GENUYA

1. генуя; 2. генуэзский;
GENTƏHƏR
GEODEZİYA
OBASTAN VİKİ
Genuya
Genuya (it. Genova, ing. Genoa) — İtaliyada şəhər, 600.000 nəfərlik əhalisi vardır. Milan şəhərindən 120 kilometr aralıqda yerləşir. Genuya şəhəri Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Genuya Respublikası
Genuya Respublikası (it. Repubblica di Genova, liq. Repùbrica de Zena) — İtaliyanın Genuya şəhərində mövcud olmuş şəhər-dövlət.
Genuya konfransı
Genuya konfransı (ing. Genoa Conference, it. Conferenza di Genova, fr. Accords de Gênes, alm. Konferenz von Genua‎) — İqtisadi və maliyyə məsələlərinə dair 29 dövlətin və 5 Britaniya dominionunun nümayəndələrinin iştirakı ilə 1922-ci il aprelin 10-dan - mayın 20-dək Genuya şəhərində (İtaliya) beynəlxalq toplantı.Konfrans, o zaman beynəlxalq səviyyədə tanınmayan RSFSR hökuməti üçün böyük əhəmiyyət kəsb edirdi. Vladimir Lenin RSFSR nümayəndə heyətinin sədri təyin edilmişdi. Lakin Leninin getmədiyi Genuyada, Sovet dövlətini sədrin bütün hüquqlarından istifadə edən Georgi Çiçerin təmsil etdi. RSFSR nümayəndə heyətinə həmçinin Leonid Krasin, Maksim Litvinov, Vatslav Vorovski, Yan Rudzutak, Adolf İoffe, Kristian Rakovski, Nəriman Nərimanov, Budu Mdivani, Aleksander Bekzadyan, Aleksnder Şlyapnikov, Fayzulla Xodjayev, Timofey Sapronov, Nikolay Yanson da daxil idi. Nümayəndə heyəti təkcə RSFSR-ni deyil, bütün digər sovet respublikalarını: Azərbaycan, Ermənistan, Belorusiya, Buxara, Gürcüstan, Ukrayna, Xorəzm, habelə Uzaq Şərq Respublikasının maraqlarını təmsil edirdi. Konfransda iştirak etməkdən imtina edən ABŞ-ni bu konfransda müşahidəçi qismində - İtaliyadakı səfiri Riçard Çayld təmsil edirdi.
Genuya mayakı
Genuya mayakı (it. faro di Genova, ancaq sadəcə Lanterna adlandırılır)— Genuya limanının əsas mayaklarından biri. Ətraf ərazilərdə gecə dənizçiliyi üçün mühüm yardımı olmaqla yanaşı, mayak Genuya şəhərinin tarixi simvolu rolunu oynayır. 76 metr hündürlüyə malik olan bu mayak dünyanın beşinci ən hündür mayakı olmaqla bərabər, daş hörgüsü ilə tikilmiş ikinci ən hündür mayakdır. 1902-ci ildə İle Viergedə mayakın tikilməsinə qədər 1543-cü ildən bəri dünyada ən hündür mayak idi. Üzərində inşa edildiyi təbii qaya ilə birlikdə ümumi hündürlüyü 117 metrdir. Mayak hər biri terraslarla bağlanmış iki kvadrat hissədən inşa edilib. Bütün bu struktur işıq saçan fənərlə tamamlanır . Keçmiş mayakın 1543-cü ildə dəyişdirilməsi ilə özünün indiki formasında yenidən qurulub və İspaniyanın La Korunya şəhərində yerləşən Herkules qülləsi və Estoniyanın Hiyumaa adasında yerləşən Kıpu mayakından sonra dünyanın ən qədim üçüncü mayakıdır.
Genuya əyaləti
Genuya əyaləti — İtaliyanın Liquriya regionunda əyalət.
Bizans-Genuya müharibəsi (1348-1349)
Bizans-Genuya müharibəsi (1348-1349) – 1348-1349-cu illərdə Bizans İmperiyası və Genuya Respublikası arasında Bosfor boğazından keçidə görə qoyulan xərac üstündə baş verən müharibə. == Müharibə qabağı vəziyyət == 1261-ci ildə bağlanan Nimfeya müqaviləsindən sonra Genuya Qalatada məskən salır. Bosfordan keçməklə ticarətdən Qalatanın gəliri 200.000 qızıl olan zamanı Bizans İmperiyası 30.000 qızıl gəlir gətirirdi. Bizans donanması dağılmış vəziyyətə gəlir və genuyalılar öz sərfəli mövqeylərində qalırdılar. == Müharibənin gedişi == Bosfor üzərində hakimiyyəti əla almaq üçün VI İoann ticarət və döyüş gəmilərinin tikilməsini əmr edir. Qalatiyalılar imperatorun müharibəyə hazırlaşdığını görüb Qalatiyada müdafiə üçün tikililər tikirlər, daha sonra Genuya donanması Konstantinopola hücüm edir. Fırtına və yunan admirallarının təcrübəsizliyi nəticəsində Bizans donanması döyüşdən qabaq məhv olur. Buna cavab olaraq Bizans ordusu Qalatiyanın mühasirəsinə başlayır. Bir-neçə həftədən sonra Genuyadan bir qrup səlahiyyətli şəxs gəlir və Genuya Respublikası ilə Bizans İmperiyası arasında sülh müqaviləsi bağlanır. Müqaviləyə əsasən Genuya 100.000 qiperpir təzminat ödəyir, Qalatadan kənər olan torpaqları Bizans İmperiyasına verir, eləcə də Konstantinopola hücüm etməməyə söz verir..
Rodosun genuyalılar tərəfindən işğalı
Rodosun fəthi və ya Rodosun genuyalılar tərəfindən işğalı — 1248–1250-ci illərdə Rodos şəhərinin və eyniadlı adanın Genuya Respublikasının nəzarətində olduğu dövr. Səlibçilərə dəstək olmaq üçün Misirə yola çıxan genuyalılar Nikeya imperiyasından asılı olan şəhər və adanı 1248-ci ildə gözlənilməz bir hücum nəticəsində fəth edir. Buna baxmayaraq, nikeyalılar adaya ekspedisiya qüvvəsi göndərir və genuyalıları mühasirəyə alır. Bu müddətdə Axeya knyazlığından dəstək alan genuyalılar 1250-ci ildə təslim olur və adanı tərk edir. == Zəmin == XIII əsrin əvvəllərində, ehtimal ki, Konstantinopolun 1204-cü ildə Dördüncü Səlib yürüşü zamanı səlibçilər tərəfindən ələ keçirilməsindən əvvəl Rodos və yaxınlıqdakı adalar mərkəzi Bizans hakimiyyəti nəzarətindən çıxmış, sezar Lev Qavalasın hökmranlığı altında olmuşdu. Qavalas bəzi illərdə Bizans yunan dövlətinin əsas davamçısı olan Nikeya imperiyasının ağalığını qəbul etmişdi, lakin Rodos praktik baxımdan müstəqil şəkildə idarə olunurdu.Lev Nikeyanın təsirini tarazlaşdırmaq və mövqeyini möhkəmləndirmək məqsədi ilə 1234-cü ildə, sonradan isə 1236-cı ildə Venesiya Respublikası ilə müqavilələr bağlayır. Buna baxmayaraq, Levin 1240-cı illərdə vəfat etməsi ilə onun taxta gələn qardaşı İoann Qavalas nisbətən daha zəif bir vəziyyətdə olduğu üçün qısa müddət ərzində Nikeya imperatoru III Duka İoann Vatasın hökmranlığını tanıyır. Bunun müqabilində o, yüksək dərəcəli sevast və meqaduka titullarını almış və bir imperator qohumu ilə, çox güman ki, Vatasın bacılarından biri ilə evlənmişdir.Eyni zamanda, Dördüncü Səlib yürüşü zamanı əldə edilən qənimətlərdən məhrum qalan və ticari təsir məsələsində Konstantinopol şəhərində Venesiya tərəfindən məğlub edilən Genuya Respublikası Şərqdə dayaq yerləri əldə etməyə can atırdı. Genuyalılar Nikeya imperatoruna bir neçə dəfə elçi göndərmiş, lakin onlar uğursuz qayıtmışdılar. Bu uğursuzluq, o cümlədən Genuya və Venesiyanın Müqəddəs Roma imperatoru II Fridrix Hohenştaufendən üzləşdiyi təhdid bu iki dəniz respublikasını müvəqqəti olaraq yaxınlaşmağa məcbur edir.

Digər lüğətlərdə

-ёхонек иззя́бший опа́к осолони́ться перегруппирова́ться подлу́пливать сон транспланта́т у́тро что́-нибудь вроде ёжить излива́ть ненаси́льственный репрезентати́вный бирюч appellate fly-press picturesque refinery sclerosis suffocative water opal интеллектуал проинструктировать ругатель