula 1 == Heç bir göstəriciyə baxmayaraq, Kauzen 1978-ci ildə Formula 1-ə qatılmaq üçün plan qurdu. İlk əvvəl o, Alfa-Romeo mühərrikindən istifadə etmək qərarına gəlir. Lakin sonradan Cosworth DFV V8 əldə edir.
Kuper (Formula-1 komandası)
Kuper (ing. Cooper Car Company) — avtomobil şirkəti, əsası 1947-ci ildə Charles Cooper və oğlu John Cooper tərəfindən qoyulmuşdur. 1946-cı ildə Surrey, İngiltərədə Joohn və uşaqlıq dostu Eric Brandon kiçik bir qarajda yarış avtomobilləri hazırlamağa başladılar. 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində motor idmanında ən yüksək səviyyəyə çatdılar, çünki onların arxa mühərrikli, tək oturacaqlı avtomobilləri İndianapolis 500 və Formula 1-ə yenilik gətirdi. Kuperin irsi sayəsində Böyük Britaniya inkişaf edən bir yarış sənayesinin məskənidir və Kuper adı hələ də İngiltərədə istehsal olunan, lakin hazırda BMW tərəfindən satılan ¨Mini¨ istehsal maşınlarının Cooper versiyalarında yaşayır. == Tarixi == Coopers tərəfindən qurulan ilk avtomobil, John Cooper və Eric Brandon tərəfindən idarə edilən və bir JAP motosiklet mühərriki ilə təchiz edilən tək oturacaqlı, 500-cc Formula 3 yarış avtomobilləri idi. Cooper 500 avtomobili, bu avtomobilin yamaclarda və yollarda müvəffəqiyyət qazanması sürücülər arasında tələbə səbəb oldu ki , nəticədə Kuper daha çox avtomobil istehsal etməyə başladı. 1940 və 1950-ci illərdə Kuper 300 tək və ikili silindirli avtomobil qurdu və 1951–1954 illər arasında 78 əsas yarışdan 64-nün qalibi olan F3 kateqoriyasına hakim oldu. Ön mühərrikli Formula 2 Cooper Bristol modeli 1952-ci ildə tətbiq olundu. Bu model Juan Manuel Fangio və Mike Hawthorn tərəfindən sürüldü.
Larruss (Formula-1 komandası)
Larruss (fr.Larrousse) avtomobil idman qrupu, Antony, Fransada yerləşirdi. Didier Calmels və keçmiş yarışçı Gérard Larrousse tərəfindən əsası qoyulmuşdur. İlk olaraq, Larrousse & Calmels adı altında fəaliyyət göstərmiş, daha sonra isə Calmelsin həyat yoldaşını öldürməsindən sonra ad dəyişdirildi və Larrousse adlandırıldı. == Tarixi == 1987-1994-cü illərdə, Formula 1 yarışlarında iştirak etmişdir. Bu illər boyu ən yaxşı nəticəsi Yaponiya Qran pri yarışında 3-cü yer qazanmasıdır. 1987-1991-ci illərdə komanda Lola şassisi olan LC87—LC91 modellərini istifadə etdi. Ən yaxşı yer yaponiyalı Aquri Suzuki tərəfindən qazanılan üçüncü yer idi. == Venturi şassi (1992) == 1991-ci ildə Gérard Larrousse komandanın 65%-ni Venturi şirkətinə satır. 1992-ci ildə fransız avtomobil şirkəti Venturinin təqdim etdiyi LC92 şassi istifadə olundu və komanda yalnız 1 xal qazandı. 1992-ci il Sentyabr ayında Venturi komandanı German Rainer Walldorf tərəfindən idarə olunan Comstock-a satır.
Layf (Formula-1 komandası)
Layf ( ing. Life Racing Engines) 1990-cı ildə Formula 1 iştirak etmiş idman komandası, Modena, İtaliya. Qrup adını, onun qurucusu olan Ernesto Vita'nın (it. Vita, ingilis dilində Life) adına layiq görülmüşdür. Komandanın ilk Formula 1 çıxışı 1990-cı ildə oldu. Komanda uğursuz bir mövsüm keçirdi. == W12 macərası == Ferrari şirkətindən qovulan, keçmiş mühəndis Franco Rocchi, W –formalı 12 silindirli mühərrik düzəltmək qərarına gəlir və 1989-cu ildə hazır edir. Eyni ildə Formula 1 yarışlarında turbomotorlar ləğv olundu. Artıq yeni növ mühərriklər cəlb olunurdu. V10 daha perspektivli sayılırdı.
Leyton Haus (Formula-1 komandası)
Leyton Haus (ing. Leyton House Racing) – Yaponiya komandası, 1990-1991-ci illərdə Formula 1-də iştirak etmişdir. == Tarixi == Leyton Haus daşınmaz əmlakın tikintisi və satışı ilə məşğul olub, restoran, maqazin, idman mərkəzlərinin sahibi idi. Şirkətə yaponiyalı Akira Akaqi rəhbərlik edirdi. 1986-cı il Formula 3000 yarış iştirakçısı olan komandalardan birinə dəstək oldu. March komandasında iştirak edən İvan Kapelli çempionluq titulu əldə etdi. Nəticə müsbət oldu və Akaqi komandanın Formula 1 yarışında iştirakı üçün komandaya müəyyən məbləğ ödədi. İlk mövsümdə komandanı yalnız Kapelli təmsil edirdi. O Qran Pri Monakoda yalnız bir xal əldə etdi. Daha sonra komandaya Maurisio Qugelmin dəvət olundu.
Lotus (Formula-1 komandası, 1958—1994)
Lotus (ing. Team Lotus) — İngiltərə idman avtomobili istehsalçısı "Lotus Cars"ın ortaq şirkəti idi. Komanda Formula 1, Formula 2, Formula Ford, Formula Junior, IndyCar və digər idman avtomobil yarışları da daxil olmaqla bir çox motorsport seriyasından olan avtomobilləri idarə etmişdir. Lotus adı "Formula 1"ə 2010-cu ildə Toni Fernandesin "Lotus Racing" komandası olaraq döndü. == Tarixi == Kolin Çapman Lotus Engineering Ltd şirkətini 1952-ci ildə Böyük Britaniyanın Hornsi şəhərində təsis etmişdir. Qurucu və baş dizayner Kolin Çapmanın rəhbərliyi altında Lotus həm texniki, həm də kommersiya arenalarında mühüm motorsportda bir çox yenilikçi və təcrübəli inkişafa görə məsuliyyət daşıyırdı. 1962-1968-ci illərdə 7 dəfə "Formula-1" Konstruktorlar Kuboku, 6 dəfə Formula 1 Dünya çempionatında və Indianapolis 500 yarışmalarında qalib olan Lotus, son yarışdan 7 il sonra belə bütün zamanların ən uğurlu yarış komandalarından biri olaraq qaldı.
Lotus (Formula-1 komandası, 2012—2015)
Lotus Formula-1 komandası (ing. Lotus F1 Team) - Formula 1 Dünya Çempionatında iştirak edən İngiltərə avtomobil yarış qrupudur. Lotus F1 Team 2009-cu ilin sonunda Lüksemburqun özəl Genii Capital investisiya fonduna satılan Renault şirkətinin varisidir. İlk sezonda, Lotus adı altında "Formula-1" Konstruktorlar Kuboku dünya çempionatı yarışmasında dördüncülük qazandı. 2011-ci ildən etibarən komandanın sponsoru və tərəfdaş sahibi Lotus Cars şirkətidir və komandaya Lotus Renault GP adı verilmişdi. 2012-ci il mövsümündə Lotus F1 komandası adlandırıldı, lakin aprel ayından etibarən əsas sahibi, investisiya şirkəti Genii, idman avtomobili istehsalçısının qeyri-sabit maliyyə vəziyyətindən xəbərdar olduqdan sonra Lotus Cars ilə baş sponsor müqaviləsini pozdu. 9 oktyabr 2014-cü ildə məlum oldu ki, 2015-ci ildən etibarən Mercedes mühərrikləri istifadə ediləcək. Komanda Renault'a 18 dekabr 2015-ci ildə satıldı. Lotus F1 Komandasının adı 3 Fevral 2016 tarixində rəsmi olaraq ləğv olundu və Renault Sport Formula 1 komandası olaraq rəqabət edəcəklərini açıqladılar. == Tarixi == Qrupun Formula bir tarixi 1981-ci ildən Witney, Oxfordshire, İngiltərədə yerləşən, Toulmen motorsport adı altında başlamışdır.
Marusya (Formula-1 komandası)
Marusya ( ing. Marussia F1 Team, ru. Маруся) rusiya-britaniya avtomobil yarış komandası, 2012-ci ildən Formula 1 də iştirak etmişdir. Komanda Marussia Motors un Vörcin komandasını satın alması nəticəsində yaradılmışdır. 2012-2013-cü illərdə komanda Cosworth, 2014-cü ildə isə Ferrari mühərriklərindən istifadə etmişdir. 2014-cü ilin aprel ayında Marussia Motors şirkətinin prezidenti Nikolay Fomenko, Marusyanın mühəndislik şöbəsinin rəhbəri deyildir və komandanın Fomenko ilə heç bir texniki və ya maliyyə əlaqəsi qalmadı. 2014-cü ilin oktyabr ayında şirkət xarici idarəetmə prosedurunu tətbiq etmişdir. 7 Noyabr 2014-cü ildə şirkətin sona çatması elan edildi. 2015-ci ildə komanda yarışlara Manor adı altında qatıldı. == Tarix == 2009-cu ilin yay ayında Britaniya komandası Manor, Grand Prix Formula 1-də iştirak etmiş və 4 yerdən birini tutdu.
Marşal (Formula 1)
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 16 fevral 2016-cı ildə təsis olunmuş Bakı Marşal Klubunun əsas məqsədi marşallar arasında ünsiyyət və əlaqəni gücləndirmək, komanda ruhunu inkişaf etdirmək və üzvlər arasında güclü qarşılıqlı münasibətlər yaratmaqdır. Bakı Marşal Klubu, həmçinin, brendləşmə, promo, müxtəlif tədbirlərin təşkili, yerli və xarici marşallarla ünsiyyətin inkişaf etdirilməsi və Bakı Marşal Mərkəzinin faəliyyətinin həyata keçirilməsinə cavabdehlik daşıyır. Klubun əsas məqsədlərindən biri Marşallıq hərəkatını genişləndirmək və Azərbaycanda bu məşğuliyyət növünü inkişaf etdirməkdir. Bakı Marşal Klubunun üzvləri Bakıda təşkil olunumuş Formula 1 Avropa Qrand Prisi ərzində aktiv şəkildə iştirak etməklə yanaşı, müxtəlif ölkələrdə keçirilən 2016 Formula 1 Gulf Air Bahrain Qran Prisi, TCR Bahrain, Porsche GP3 və GP2 , 6 hours of Bahrain WEC, 2016 Formula 1 Etihad Airways Abu Dabi Qran Prisi, 2017 Formula 1 Gulf Air Bahrain Qran Pri, Porsche GT3 Orta Şərq, TCR Beynəlxalq seriya yarışları, 2017 ,2018 2019,2021-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran Prilərində yarışının təşkilində iştirak ediblər. Marşallıq çox əhəmiyyətli fəaliyyət sahəsi olaraq, məsuliyyət, dəqiqlik və bu şəraitdə işləmək üçün güclü istək kimi şəxsi keyfiyyətlər tələb edir. Marşallar – yarış zamanı yarana biləcək müxtəlif halları aradan qaldırmağa hazır ola bilən hərtərəfli bacarıqlara malik şəxslərdir. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində Marşallara həmçinin "Yarış Rəsmiləri" də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur.
Matra (Formula-1 komandası)
Matra (fr. Mécanique Avion TRAction) — 1965-ci ildə yaradılmış fransız avtomobil yarış komandası idi. Komanda Fransanın Champagne-sur-Seine (1965–1967), Romorantin-Lanthenay (1967–1969) və Vélizy-Villacoublay (1969–1979) əyalətlərində yerləşdirilmişdi. 1979-cu ildə Pejo tərəfindən satın alınaraq Automobiles Talbot adlandırıldı. == Yarış tarixi == Matra, 1960-cı ildə Avropa və Fransa çempionatında, Formula 3 və Formula 2 yarışlarında, monokoka əsaslanan MS5 modeli ilə uğur qazanmışdır. Komanda Formula 1 yarışlarına 1968-ci ildən qatılmağa başladı, nə zaman ki, Stewart komanda üçün ciddi rəqib idi. Matra komandası Parisin cənub-qərbində yerləşən Vézizy-Villacoublay əyalətində yaradılıb. Komandaya məxsus avtomobilin ən yenilikçi xüsusiyyəti aviasiya strukturlu yanacaq tanklarının istifadəsi idi. Bu onu digər şassilərdən daha yüngül 15 kg (33 lb) edirdi. 1970-ci ildə FIA (Beynəlxalq Avtomobil Federasiyası) bu texnologiyanın təhlükəli olduğunu hesab edərək istifadəsinə qadağa qoydu.
McLaren (Formula-1 komandası)
McLaren komandası — 1963-cü ildə, Yeni Zellandiyalı Bruce McLaren (1937-1970) tərəfindən qurulmuş Formula 1 komandasıdır. McLaren Mercedes adıyla yarışan komanda Scuderia Ferraridən sonra ən uğurlu komandadır. Hal-hazırda Vodafone McLaren Mercedes adıyla yarışır. Bu komanda Formula 1-dən başqa Indianapolis 500 Mil Yarışı, Kanada-Amerika Challenge Kuboku və Le Mans 24 Saat Yarışı kimi təşkilatlarda da iştirak etmişdi. Məşhur pilot Ayrton Senna da ən uğurlu sezonlarını burada yaşamışdır. Martin Withmarsh tərəfindən idarə olunan komanda McLaren Groupun bir quruluşu olan McLaren Racing tərəfindən nəzarət edilməkdədir. 1999-ci ildə Mercedes komandanın 40 faiz hissəsini satın almışdır. Ron Dennis və Mansour Ojjeh'nin 30 faiz hissəsi vardır. Son illərdə Mersedesin, komandanın hamısının alacağı haqqında söz-söhbətlər tez-tez qarşımıza çıxır. McLarenin 11 sürücülər çempionluğu, 8 komanda çempionluğu var.
Mercedes (Formula 1 komandası)
Mercedes AMG Petronas F1 Team—Formula-1 Grand Prixdə iştirak edən alman qrupudur.2014–2021-ci illərdə konstruktorlar kubokunun dörd dəfə qalibi olub. Daimler-Benz Concern 1954-cü ildə Formula 1-də iştiraka başlamışdır və 1954–1955 mövsümlərində böyük uğurlar qazanmışdır.1955 mövsümündən sonra şirkət seriyanı tərk etdi və 1990 və 2000-ci illərdə motorlu yük daşımalarına baxmayaraq, 2009-cu ilin noyabr ayına qədər zavod qrupu kimi qayıtmadı. == 1993–2009 == Şirkət, Formula-1-ə 1993-cü ildə, Sauber komandasını Ilmor markası altında mühərriklərlə təmin etmək üçün geri döndü və növbəti il əməkdaşlıq rəsmi oldu.1995-ci ildə Mercedes şirkəti McLaren komandasına mühərriklərin tədarükünə keçdi və komandanın səhmlərinin bir hissəsini satın aldı.1995-ci ildən 2009-cu ilə qədər McLaren sürücülərin sıralamasında üç ədəd və birincisi konstruktorların sıralamasında qalib gəldi.2009-cu ildə Mercedes həmçinin Brawn GP və Force India komandalarına mühərrikləri tədarük etməyə başladı və ilk komanda hər iki setdə adları qazandı. == 2010-h.h == 16 noyabr 2009-cu ildə, Mercedes-Benz Brawn komandasını satın aldığını rəsmən açıqladı və Ross Brown komandanın lideri olaraq qaldı. Mersedes Briksworth-da Mercedes-Benz mühərrikindən təxminən 45 kilometr uzaqlıqda yerləşən britaniyalı brackleydə baza komandası qaldı. Nico Rosberg 23 noyabr 2009-cu ildə komandanın baş məşqçisi elan olundu [7] və yeddi aydan sonra çempion Michael Schumacher Formula-1-in qaytarılmasını elan etdi, bu dəfə Mercedes-Benz komandası ilə.2009 Brawn pilotları komandadan ayrıldı. Jenson Button McLaren ilə müqavilə imzaladı və Rubens Barrichello Williams komandasına transfer oldu. Brawn komandasının alınması deməkdir ki, Mercedes-Benz McLaren ilə ayrılıb.2000-ci ilin yanvar ayından etibarən Daimler Mercedes-Benz şirkətinə məxsus McLaren səhmlərinin 40% -i McLaren Group-a 500 milyon funt sterlinqə satıldi. Buna baxmayaraq, Mercedes 2014-cü ilin sonuna qədər McLaren üçün mühərrikləri təmin etməyə davam etdi. 2010-cu ildən başlayaraq, pilotların döyüş gücü Michael Schumacher və Nico Rosberg, 2012 mövsümündən sonra Michael Schumacher yarışından ayrılıncaya qədər dəyişməz qaldı.2013-cü ildən etibarən yeddi dəfə dünya çempionunun yeri Lewis Hamilton tərəfindən alındı.2013-cü ildə, Mercedes yalnız Red Bull komandasına itirdiyi Constructors Çempionatında ikinci xəttini qazandı.
Mersario (Formula-1 komandası)
Mersario (it. Merzario) 70-ci illərin sonunda, Formula 1 və Formula 2 yarışlarında iştirak edən İtalyan komandası. Komanda 39 Qran pri-də iştirak etsə də heç bir xal qazanmamışdır. == Formul 1 == === 1977 === Qrup, 1977-ci ildə , Ferrari, Vilyams və March komandalarında iştirak edən Arturo Merzario tərəfindən yaradılmışdır. Növbəti ildə yarışda iştirak etmək üçün heç bir qrupda yer tapa bilmədiyi üçün öz komandasını yaratmaq qərarına gəlir. Çıxış etmək üçün March 761B modeli yaradılır. İspaniyada 21-ci yer, Belçika Qran pri də 14-cü yer tutur. 1977- ci ilin sonunda İtaliya Qran pri də komanda növbəti ilə kimi iştirakı dayandırdı. Mersario şassidə öz dizaynını tətbiq etmək qərarına gəlir. === 1978 === Argentinada ilk mərhələdə qrup A1 şassini təqdim etdi.
Mersedes (Formula 1 komandası)
Mercedes AMG Petronas F1 Team—Formula-1 Grand Prixdə iştirak edən alman qrupudur.2014–2021-ci illərdə konstruktorlar kubokunun dörd dəfə qalibi olub. Daimler-Benz Concern 1954-cü ildə Formula 1-də iştiraka başlamışdır və 1954–1955 mövsümlərində böyük uğurlar qazanmışdır.1955 mövsümündən sonra şirkət seriyanı tərk etdi və 1990 və 2000-ci illərdə motorlu yük daşımalarına baxmayaraq, 2009-cu ilin noyabr ayına qədər zavod qrupu kimi qayıtmadı. == 1993–2009 == Şirkət, Formula-1-ə 1993-cü ildə, Sauber komandasını Ilmor markası altında mühərriklərlə təmin etmək üçün geri döndü və növbəti il əməkdaşlıq rəsmi oldu.1995-ci ildə Mercedes şirkəti McLaren komandasına mühərriklərin tədarükünə keçdi və komandanın səhmlərinin bir hissəsini satın aldı.1995-ci ildən 2009-cu ilə qədər McLaren sürücülərin sıralamasında üç ədəd və birincisi konstruktorların sıralamasında qalib gəldi.2009-cu ildə Mercedes həmçinin Brawn GP və Force India komandalarına mühərrikləri tədarük etməyə başladı və ilk komanda hər iki setdə adları qazandı. == 2010-h.h == 16 noyabr 2009-cu ildə, Mercedes-Benz Brawn komandasını satın aldığını rəsmən açıqladı və Ross Brown komandanın lideri olaraq qaldı. Mersedes Briksworth-da Mercedes-Benz mühərrikindən təxminən 45 kilometr uzaqlıqda yerləşən britaniyalı brackleydə baza komandası qaldı. Nico Rosberg 23 noyabr 2009-cu ildə komandanın baş məşqçisi elan olundu [7] və yeddi aydan sonra çempion Michael Schumacher Formula-1-in qaytarılmasını elan etdi, bu dəfə Mercedes-Benz komandası ilə.2009 Brawn pilotları komandadan ayrıldı. Jenson Button McLaren ilə müqavilə imzaladı və Rubens Barrichello Williams komandasına transfer oldu. Brawn komandasının alınması deməkdir ki, Mercedes-Benz McLaren ilə ayrılıb.2000-ci ilin yanvar ayından etibarən Daimler Mercedes-Benz şirkətinə məxsus McLaren səhmlərinin 40% -i McLaren Group-a 500 milyon funt sterlinqə satıldi. Buna baxmayaraq, Mercedes 2014-cü ilin sonuna qədər McLaren üçün mühərrikləri təmin etməyə davam etdi. 2010-cu ildən başlayaraq, pilotların döyüş gücü Michael Schumacher və Nico Rosberg, 2012 mövsümündən sonra Michael Schumacher yarışından ayrılıncaya qədər dəyişməz qaldı.2013-cü ildən etibarən yeddi dəfə dünya çempionunun yeri Lewis Hamilton tərəfindən alındı.2013-cü ildə, Mercedes yalnız Red Bull komandasına itirdiyi Constructors Çempionatında ikinci xəttini qazandı.
Midland (Formula-1 komandası)
Midland (ing. MF1 Racing) Formula 1 yarış komandası idi. 2006-cı ildı Formula 1-də sürücülər Kristian Albers və Tiago Monteiro çıxış etmişlər. Komandanın adı, Kanadalı iş adamı, Alex Shnaider tərəfindən satın alındıqdan sonra dəyişdirildi. Jordan Grand Prix adı Midland Group ilə əvəz olundu. Komandanın, Britaniya əsasən İordaniyanın Silverstone zavodunda olmasına baxmayaraq, Shnaiderin köklərinə əsasən ilk olaraq Rusiya Formula 1 komandası olaraq qeydiyyatdan keçdi. == Tarixi == 2004-cü ildə Midland Group, Formula 1 yarışlarına qatılmaq fikrini bildirir və 2006-cı il, Formula 1 yarışına qatılmaq üçün komanda yaradılacağını bəyan edirlər. 2005-ci il Mövsüm başlanğıcında qrup, Cordan komandasını Eddie Jordandan satın alır. Beləliklə, Midland komandası Formula 1-də yeni deyildi və ilkin olaraq, $ 48 mln məbləğində yatırım etmək məcburiyyətində qalmır. 2005-ci ildə komanda köhnə adı ilə çıxış etdi.
Pasifik (Formula-1 komandası)
Pasifik ( ing. Pacific Racing) Britaniyanın avtomobil yarış komandası idi. 1994-1995-ci illərdə Formula 1 yarışlarında iştirak etmişdir. == Tarixi == 1974-cü ildə keçmiş mexanik və yarışçı Keith Wiggins tərəfindən Avropa Formula- Ford çempionatında iştirak etmək üçün yaradılmışdır. Komandaya Amerikanın tanınmış siqaret markası Marlboro sponsorluq edirdi. Yarışçı isə Harald Huysman idi. İlk sezon uğurlu oldu. Huysman iki titul: Avropa və Benilüks çempionluğu qazandı. Növbəti sezonda, Huysmanın məsləhəti ilə komandanın Formula 3-də iştirakı üçün Bertrand Gachot dəvət olunur. Qrup həmçinin Reynard Motorsports avtomobillərini istifadə etməyə başladı.
Red Bull (Formula 1 komandası)
Red Bull (Formula 1 komandası) —"Formula 1" çempionatına qatılan Avstriya yarış komandası. 2010, 2011, 2012, 2013-cü ildə konstruktorlar kubokunun sahibidir. Red Bull enerji içkilərinin başçısı Dietrich Mateschitz tərəfindən qurulub. Komandanın bazası Böyük Britaniyanın Milton Keynes şəhərində yerləşir, lakin komanda Avstriya lisenziyası altında fəaliyyət göstərir. Komandaya pilotların sıralamasında iki qələbə qazanan Arden International komandasının sahibi Xristian Horner liderlik edir. == 2005 == Red Bull-Dietrich Mateschitz'in sahibi, ilk Formula 1 pilotu və BMW Motorsport başçısı (avstriyalı həmyerlisi kimi) Gerhard Berger'i ilk mövsümdə komandaya idarə etmək üçün işə götürmək istəyirdi. Amma sonda onlar razılığa gəlmədilər. 2005-ci ildə şassi Red Bull RB1 adlandırılmışdır. Red Bull Racing, Cosworth motorlarını istifadə etdi, çünki əvvəlki Jaguar Racing komandasının mühərriklərini istifadə etmək asan oldu. McLaren'in keçmiş pilotu David Coulthard komandanın əsas ümididir.
Spirit (Formula-1 komandası)
Spirit (orijinalda ing. Spirit Racing) - Formula-1-in 1981-ci ildə Böyük Britaniyada yaranmış ilk konstruktor komandası. Komanda 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında, daha sonra 1983 və 1985-ci illərin Formula-1 sezonunda iştirak etmişdir. Formula-1-də keçirilən 23 yarışma içərisində komandanın ən yaxşı nəticəsi 1983-cü ildə Niderland qran-prisi ilə 7-ci yer olmuşdur. == Formula-2 == Spirit Racing - 1981-ci ilin avqust ayında mühərrik təchizatçıları vasitəsilə Formula-1-ə yenidən qoşulmaq istəyən Bridgestone və Hondanın dəstəyi ilə yarış komandasının keçmiş əməkdaşları Con Uikem, Qordon Koppak tərəfindən yaradılmışdır. Onlar 1982-ci ildə Avropada keçirilən Formula-2 Çempionatında iştirak etmək istədiklərindən komandaya Koppakla birlikdə Spirit 201 avtomobilinin layihəsini qurmaqla, onda Honda şirkətinin 2 litrlik hərəkətedici V6 mühərrikini yerləşdirməyə qərar verən eks-dizayner Maklaren Con Bolduini də komandaya cəlb etmişdilər. Malboro şirkətinin dəstəyi, eləcə də peşəkar sürücülər Stefan Johansson və Thierry Boutsen sayəsində komanda tez bir zamanda çempionatın 13 mərhələsindən 8-ci yerdə yarımmövqe tutmaqla, həmçinin üç yarışda (Butsen) qələbə qazanmaqla müvəffəqiyyət əldə etdi. == Formula-1 == Hələ 1982-ci ildə Formula-2 Çempionatı tamamlanmamışdan əvvəl Honda Formula-1 üçün turbo mühərriklərin prototipini buraxdı. Prototip mühərriki aldıqdan sonra komanda Spirit Formula-1-in qaydalarına uyğun olaraq avtomobil Spirit 201-in şossesini dəyişməklə, 1983-cü ilin Formula-1 yarışmasında iştirakını planlaşdırmaqla, 1982-ci ilin noyabr ayından yeni mühərriklə Silverstone marşrutu istiqamətində sınağa başladı. Hondanın maliyyə bazası ilk Formula-1 yarışmasındakı iştirakı kimi yenidən kölgədə qalmağa və digər Formula-1 yarışmaçıları ilə sınaq yarışlarından, eləcə də Kaliforniyadakı Villou Sprinqs və Riverside yarışlarından da imtina etməyə çalışırdı.
Talbo-Laqo (Formula-1 komandası)
Talbo-Laqo (ing. Automobiles Talbot S.A.) – avtomobil istehsal edən şirkət olub, Fransa, Suresnesdə yerləşirdi. == Alexandre Darracq == Suresnes fabriki Alexandre Darracq tərəfindən yaradılmışdır. 1896-cı ildə A. Darracq & Cie. adı altında fəaliyyətə başlamışdır. Alexandre Darracq, yarış və "zövq" avtomobilləri yaratdı və Darracq sürətlə avtomobil yarışında uğurları ilə məşhur oldu. O, 1912-ci ildə, işinin qalan hissəsini satdı. Yeni sahibkarlar, 1922-ci ildə, Darracq biznes avtomobillərini Talbot adı ilə dəyişdilər. Lakin, rəqabət üçün Talbot -Darracq adı istifadə olundu. == Antonio Lago == 1932-ci il, Böyük böhrandan sonra, Talbot avtomobillərini inkişaf etdirmək üçün, İtaliya-Britaniya iş adamı Antonio Lago, şirkətin icraçı direktoru təyin olundu.
Tanrının formulu
Tanrının formulu — portuqaliyalı jurnalist və yazıçı Joze Rodriges dos Santos tərəfindən yazılmış , 2006-cı ildə Portuqaliyada nəşr olunan dördüncü roman. 2006-cı ildə Portuqaliyada 100.000 tirajla ən çox satılan roman idi. Romanda Portuqaliyalı professor Tomas Noronhanın Albert Eynşteynin özünün hazırladığı düstur əsasında tanrının varlığının elmi sübutu axtarışından bəhs edilir. Macəra MKİ -nin iştirakı ilə İran , Tibet və Portuqaliyada baş verir . Kitabda son fizika nəzəriyyələrinə əsaslanan kainatın mənşəyi haqqında innovativ baxış təqdim olunur. == Qısa məzmun == 1951-ci ilin yazısıdır. Princeton, New Jersey şəhərinin kiçik bir küçəsində naməlum bir adam gizlənib, baş verən mənzərəni diqqətlə izləyir. Polisin müşayiət etdiyi kortej kiçik, diqqətəlayiq bir evdə dayanarkən, ağ saçlı bir qoca aparıcı avtomobildən tullanır. O, piyada zolağına gedərkən eyvandan təxminən eyni yaşda, həm də vəhşi ağ saçlı bir kişi enir və onu hərarətlə qarşılayır. Kölgələrdə gizlənən müşahidəçi MKİ-dir – həmkarları da yaxınlıqdadırlar, İsrailin yeni gələn baş naziri David Ben-Qurion və onun ev sahibi, məşhur alim Albert Eynşteyn arasında evin içərisində baş verən söhbəti qeyd edirlər.
Tirrell (Formula-1 komandası)
Tirrell ( ing. Tyrrell Racing Organisation) Formula 1 dünya çempionatlarında iştirak edən idman komandası, dizayner və mühəndis Ken Tyrrell tərəfindən 1958-ci ildə təsis edilmişdir. == Tarixi == 1970-ci illərdə Jackie Stewart komandaya iki çempionluq gətirməsi Komandanın böyük müvəffəqiyyət qazandığı il idi. Stewartın komandadan ayrılması nəticəsində 1970-1980 ci illərdə yarışların qazanılmasına baxmayaraq əvvəlki yüksək səviyyə saxlanıla bilmədi. 1983-cü ildə Detroytda tanınmış Cosworth DFV mühərriki son qalibiyyəti gətirdi. 1997-ci ildə komanda British American Tobacco tərəfindən satın alınaraq, BAR (British American Racing) adlı yeni bir layihə üçün əsas oldu. 1998-ci il komanda Sonuncu dəfə bu ad altında fəaliyyət göstərdi. 2005- ci ildə komanda Honda Motor Co.Ltd. tərəfindən alındı və Honda racing adına dəyişdirildi. Bu adı altında, qrup, 2008 mövsümünün sonuna qədər mövcud idi.

Значение слова в других словарях