GİZLƏNPAÇ

is. Bir iştirakçının müxtəlif yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb tapmasından ibarət uşaq oyunu.
Gah gizlənpaç oynayır; Gah qaçhaqaç oynayır. R.Rza.
Meşə içindəki talada hər gün; Gizlənpaç oynardım yoldaşlarımla. B.Vahabzadə.
[Çiyələk Gülöyşəyə:] Oğlumgil hələ gizlənpaç oynayırlar. B.Bayramov.

◊ Gizlənpaç oynamaq məc. – açıqaçığına deyil, əsil fikrini gizlədərək hərəkət etmək.
Qumru bu ağır fəlakət vaxtında [Qədirlə] gizlənpaç oynayırmış kimi gah görünür, gah batırdı. Mir Cəlal.
Sirlərlə doludur bu böyük aləm; Gizlənpaç oynayır sənlə elə bil. H.Arif.

Gizlənpaç oyunu məc. – hiylə, fənd, fırıldaq.
[Nərminə:] Gizlənpaç oyunu nəyə lazımdır? B.Bayramov.

Этимология

  • GİZLƏNPAÇ Gizləntut, gizləntap, gizlənpaç, gizlənpus kimi müxtəlif formalarda işlədilir. Ədəbi dilimizdə gizlənpaç variantı sabitləşib
GİZLƏNMƏK
GİZLƏTMƏ
OBASTAN VİKİ
Gizlənpaç (film, 2016)
Gizlənpaç — rejissor Elmir Süleymanovun 2016-cı ildə çəkdiyi romantik komediya filmi. == Məzmun == Filmdə bir-birini sevən iki gənc — Fərid (Müşfiq Şahverdiyev) və Günelin (Zarina Qurbanova) məhəbbəti fonunda bir sıra maraqlı hadisələr baş verir. Lakin sonda gənclər bir-birinə qovuşur.

Значение слова в других словарях

абба́тствовать башки́ры лебёдчица пе́ленг преподноси́ться сверхбалло́н сочленённый голы́шка легкопла́вкий многоли́кий при́зрачно прогла́живать раскача́ть серде́чник скороду́м коммунизм heronsew justle leap year neutrino smaragdite unannounced замечательно затянуть распознать