FYON

dağlıq ölkələrdə, temperaturu xeyli yüksək və nisbi rütubəti alçaq, güclü və bəzən şiddətlənən küləklər. F. dağ silsiləsinin bir tərəfində hava təzyiqi yüksək, o biri tərəfində isə alçaq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun temperaturu orta hesabla hər 100 m-də 0,5° düşür.
FREONLAR
GECƏ
OBASTAN VİKİ
Fyon
Fyon (dan. Fyn) — Danimarkanın ərazisinə daxil olan adalar arasında sahəsinə görə Zelandiya və Vensyossel-Tidən (Qrenlandiya və Disko adası istisna olaraq) sonra üçüncüdür. Sahəsi 2984,56 km² təşkil edir. 2009-cu il məlumatına görə adada 453 700 nəfər yaşayır. Sahilləri alçaqdır. Ən hündür nöqtəsi 131 metrdir. Əsas şəhəri Odansedir. Ada Kiçik Kəmər boğazı üzərində yerləşən iki körpü ilə Yutlandiya yarımadasına birləşir. Birinci körpü 1930-cu illərdə avtomobil və dəmiryolu məqsəfinə xidmət edirdi. 1970-ci illərdə ikinci körpü tikilir.
Fön və ya fyon

Digər lüğətlərdə