Fortuna traxikarpusu
Fortuna traxikarpusu (lat. Trachycarpus fortunei) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin traxikarpus cinsinə aid bitki növü.
Qərbi Himalay, Çin və Yaponiyada dağ meşələrində, kasıb torpaqlarda yayılmışdır. Vətənində bu bitki Çin çətənə palması adlanır.
Hündürlüyü 10 m-dən çoxdur. Çətiri kiçikdir. Yarpaqları üst tərəfdən parlaq, yelpikvari, tünd-yaşıl, alt tərəfdən göyümtülü, çoxsaylı buğumlara bölünmüşdür, diametri 60 sm-ə çatır. Saplaqları çılpaq iynəsiz, bünövrəsində cod tükçuklüdür. Çiçəyi sarı, ətirlidir, iri qoltuq çiçək qruplarında yerləşir. Yarpaq buğumlarının miqdarı 30-a çatır.