Germanium
Germanium (Ge) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 32-ci element. Bu elementin arsenik, qalyum ya də digər elementlər ilə gücləndirilmiş halı, elektron tətbiqlərdə məşhur olaraq istifadə edilir. Yarı keçirici olaraq istifadəsi də olduqca məşhurdur. Germanium və germanium oksid, infraqırmızı işığa qarşı şəffafdır. Bu səbəblə, infraqırmızı spektroskoplar kimi müxtəlif optik alətlərdə və həssas infraqırmızı detektorlarında istifadə edilirlər. Optik xüsusiyyətləri səbəbiylə, geniş bucaqlı kamera lenslərində, proyektorlarda və mikroskop lenslərində də seçim edilən bir komponentdir. Bəzi germanium birləşmələri, müəyyən bakteriya növlərinə qarşı spesifik fəaliyyət göstərmələri səbəbiylə, kimyəvi müalicə üsullarından istifadə edilməkdədir.
Germanium - (ingiliscə germanium, rusca германий) - – dövrü sistemin 32 nömrəli elementi; çox zaman yarımkeçiricilərin hazırlanmasında istifadə olunur. Germanium təmiz halda dielektrikdir, lakin ona az miqdarda müəyyən qatışıq (dopant) əlavə etdikdə yarımkeçiriciyə çevrilir. Germanium bəzi diodlarda, tranzistorlarda və günəş batareyası elementlərində tətbiq olunur, ancaq müasir yarımkeçirici qurğularda, demək olar ki, hər yerdə onu silisium sıxışdırıb.