gözə fərəh vermək

to gladden one’s eyes радовать взоры
gözə dəymək
gözə gəlmək
OBASTAN VİKİ
Fərəh Pəhləvi
Fərəh Təbatəbai Pəhləvi (Fərəh Diba, fars. فرح پهلوی‎‎; 14 oktyabr 1938, Tehran) — sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, şahbanu. Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Tehran şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilmişdir. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh memarlıqla məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur.
Fərəh Şəkinskaya
Fərəh Əbdülrəhim qızı Şəkinskaya (28 aprel 1929, Bakı – 20 aprel 2016, Bakı) — Azərbaycan SSR və Azərbaycan Respublikasının dövlət, ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. 1989–1991-ci illərdə Azərbaycan SSR Mədəniyyət nazirinin müavini və 1991–1993-cü illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini. Fərəh Şəkinskaya 28 aprel 1936-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. uşaqlığı və erkən gəncliyi Bakı şəhərində keçmişdir. 1958-ci ildə Azərbaycan Sənaye İnstitunu bitirib. Fərəh Şəkinskaya 1958-ci ildə ilk əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlayıb. Azərbaycan LKGİ və Azərbaycan Kommunist Partiyasının üzvü olmuşdur. Fərəh Şəkinskaya 1960–1970-ci illərdə o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin inspektoru, 1970–178-ci illərdə Azərbaycan Kommunist Partiyasının Nərimanov Rayon Komitəsinin katibi, 1978–1989-cu illərdə Bakı Şəhər Soveti İcrayyə Komitəsinin Mədəniyyət İdarəsinin rəisi vəzifələrini icra etmişdir. 27 yanvar 1989-cu ildə Fərəh Şəkinskaya Azərbaycan SSR Nazirlər Sovetinin fərmanı ilə Azərbaycan SSR mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni yeni formalaşdırılan Azərbaycan Respublikası Nazirlər Kabinetində, Baş nazir Həsən Həsənovun təkidi ilə, Fərəh Şəkinskaya Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilmişdir və təqaüd yaşına qədər, 1993-cü ilədək bu dövlət vəzifəsini tutmuşdur.
Fərəh Əliyeva
Fərəh Şirməmməd qızı Əliyeva (7 sentyabr 1961, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014–2018), sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017). Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986–1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb. 1994-cü ildə "XX əsrin 60–70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir.
Xatirələr (Fərəh Pəhləvi)
Xatirələr: Yıxılan rejimin və bitməyən eşqin hekayəti (ing. An Enduring Love: My Life with the Shah) — İran, Pəhləvilər xanədanlığının ilk və son şahbanusu Fərəh Pəhləvinin yazdığı əsər. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır. Memuar Nəriman Əbdülrəhmanlı tərəfindən Azərbaycan dilinə tərcümə, Əsgər Rəsulov tərəfindən də redaktə edilmiş və Bakıda Adiloğlu nəşriyyatı tərəfindən 2007-ci ildə 420 səhifədə, 1000 tirajla, 2016-cı ildə isə Xanda, 420 səhifədə, 500 nüsxə; Qanunda 300 nüsxə, Bakı Kitab Klubu tərəfindən 432 səhifədə və 100 tirajla çap edilib. Bakı Kitab Klubu. "Fərəh Pəhləvi Xatirələr (Memuar)" ( (az.)). kitabklubu.org. 2017-08-02 tarixində arxivləşdirilib.
Gözə göz (film, 1981)
Gözə göz (ing. An Eye for an Eye) — 1981-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. Polis Şon Keyn dostu Devid Pirs ilə narkomafiya bandasının əsatiri altına düşürlər. Bu mübarizədə Devid Pirs ölür. Sağ qalan Şon Keyn dostunun qisasını almaq üçün şəxsi axtarışını başlayır… Gözə göz — Internet Movie Database saytında.