Galanthus alpinus
Galanthus alpinus (lat. Galanthus alpinus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (i, ii, v) c (i, ii, iii)+ 2b(i) c (ii,v). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Üzərində çiçək daşıyan gövdəsinin hündürlüyü 10-20 sm-dir və yarpaqlardan uzundur; çiçəkləmə dövründən sonra yarpaqlar böyüyür. Çoxillik ot bitkisidir. Soğanaq 15 mm hündürlükdə, 8-9 (10) mm diametrində, xaricdən parlaq-qonur pulcuqludur. Yarpaqları (çiçəkləmə dövründə) tünd-göy rəngdədir, xətvari, yastı və kütdür, alt tərəfdən fırlıdır, eni 7-15 (20) mm-dir. Çiçəkyanlığının xarici yarpaqcıqları əksinəyumurtaşəkili uzunsovdurlar, uzunluğu 10-20 (25) mm olub, daxili yarpaqcıqlardan uzundur; daxili əksinə yumurtaşəkilli-pazşəkilli yarpaqcıqların uc hissəsi dayaz oyuqludur. Çiçəkyanlığının xarici yarpaqları tərs-yumurtavari, uzunsov, 10-20 (25) mm uzunluğunda, daxildəkilərdən 2 dəfə uzundur.