GENERALİSSİMUS

(latın generalissimus-ən böyük) bir sıra ölkələrin silahlı qüvvələrində ən yüksək hərbi rütbə. Müharibə zamanı bir neçə orduya (bir çox hallarda müttəfiq ordulara) komandanlıq edən sərkərdələrə, bəzən də hakim sülalələrdən şəxslərə və dövlət xadimlərinə fəxri ad kimi verilirdi. Tarix boyu, ümumiyyətlə; təqribən 30 nəfər hərbi və dövlət xadimləri G. rütbəsi almışdır, misal: A.Rişelye, A.Vallenşteyn, A.D.Menşikov, A.V.Suvorov, İ.V.Stalin və başqaları.
FRAKSİYA
GERB
OBASTAN VİKİ
Generalissimus
Generalissimus (lat. generalissimus) — bir sıra ölkə ordularında ali hərbi rütbə. Bəzi ölkələrdə yüksək hökumət adamlarına və ya hökmranlıq edən ailə üzvlərindən bəzilərinə verilən fəxri ad. Bir qayda olaraq bu rütbə müharibə dövründə böyük ordu birləşmələrinə komandanlıq etmiş generallara verilir. Bəzən bu ad dövlət başçılarına və kral ailə üzvlərinə də verilib. Tarixdə ilk generalissimus rütbəsini 1569-cu ildə Fransa kralı IX Karlın qardaşı 18 yaşlı gələcək kral Henrix Valua almışdır. Fransa tarixində 12, Avstriya tarixində 9, Almaniya tarixində 3, İtaliya tarixində 3, Çin tarixində 6, Rusiya tarixində 6, SSRİ tarixində 1 nəfər generalissimus rütbəsi daşımışdır.
Generalissimus SSSR Stalin ordeni
SSRİ Generalissimusu Stalin ordeni (rus. Орден Генералиссимус СССР Сталин) — 1953-cü ildə Stalinin vəfatından dərhal sonra onun şərəfinə yaradılması nəzərdə tutulan, lakin SSRİ-nin yeni rəhbəri Nikita Xruşşovun həyata keçirdiyi yeni siyasət və şəxsiyyətə pərəstiş kultunu tənqidə məruz qoymasından sonra layihələndirilməsi dayandırılan orden. Cəmi 4 nümunəsi hazırlanmışdır ki, onlarda da qiymətli metallardan istifadə edilməmişdir. Layihəyə görə ordenin qızıl və platindən hazırlanması nəzərdə tutulmuşdu. Ordenin bir nümunəsi 2007-ci ildə Nyu-Yorkda təşkil olunan hərracda 67,5 min dollara satılmışdır.
Generalissimusların ölkələr üzrə siyahısı
== Fransa == Kral III Henrix (1551—1589) Hersoq Henrix Giz (1550—1588) Hersoq Arman Rişelye (1585—1642) Hersoq Viktor Amadey - Savoyya hersoqluğunun hersoqu (1587—1637) Karinyan Tomas - Savoyya knyazı (1595—1656) Şahzadə Lyudoviq Konde (1621—1686) Şahzadə Arman Konti (1629—1666) Antuan Rur (?—1670) Hersoq Orleanlı Filipp (1640—1701) Pyer Laport (Rolan) (1680—1704) II Viktor Amadey - Sardiniya krallığının kralı (1666—1732) Burqundiya hersoqu Lyudoviq (1682—1712) Hersoq Klod Villar (1653—1734) Hersoq Lui Fransua Arman dyu Plessi Rişelye (1696—1788) Hersoq Viktor Fransua de Brolye (1718—1804) Nikolya Lyukner (1722—1794) Jak Katelino (1759—1793) Moris d’Elbe (1759—1793) Anri Laroşjaklen (1772—1794) Anqulem hersoqu Lyudoviq (1775—1844) == Müqəddəs Roma imperiyası və Avstriya imperiyası == Knyaz Albrext Vallenşteyn (1583—1634) Qraf İohann Tilli (1559—1632) İmperator III Ferdinand (1608—1657) Qraf Peter Melander (1589—1648) Hersoq Paymund Montekukkoli (1609—1680) V Karl - Lotaringiya hersoqu (1643—1690) II Maksimilian - Bavariya kurfyursti (1662—1726) Şahzadə Savoyyalı Yevgeni (1663—1736) Baden-Badenin markqrafı - Lyudviq Vilhelm (1655—1707) Knyaz Leopold Jozef Daun (1705—1766) Baron Laydon Ernst (1717—1790) Ershersoq Avstriyalı Karl Lyudviq İohann, Teşen hersoqu (1771—1847) Knyaz Karl Filipp Şvartsenberq (1771—1819) Knyaz Alfred Vindişqrets (1787—1862) == İsveç == Kral X Karl Qustav (1622—1660) Adolf İohann - Pfals-Kleburqun 3-cü pfalsqrafı (1629—1689) Kral Fredrik (1676—1751) Kral Adolf Fredrik (1710—1771) Kral XIV Karl Yuxan (1763—1844) == Rusiya == Aleksey Semyonoviç Şein - Boyar, dövlət xadimi, voyevoda(1662-1700) Fyodor Yuryeviç Romodanovski - knyaz, rus dövlət xadimi)(1640-1717) General İvan İvanoviç Buturlin)(1661-1738) Aleksandr Daniloviç Menşikov - qraf, knyaz, rus dövlət və hərbi xadimi - (1673-1729), 9 sentyabr 1727-ci ildə bu rütbədən məhrum edilmişdir. Anton Ulrix Braunşveyski (almanca. Anton Ulrich Herzog von Braunschweig-Wolfenbüttel;- Şahzadə, hersoq(1714-1774), 6 dekabr 1741-ci ildə bu rütbədən məhrum edilmişdir. Aleksandr Vasilyeviç Suvorov - rus hərbi xadimi - (1730-1800) Mixail Alequkoviç Çerkasski - knyaz, boyar.(? -1712 və ya 1721) İosif Stalin - Sovet dövlət və siyasi xadimi == İspaniya == Avstriyalı Xuan (1547—1578) Knyaz Manuel Qodoy (1767—1851) Fransisko Mina (1781—1836) Fransisko Franko (1892—1975) Xose Miaxa (1878—1958) == Meksika == Migel İdalqo (1753—1811) İqnasio Alyende (1769—1811) Xose Morelos (1765—1815) İmperator I Aqustin (İturbide) (1783—1824) Antonio Santa-Anna (1794—1876) == Yaponiya imperiyası == Yaponiyada gereralissimus rütbəsini dövlət başçıları daşımışdır. İmperator Mutsuxito. İmperator Yesixito. İmperator Hirohito. == Çin == İmperator Yuan Şikay (1859—1916) Sun Yatsen (1866—1925) Tan Tsziyao (1882—1927) Xu Xanmin (1879—1936) Çjan Tszolin (1875—1928) Çan Kayşi (1887—1975) == KXDR == Kim İr Sen (1912—1994) Kim Çen İr - (1941—2011) -ölümündən sonra == Niderland == Hersoq Artur Bellinqton (1769—1852) == Bavariya krallığı == Knyaz Vrede fon Karl-Filipp (1767—1838) == Venesiya Respublikası == Morozini Françesko (1619—1694) == Korsika krallığı == Paoli Paskal (1725—1807) == Reç Pospolita == Knyaz Yeji Ossolinski (1595—1650) == Kolumbiya == Xuan Berbeo (1739—1795) == Venesuela == Fransisko Miranda (1750—1816) == Peru == Xose de San-Martin (1778—1850) == Kuba == Maksimo Qomes (1836—1905) == Dominikan Respublikası == Rafael Ektor Truxilo (1891—1961), Эктор Трухильо (1908—2002) == Braziliya == Deodoru Fonseka (1827—1892) == Filippin == Emilio Aqinaldo (1869—1964) == Həmçinin == Generalissimus == Mənbə == Генералиссимусы / Авт.-сост. А.В. Веко.
SSRİ Generalissimusu Stalin (orden)
SSRİ Generalissimusu Stalin ordeni (rus. Орден Генералиссимус СССР Сталин) — 1953-cü ildə Stalinin vəfatından dərhal sonra onun şərəfinə yaradılması nəzərdə tutulan, lakin SSRİ-nin yeni rəhbəri Nikita Xruşşovun həyata keçirdiyi yeni siyasət və şəxsiyyətə pərəstiş kultunu tənqidə məruz qoymasından sonra layihələndirilməsi dayandırılan orden. Cəmi 4 nümunəsi hazırlanmışdır ki, onlarda da qiymətli metallardan istifadə edilməmişdir. Layihəyə görə ordenin qızıl və platindən hazırlanması nəzərdə tutulmuşdu. Ordenin bir nümunəsi 2007-ci ildə Nyu-Yorkda təşkil olunan hərracda 67,5 min dollara satılmışdır.
Sovet İttifaqı Generalissimusu
Sovet İttifaqı Generalissimusu (rus. Генералиссимус Советского Союза) — SSRİ Silahlı Qüvvələrində ən ali hərbi rütbə. SSRİ Ali Sovetinin 26 iyun 1945-ci il tarixli qanunu ilə təsis olunub. SSRİ-də yalnız İosif Stalinə 27 iyun 1945-ci ildə bu rütbə verilib.

Digər lüğətlərdə