Günvurma
Günvurma — əsasən 5 yaşdan aşağı, 65 yaşdan yuxarı insanlarda, xərçəng, şəkər xəstələri, təzyiq və böyrəkləri ilə bağlı problemi olan insanlarda, düzgün qidalanmayan və yanlış pəhriz saxlayanlarda, psixoloji problemi olanlarda və hamilə qadınlarda təsadüf edilir.
Günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır:
yüngül dərəcə
orta dərəcə
ağır dərəcə
Ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir.
Kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huşitirmə halları ilə müşahidə olunur.
Günvurmanın ağır forması hətta, ölümlə nəticələnə bilər. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur.
Bədən hərarətinin 41 °C-dək yüksəlməsi.
Qızarmış quru dəri.
Əsəbilik.
Huşun itirilməsi.
Tezləşmiş zəif nəbz, ürək ritminin pozulması.