GƏNCLİK

is. İnsan həyatının yeniyetməlikdən yetkinliyə qədər olan dövrü, gənc yaşlar, cavanlıq (qocalıq ziddi).
İnsanın çocuqluğu və gəncliyi keçmişin qoynunda basdırıldığı üçün o, daima keçmişi xatırlamalıdır. M.S.Ordubadi.
Gənclik eylə bir nemət ki, onunla hər şey insana xoş görünür. H.Cavid.
Gənclik – arzuların uçuş nöqtəsi… B.Vahabzadə.

2. top. Yetişməkdə olan nəsil, gənc nəsil; cavanlar. Dünyanın demokratik gəncliyi.
– Qoynumuzda ana yurdun öz atalıq haqqı var; Qoy baş əysin gəncliyimiz ataları görəndə. S.Vurğun.

3. Həyatın bu dövrünə xas olan, aid olan. Gənclik vüqarı. Gənclik qüruru. Gənclik həvəsi.
– Etdi məni gənclik şövqüm əhatə; Verdim sərsəm küləklərə könlümü. M.Müşfiq.
Sanki [Fərhadoğluna] dağlardan güclü bir gənclik qüvvəti gəldi. S.Rəhimov.

Синонимы

  • GƏNCLİK GƏNCLİK Keçdi gəncliyimdən, ötdü bir bahar; Keçdiyim yollara baxdım bir daha (S.Vurğun); BAHAR (məc., şair
  • GƏNCLİK cavanlıq — yeniyetməlik

Антонимы

  • GƏNCLİK GƏNCLİK – QOCALIQ Gənclik özü gedir; Qocalıq özü gəlir (R.Rza)
GƏNCLƏŞMƏK
GƏNDALAŞ

Значение слова в других словарях