Gümrah Əliyev
Gümrah Məhəmməd oğlu Əliyev(d. 1958, Şərur r-nunun Püsyan k.) — həkim, professor, elmlər doktoru.
== Elmi fəaliyyəti ==
1955-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir.
1987–1992-ci illərdə İvanova Tibb İnstitutunun elektron mikroskopiya laboratoriyasında baş elmi işçi işləmiş;
1991–1992-ci illərdə isə İtaliyanın FİDA Elmi Mərkəzində elmi ezamiyyətdə olmuş;
1993–1995-ci illərdəİngiltərə Ürək Fondunun təqaüdçü elmi işçisi kimi London Universiteti kollecinin anatomiya və inkişaf biologiyası kafedrasında işləmiş;
1996 −1997-ci illərdə Cein (İspaniya) Universitetinin professor vəzifəsində çalışmışdır. Sonradan Klivlend Kliniki Fondunda işləməyə başlamış;
1988–1999-cu illərdə Klivlend Qərb Ehtiyatlar Universitetinin Patologiya İnstitutunda işinə davam edir. Həmin Universitetin Neyrologiya və anatomiya kafedrasının elektron mikroskopiya mərkəzində bir müddət elmi məsləhəçi olmuş;
2001-ci ildə isə həmin mərkəzin direktoru olmuşdur. Ürək-damar xəstəliklərinə, işemiya və reperfuziyadan sonra damar endotelininin ultrastruktur-funksional analizinə və mümkün farmakoloji müdaxiləyə, ürək-damar və neyrodegenerativ xəstəliklərin patogenezində endoteli-1 və nitrit oksidinin roluna və s. dair tədqiqatlar aparılmışdır. Gümrah Əliyev 120-dən çox elmi əsərin müəllifidir. İtaliya, Fransa, İngiltərə, İspaniya, ABŞ və Rusiya tibb universitet və klinikalarında mühazirələr oxumuşdur.