FRANÇAYZİNQ

is. \[fr. franchir "azad etmək"\] iqt. Bazar subyektləri arasında münasibətlər növü. Françayzinq müəyyən razılaşma ilə ikinci tərəfin birinci tərəfin əmtəə nişanından istifadə edilə bilməsinə rəsmi icazədir. □ Françayzinq müqaviləsi elə bir uzunmüddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurət olduqca spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kömək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər.
FRANÇAYZER
FRANŞIZA
OBASTAN VİKİ
Françayzinq
Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir. Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir : françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır; françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir; françayzer françayziyə biznesin təşkili sistemini verir. Françayzinq müqaviləsinin françayzer üçün aşağıdakı müsbət cəhətləri vardır: Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirmək; Ödəmələrdən əlavə gəlir qazanmaq. Françayzinq müqaviləsinin françayzer üçün mənfi cəhətləri: Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır; Françayzi müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.

Digər lüğətlərdə