GEOLOJİ (TEKTONİK) STRUKTUR

yer qabığının hər hansı sahəsinin geoloji quruluşu. геологическая (тектоническая) структура geological structure
GEOLOJİ PROSESLƏR
GEOLOJİ YAŞ HESABLAMASI
OBASTAN VİKİ
Struktur
Struktur (lat. structūra), – hər hansı obyektin daxili quruluşu. Struktur sistem elementləri arasında əlaqələrin nisbi dayanıqlı quruluşudur.
Dramatik struktur
Dramatik struktur, film və ya tamaşa kimi dramatik bir əsərin strukturudur. Bir çox alimlər tarix boyu dramatik strukturu təhlil etmişdirlər. Bu təhlillər ilk dəfə Aristotel tərəfindən “Poetika” əsərindən başlamışdır. Bu isə eramızdan əvvəl 335-ci ilə müvafiq gəlir. == Tarix == Qədim yunan filosofu Aristotel “Poetika” əsərində “Bütün başlanğıcı, ortası və sonu olan bir şeydir” fikrini irəli sürmüşdür. Roma dramatik tənqidçisi Horatius Ars Poetika əsərində 5 hissəli strukturu müdafiə etdiyi qədər Aristotelin bu üç hissəli baxış fikrinə razı deyildi. Horatius əsərində yazırdı: “Tamaşa 5 fəsildən nə uzun, nə də qısa olmamalıdır.” 5 hissəli strukturdan imtina edildikdən sonra İntibah dramaturqları onu yenidən diriltmişdirlər. 1863-cü ildə Henrik İbsen kimi dramaturqlar 5 hissəli strukturdan imtina edərək 3 və 4 hissəli strukturu sınaqdan keçirmişdirlər. Alman dramaturqu və yazıçısı Qustav Freytaq “Die Technik des Dramas” əsərində 5 hissəli dramatik struktura dair qəti tədqiqat aparmışdır. Bu tədqiqat Freytaq Piramidası kimi tanınmağa başlamışdır.
Sosial struktur
Sosial struktur cəmiyyətdəki mütəşəkkil münasibətlərin bütövlüyüdür. Cəmiyyətin bir çərçivəsini təşkil edir və bu çərçivə şəxs doğulmazdan əvvəl mədəniyyətlə qorunub saxlanılır və münasibətlər sistematik şəkildə təşkil olunur. Sosial strukturu meydana gətirən komponentlər mədəniyyət, sosial siniflər, status, sosial statusla əlaqəli rol və üzvi bütövlüyünün qorunması üçün zəruri olan qurumlardır (sağlamlıq, təhsil, təhlükəsizlik və s.). Sosial quruluşun komponentləri fərdin sosiallaşma prosesinə də güclü təsir göstərir; fərdin hansı mədəniyyətdən asılı olması, sinfi mövqeyi, özünə miras qalmış statusu, zamanla qazandığı status və bununla əlaqəli rolları, xarakteri və şəxsiyyətinin formalaşmasında birinci dərəcəli təsirlərə malikdir. Beləliklə, sosial struktur nəinki keçmişdən bu günə qədər olan mirasları daşıyır, bu günümüzdə mirasın həyat damarlarıdır və gələcəkdə hansı münasibətləri yaşayacağımızı da müəyyənləşdirir.
Struktur funksionalizm
Struktur funksionalizm — sosiologiyada metodoloji yanaşma. Bu yanaşmaya görə cəmiyyət sosial sistem kimi strukturlardan ibarətdir və bu strukturların öz funksiyaları var. Struktur funksionalizmin banisi Tolkot Parsons sayılsa da, əsasını Herbert Spenserin əsərlərindən götürür.
Struktur işsizlik
Struktur işsizlik (ing. structural unemployment) — iş axtarışı prosesini çətinləşdirən davamlı institusional amillərin yaratdığı işsizlik. İnstitusional amillər əmək bazarının fəaliyyət göstərdiyi qaydalarla əlaqələndirilir. Bu qaydalar işə götürmə və işdən çıxarma prosesində əlavə pul və vaxt xərclərinə, eləcə də mükəmməl rəqabətli əmək bazarında müəyyən edilmiş dəyərlərdən uzun müddət kənara çıxa bilən sərt əmək haqqına səbəb ola bilər.. Struktur işsizlik təbii işsizliyin bir hissəsidir və ona görə də uzunmüddətli xarakter daşıyır, çünki onun amilləri sabitdir. Onlar uzunmüddətli perspektivdə əmək bazarında tam məşğulluğa nail olmağa mane olurlar. Bu, onu iqtisadi fəaliyyətdə müvəqqəti azalmalar nəticəsində yaranan tsiklik işsizlikdən fərqləndirir. K. R. Makkonell və S. L. Brüya görə, struktur işsizlik istehlak mallarına tələbin strukturunda və istehsal texnologiyasında baş verən dəyişikliklər nəticəsində yaranan işsizlikdir, bunlar peşələrinə tələbin olmaması və ya işsiz olduqları üçün işsiz qalan insanlardır ; zəruri ixtisasların olmaması. BRE-də struktur işsizlik — əmək tələbi ilə ümumi işçi qüvvəsinin peşəkar strukturu arasında uyğunsuzluq və istehlak tələbinin strukturunda dəyişiklik nəticəsində yaranan qeyri-iradi işsizlikdir. İşçilər, işəgötürənlər tərəfindən peşələrinə tələbat olmadığı və ya işə düzəlmək üçün kifayət qədər ixtisasa malik olmadıqları üçün iş yerlərini itirdikdə struktur işsizliyə daxil edilirlər.
Təşkilati struktur
Təşkilati struktur (ing. Organizational structure) — əmək bölgüsünün işçi tapşırıqlarına bölmək onların həlli üçün tətbiq edilən koordinasiya sistemidir. Təşkilati struktur təsərrüfatlaşan obyektə çoxşaxəli təşkilati strukturlar xasdır. Beynəlxalq təcrübəyə müvafiq departamentləşmədə törəmə istehsal qurumlarını əhatə edən xətti, yaxud iyerarxik, aparıcı şöbələr prinsipində xüsusiləşən funksional və nəhəng təşkilatlara xas menecer idarəetməsinə əsaslanan diviziyon, xarici təsirlərə, yeniləşməyə meyli ilə fərqlənən adaptiv — yaxud üzvü strukturlar təsnifatı vardır. Digər bir təsnifatda adi şöbə bölgüsü — funksional ənənəvi coğrafi və məhsul buraxılışı üzrə qruplaşmış diviziyon və bunların vəhdətini əks etdirən matrissa strukturu ilə yanaşı komandalı — xüsusi tapşırıqları koordinasiya edən və daha çox beynəlxalq əlaqələrdə əhəmiyyətli olan broker tənzimli şəbəkəli strukturlar da mövcuddur. Hər bir struktur özünəməxsus təşkilata müvafiqdir və burada müsbət və mənfi cəhətlər mümkün və yetərli ola bilər. Kiçik müəssisələrə xətti quruluş istisna olmaqla, bütün digər təşkilatlarda bu strukturların heç biri xalis şəkildə idarəetmə mexanizminə çevrilmir. Bununla belə, əksər müəssisələr qarışıq idarəetməni həyata keçirirlər. Təşkilati strukturun bir neçə tipi fərqləndirilir ki, bunlardan bəziləri elementar və ya baza təşkilati struktur adlandırılır. Xətti təşkilati struktur çox sadədir, ali rəhbərlikdən bilavasitə orta səviyyəli "xətti" menecerlərə və daha sonra təşkilatın işçilərinə birbaşa tabelik və məsuliyyət xəttini nəzərdə tutur.
Xətti struktur
Xətti struktur (ing. linear structure) – elementləri ciddi olaraq böyüklük qaydalarına uyğun şəkildə təşkil olunmuş struktur. Xətti strukturda iki şərt tətbiq olunur: 1. Əgər X Y-dən öndə gəlirsə və Y Z-dən öndə gəlirsə, onda X Z-dən öndə gəlir. 2. Əgər X Y-dən öndə gəlirsə və X Z-dən öndə gəlirsə, onda ya Y Z-dən öndə gəlir, ya da Z Y-dən öndə gəlir. Bu tərifə görə, ağacşəkilli struktur xətti deyil, çünki o, birinci şərti ödəsə də, ikinci şərti ödəmir (Y və Z X-in törəmələri ola bilər və buna görə də onlardan heç biri digərindən öndə gəlməyəcək). İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Tektonik dağ
Yer qabığının deformasiyası nəticəsində əmələ gələn dağdır.
Tektonik göl
Çökəklikləri tektonik proseslər nəticəsində (qrabendə) əmələ gəlmiş göldür. Məsələn: Baykal, İssık-Kul, Tanqanika, Nyasa və s.
Tektonik plitələr
Tektonik plitələr (lat. tectonicus, q.yun. τεκτονικός) Yer Kürəsinin litosferində baş verən geniş-miqyaslı yerdəyişmələri izah edən elmi nəzəriyyədir. Bu model iyirminci əsrin əvvəllərində inkişaf etdirilmiş qitələrin hərəkəti modeli üzərində qurulub. Bu ideya elmi cəmiyyətlər tərəfindən dənizdabanının genişlənmə(ing. seafloor spreading) konsepsiyasının inkişaf etdirilməsindən sonra,1950-ci illərin sonu,1960-cı illərin əvvəllərində qəbul edilməyə başladı. Litosfer tektonik plitələrə bölünüb. Yer Kürəsində 7 və ya 8 böyük (plitələrin necə tərif edilməsindən asılı olaraq) və bir çox kiçik plitə mövcuddur. Plitələrin qarşılaşdığı ərazilərdə onların nisbi hərəkəti sərhədlərin xarakterini müəyyən edir: konvergent, divergent və ya transform sərhədlər. Zəlzələlər, vulkanik aktivlik, dağların əmələ gəlməsi kimi hadisələr məhz plitələrin görüşdüyü bu ərazilədə baş verir.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Tektonik xəritələr
Tektonik xəritələr (rus. тектонические карты, ing. tectonic maps) — bütünlüklə yerin və yaxud ayrı-ayrı regionlar daxilində yer qabığının inkişaf mərhələlərini, quruluşunu, tektonik strukturların morfologiyasını, inkişaf tarixini, maqmatizm və tektonika ilə əlaqəsini əks etdirən xəritələr.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Tektonik silah
Tektonik silah - təbii geoloji proseslərə təsir göstərməklə müəyyən ərazidə süni şəkildə zəlzələlərə, vulkan püskürmələrinə və ya oxşar hadisələrə səbəb ola bilən hipotetik qurğu və ya sistemdir . “Tektonik silah” termini və onun sinonimi “seysmik silah” 1992-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü A. V. Nikolaev tərəfindən tektonik enerjisindən istifadə edərək dağıdıcı zəlzələyə səbəb ola biləcək bir şey kimi təyin olundu. Eyni zamanda o qeyd edib ki, “zəlzələ törətməyi qarşınıza məqsəd qoymaq son dərəcə şübhəli bir işdir” . İkinci Dünya Müharibəsi zamanı Yeni Zelandiyada tektonik silahlar yaratmaq cəhdləri olmuşdu. Seal layihəsi okeanın dibinə çoxsaylı partlayıcı yüklər yerləşdirməklə sunami yaratmaq məqsədi daşıyırdı. Sunamidən düşmən hədəflərini məhv etmək üçün istifadə edilməli idi. Lakin layihənin uğursuzluğuna baxmayaraq, 1999-cu ildə ekspertlər belə bir silahın yaradılmasının mümkün olduğunu qeyd etdilər. İki gizli sovet proqramı "Vulkan" və "Merkuri-18" (NIR No 2M 08614PK) mövcuddur - "Zəif seysmik sahələrdən istifadə edərək zəlzələ mənbəyinə uzaqdan təsir metodu və partlayış enerjisinin ötürülməsi". Bu proqramlar İkram Kərimovun rəhbərlik etdiyi Azərbaycan SSR Elmlər Akademiyasının Geologiya İnstitutu ilə əlaqələndirilirdi. İKP MK və SSRİ Nazirlər Sovetinin 30 noyabr 1979-cu il tarixli 1384-345 / SS məxfi qərarında onun komandasının “kimyəvi yükün partlaması enerjisinin ötürülməsində” uğurlu təcrübələri qeyd edilmişdir.
Geoloji kəsiliş
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. == Azərbaycanda == === Paleontoloji və stratiqrafik nadir geoloji obyektlər === === Geotektonik nadir geoloji obyektlər === === Mineraloji-petroqrafik nadir geoloji obyektlər === === Geomorfoloji nadir geoloji obyektlər === === Hidrosferin nadir geoloji obyektləri === == Həmçinin bax == Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Geoloji planalma
Geoloji planalma - Yer qabığının hər hansı bir sahəsinin geoloji quruluşunun və perspektiv mineral-xammal ehtiyatlarının müəyyən edilməsinin əsas üsullarından biri; sahənin birbaşa naturadan geoloji xəritəsini qurmaq üçün aparılan işlərin məcmusu. İki mərhələdən ibarətdir: çöl tədqiqatları və toplanmış faktiki materialın kameral işlənilməsi. Çöl işləri zamanı çöl geoloji xəritəsi tərtib edilir. Bunun üçün təbii çıxışlar, qazıma quyuları, layların yatım elementlərini göstərməklə dağ-mədən qazımaları planlı surətdə öyrənilərək topoqrafik əsasa köçürülür. Geoloji sərhədlər, tektonik strukturlar, qırılma pozulmaları izlənilir, süxurların litoloji tərkibi, mənşəyi, yatma şəraiti və təxmini yaşı müəyyən edilir. Eyni zamanda, kontakt zonaları, faydalı qazıntıların, xüsusilə qaz və neftin təzahürləri qeydə alınır. Süxur, faydalı qazıntı, fauna və flora nümunələri götürülür. Bütün müşahidələr geoloji gündəlikdə qeyd edilir. Kameral işləmə prosesində çöl tədqiqatlarının nəticələri dəqiqləşdirilir: çöldə yığılmış süxur və faydalı qazıntı nümunələri xüsusi laboratoriya tədqiqat üsulları (mikroskopik, kimyəvi, spektroskopik, lüminssent və b.) öyrənilir. Fossil fauna və flora qalıqları təyin edilir, qrafiklər (stratiqrafik sütunlar, geoloji kəsilişlər, xəritələr və b.) çəkilir və geoloji hesabat tərtib edilir.
Geoloji proseslər
Geoloji proseslər — Yerin daxilində və yer qabığında strukturların, yer səthi relyefin dəyişilməsinə, süxurların və mineralların parçalanmasına, onların əmələ gəlməsinə, yatım şəraitinin dəyişilməsinə səbəb olan proseslər.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. == Həmçinin bax == Topoqrafik xəritə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Çöküntülər (geoloji)
Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel) Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, gillər) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir. Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur.
Relyefin struktur forması
İlkin tektonik relyef
İlkin tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
İllik tektonik relyef
İllik tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
Şahdağ tektonik lövhəsi
Şahdağ tektonik lövhəsi Cənub-Şərqi Qafqazın şimal yamacında yerləşir və Şahdağ-Beşbarmaq tektonik örtük dəstəminin qərb fraqmentinə cavab verən və orqanogen-rif, kristal dənəvər, oolit və brekçiyaformalı-qırıntılı malm-neokom əhəngdaşılarından təşkil olunmuş nəhəng klipdir. Təbaşir dövrünün ortalarına qədər əhəngdaşıları Böyük Qafqaz kənar dənizinin şelfi və qitə yamacının sərhədində Siyəzən dərinlik yarığının nəzarət etdiyi sədd rifinin tərkib hissəsi olmuşlar. Tektogenezisin avstriya fazasında əhəngdaşıları yan sıxılmanın təsiri nəticəsində öz bünövrəsindən qopardılmış və qitə yamacın sinxron “vəhşi” flişi üzərinə köçürülmüşdür. Tektonik lövhə ümumqafqaz istiqamətində uzanmış sinklinalşəkilli formaya malik olub sahəsi 150 kv.km, qalınlığı isə 1,5 km-ə çatır. Kənarları sərt eskarplarla haşiyələnmiş lövhənin dabanının bəzi yerlərində tektonik brekçiya (çöküntü melanjı) üzə çıxır ki, bu da onun şaquli tektonik yerdəyişmələrinə dəlalət edir.
Tektonik fəallaşma zonaları
Tektonik fəallaşma zonaları – tektonik fəallaşma zonalarında aşınma və denudasiya hadisələri səciyyəvi olub, zəlzələ və sürüşmələr daha çox müşahidə olunur. Aşınma hadisəsi zamanı Ca elementi, denudasiya hadisəsi zamanı isə Si elementinin toplanması müşahidə olunur. Tektonik fəalliyyətin yüksəldiyi sahələrdə torpaqlarda Mn və Fe elementlərii ilə, yeraltı sularda isə karbonla zənginləşmə hadisəsi baş verir. Mn elementinin yüksək miqdarı tektonik fəallaşma sahələri üçün tipomorf kimyəvi element hesab olunur. Tektonik fəallaşma zonalarında manqan yataqları, habelə Fe / Na nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Naxçıvanın geoloji quruluşu
Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir.